Storz Medical Zərbə Dalğa

Zərbə – dalğa terapiyası – dayaq-hərəkət sisteminin müasir və effektiv müalicə üsuludur. Bu unikal müalicə üsulu səs dalğalarının tibbi məqsədlə istifadəsinə əsaslanır. Müalicə proseduru çox aşağı tezlikli (eşidilməyəcək dərəcədə) səs dalğaları (akustik dalğalar) yaradan xüsusi cihaz vasitəsilə aparılır.

Cihazın təmas etdiyi nahiyyədə bu akustik dalğalar toxumalarla yayılaraq sümüyə qədər nüfuz edir. Bu müalicə üsulu öz sadəliyinə və effektivliyinə görə geniş istifadə edilir. Sadə və eyni zamanda qəliz bir prosedurdur. Zərbə-dalğalı terapiya həm iltihabı azaldır, həm də osteofitləri parçalama xüsusiyyətinə malikdir. Ağrı nahiyyəsinə ultrasəs dalğaları 3-4 sm dərinliyə qədər ötürülür. Bu dalğalar müxtəlif tezliklərdə təsir edir.

Storz Medical Zərbə Dalğa

Bu zaman zədələnmiş bağlarda və sümüklərdə yığılmış kalsi yığıntıları tədricən parçalanaraq yumşalır və qan vasitəsilə xaric olunur. Paralel olaraq regenerasiya prosesləri güclənir və nəticədə iltihab və ödem əlamətləri itir. Damarlar genişlənir, mikrosirkulyasiya güclənir və yumşaq toxumalarda hüceyrə bərpası sürətlənir.