Robotik Əl Cihazı (ƏL CPM`i)

CPM (Davamlı Passiv Hərəkət) cihazı əvvəlcədən təyin edilmiş hərəkət diapazonu ilə oynağı passiv şəkildə hərəkət etdirən cihazdır. Cihaz yumşaq toxuma travmalarında (burkulma, əzilmə, yırtılma) əməliyyat sonrası, insult vəs. zamanı reabilitasiyasıyaa istifadə olunur. Cihaz oynaqların nizamlı şəkildə hərəkət etməsinə kömək etdiyi üçün ağrıları azaldır. Fəaliyyət zamanı yarana biləcək əzələ dartınmalarına və spazmına qarşı antispazm xüsusiyyətinə malik bir cihazdır və praktik istifadəsi ilə müalicə müddətlərinin azaldılmasına kömək edir.

Robotik Əl Cihazı (ƏL CPM`i)

CPM cərrahi əməliyyat keçirmiş xəstələrə həkimin istədiyi bucaqda və sürətlə fleksiya və ekstensiya hərəkətlərini həyata keçirməyə imkan verən, oynaqların passiv hərəkətini təmin edən fizioterapevtik cihazıdır. Yumşaq toxuma əməliyyatı və ya travmadan sonra reabilitasiyanın birinci mərhələsində istifadə olunur. Bu proses iltihabı və ağrıları azaldır.

Oynaq əməliyyatından sonra tətbiq edilən CPM cihazı zədələnmiş qığırdaq və ya digər toxumaların müntəzəm hərəkətini təmin edir. Davamlı passiv hərəkət sayəsində oynaqlarda sinovial mayenin hərəkətini təmin edir. Bu şəkildə qan və metabolik məhsulların toxumalar arasında keçidi asanlaşır. Çünki hərəkətsizlik maddələrin toxumalar arasında hərəkətinə mane olur və sağalma prosesi uzanır.

Təbii şəraitdə hərəkətli olan oynaq mayesi cərrahi əməliyyatdan sonra oynaqların hərəkətlərinin azalması səbəbindən statik hala gəlir. CPM cihazı oynaq mayesinin daha hərəkətli olmasına imkan verir. Bu zədələnmiş nahiyəyə kifayət qədər qida və oksigen çatdırır və ağrıları azaldır. Bununla belə, cərrahi əməliyyatlardan sonra oynaqlar çox yüklənməməlidir. Digər faydalarına gəlincə, anesteziya altında mobilizasiya nisbətini azaldır, tromboz riskini azaldır, reabilitasiya üçün xəstəxanada qalma müddətini qısaldır.

Əl CPM cihazları fizioterapevt tərəfindən tövsiyə edildiyi kimi istifadə edilməlidir. Cihazın hərəkət diapazonu, sürəti və müddəti əməliyyatın növündən və xəstənin vəziyyətindən asılı olaraq ixtisaslı fizioterapevt tərəfindən təyin olunmalıdır .