Ayaq Ağrısına Nə Səbəb Olur? Müalicə Üsulları və Məsləhətlər

Боль в ноге
Blog

Ayaq ağrısı  ayaqlarınızda hər hansı bir ağrı və ya narahatlıq hissidir. Ağrı qasıq və topuqlar arasında istənilən yerdə ola bilər.

Aşağı ətraflarda olan ağrılar  yüngüldən şiddətliyə qədər dəyişə bilər. Ağrının şiddəti səbəbindən asılıdır. Bəzi hallarda simptomlar  daimi olaraq  mövcud olur və ya  vaxtaşırı ortaya çıxır.

Ayaq ağrısı fərqli formalarda hiss edilə bilər

Ağrı yalnız ayağınızın kiçik bir hissəsinə təsir edə, ya da geniş bir sahəni əhatə edə bilər. Bəzən ağrı ayağın hər yerində, o cümlədən ombada, belin aşağı hissəsində və onurğada hiss olunur.

Ağrı vahid bir fenomen deyil və dörd əsas alt növə bölünür:

– Nosiseptif ağrı:
Zədə və toxuma zədələnməsindən yaranan ağrı. 

– İltihabi ağrı: İltihab və infeksiya zamanı meydana gələn ağrı. 

– Nöropatik ağrı: Sinir zədələnməsi və ya sıkılmasından qaynaq olan ağrı. 

– Funksional ağrı: Heç bir səbəb olmadan ortaya çıxan xroniki ayaq agrisi.

Ağrı, kəskin və donuq, yandırıcı, iynəbatırma (qarışqa gəzməsi) hissi, keyləşmə ilə müşayiət olunaraq davamlı və ya fasiləli şəkildə özünü göstərə bilər. Ayaq ağrısı ilə birlikdə meydana çıxan digər əlamətlər və simptomlar aşağıdakılardır:

  • Şişkinlik
  • Varikoz damarlar
  • Yara və ya xoralar
  • Qızartı, şişkinlik və ya istilik hissi
  • Ayaq və ya ayaq barmaqlarının rəngində dəyişiklik
  • Yavaş sağalan yara və s.

Ayaq ağrısı qəfil, şiddətli və ya uzunmüddətli olarsa, həkimə müraciət etməlisiniz. Həmçinin, ayaq ağrısı ilə birlikdə digər simptomlar özünü göstərirsə, bu məsələnin daha da ciddi olduğunu bildirir.

ayaq agrisi

Ayaq Ağrısının 9 Əsas Səbəbi

 

  1. Əzələ və bağ zədələnmələri:

   – Əzələ spazmları, əzələ gərilməsi, burxulmalar, sınıqlar, bağların zədələnməsi ayaq ağrılarına səbəb ola bilər.

  1. Damar problemləri və qan dövranı pozğunluqları:

   – Bu növ ayaq agrılarının səbəbləri- varikoz damarlar, periferik arteriya xəstəliyi (PAD), dərin venaların trombozu (DVT), qan laxtalanması və zəif qan dövranı dır.

  1. Sinir sistemi problemləri:

Sinir sıxılması, diabetik neyropatiya, bel yırtığı və onurğa problemləri ayaqda ağrını yaradan səbəblərdir.

  1. İltihabi xəstəliklər:

   – Artrit, tendinit, bursit (bursa kisəsinin iltihabı), oynaq və toxuma iltihabı kimi xəstəliklər zamanı ayaq ağrıları da müşayiət olunur.

  1. İnfeksiyalar:

   – Osteomielit (sümük infeksiyası), sellülit (dəri və toxuma infeksiyası) kimi ağır infeksiyalar   ağrını yarada bir digər səbəblərdəndir. 

  1. Skelet və quruluş problemləri:

   – Ploskostopie (düz ayaq), bel və onurğa problemləri, shin splints  (ayağın baldır hissəsində ağrı), düzgün olmayan duruş və yüklənmə ayaqlarda ağrı yaradır.

  1. Mineral çatışmazlığı və elektrolit balansı pozulması:

    – Kalium, kalsium və maqnezium çatışmazlığı ayaqlarda ağrı və gücsüzlüyə səbəb olur.
  2. Həddindən artıq yüklənmə və təkrarlanan gərginlik:

   – Uzun müddət ayaq üstə qalmaq, səhv ayaqqabı seçimi və fiziki yüklənmə ilə ayaq ağrılarının başlıca səbəblərindəndir.

  1. Qan laxtalanması və zəif qan dövranı:

   -Aşağı ətraf ağrılarının digər səbəbləri damar tıxanıqlığı və qan axınının pozulması ilə əlaqəli problemləridir.


Ayaq Ağrısında Diaqnoz Necə Qoyulur?

1.Ümumi məlumatın (anamnez) toplanılması

Həkim öncə sizdən ailə üzvlərinizin sağlamlıq vəziyyəti barədə məlumat(anamnez) toplayır. Bu sizin ailədə genetik xəstəliklərinizin olub-olmamasını aydınlaşdırmaq üçün aparılan prosedurdur.

2. Fiziki Müayinə

Aşağı ətraf ağrılarında( ayaq agrisi) diaqnoz qoyulmasının bir digər üsulu fiziki müayinənin aparılmasıdır. Həkim ağrının mənbəyini və intensivliyini müəyyən etmək üçün xəstəni  fiziki müayinə edir. Bu mərhələdə əzələlərdə zəiflik, şişkinlik, həssaslıq, dəri rəngində dəyişikliklər və ya qan dövranı problemləri araşdırılır. Xəstənin refleks və  hərəkət qabiliyyəti  də bu müayinələrə daxildir. 

3. Tibbi Görüntüləmə Müayinələri

Ağrınızın mənbəyini diaqnoz etmək üçün köməkçi ola biləcək digər testlər arasında Rentgen, MRT müayinəsi, KT müayinəsi  yer alır. Ən effektiv və uyğun müalicəni ala bilməyiniz üçün vəziyyətinizin düzgün diaqnoz olunması vacibdir.

MRT (MRI): Əzələlər, sinirlər və yumşaq toxumalarda olan problemləri aşkar edir.
KT müayinəsi (CT): Detallı sümük və oynaqlarla bağlı görüntüləri təmin edir.
Ultrasəs: Ayaq ağrılarının müalicəsində yumşaq toxumalardakı zədələri və ya qan dövranı pozuntularını aşkar etmək üçün istifadə edilən digər bir metod isə ultrasəs müayinəsidir.

4. Qan Analizləri

Bəzi hallarda ayaq ağrılarının səbəbi iltihabi və ya sistemik xəstəliklə bağlı ola bilər. Qan analizləri ilə infeksiyalar, revmatizm və ya vitamin çatışmazlığı müəyyən edilə bilər.

5. Sinir və Qan Dövranı Müayinələri

Ayaq ağrıları sinir zədələnməsi və ya qan dövranı problemləri ilə bağlıdırsa, müayinə üçün əlavə testlər lazım ola bilər. Elektromioqrafiya (EMG) və Doppler ultrasəs testi bu hallarda diaqnoz qoymaq üçün ən önəmli müayinə 

Ayaq Ağrısı və Evdə Müalicə Üsulları

Ev şəraitində xüsusilə əzələ spazmı, həddindən artıq hərəkət və ya gərginlik səbəbilə yaranan ayaq ağrılarını  yüngülləşdirmək üçün ən effektiv üsullar bunlardır:

  • Ayaqlarınızı istirahət etdirmək;
  • – Reseptsiz ağrıkəsici dərmanlar qəbul etmək;
  • – Kompressiya corabları geyinmək;
  • – Buz və ya isti kompress tətbiq etmək;
  • – İsti vanna qəbul etmək;
  • -Yüngül gərilmə hərəkətləri etmək
  • Fizioterapevtik məşqlər: Ayaq əzələlərini gücləndirmək və hərəkət qabiliyyətini artırmaq üçün faydalıdır.
  • Qeyri-steroid iltihabəleyhinə dərmanlar (NSAİD) tez-tez artritdən qaynaqlanan ağrıları və iltihabı azaltmaq üçün təyin edilir. Bəzi hallarda isə steroid inyeksiyaları ağrını yüngülləşdirmək üçün istifadə olunur.
  • Rasionda yağlı qidaların miqdarını azaltmaq arteriyalarda xolesterin yığıntılarını azaltmağa kömək edə bilər. Diyetaya sadiq qalmaqla zamanla ayaq agriları-nın da azaldığını müşahidə etmək mümkündür.
  • Maye balansızlığı– Bədəninizin kifayət qədər su ilə təmin olunması, əzələ spazmları-nı azaldacaqdır.

Qeyd etdiyimiz kimi digər ciddi vəziyyətlərdə həkimə müraciət etməyiniz məsləhətdir. 
Yalnız doğru diaqnoz qoyulduğu halda ayaq ağrıları  nın müalicəsi mümkündür.

Ayaq ağrıları zamanı hansı həkimlərə müraciət edilməlidir?

Ortoped:

  • Sümük, oynaqlar və əzələ problemləri (artrit, yastıpəncəlik, zədələnmələr) zamanı

Travmatoloq:

  • Travmalar, burxulmalar və qəfil yaranan zədələr zamanı

Nevropatoloq (Nevroloq):

  • Sinir zədələnmələri, siyatik sinir ağrısı və hissiyat problemləri zamanı

Angioloq və ya kardioloq:

  • Damar problemləri, varikoz və periferik arteriya xəstəliyi zamanı (PAD).

Hansı ayaq agrilarında(aşağı ətraf ağrıları) hansı həkimə müraciət edilməlidir?

Bəzən dözülməz ayaq agrisi zamanı həkimə müraciət haqqında düşünürsünüzsə, deməli vəziyyət kifayət qədər ciddidir:

  • Hər iki ayaqda şişkinlik
  • Narahatlıq yaradan varikoz damarlar
  • Gəzinti zamanı ağrı
  • Bir neçə gündən çox davam edən və ya getdikcə pisləşən ayaq ağrısı

    Dərhal xəstəxanaya müraciət etməyinizi gərəkdirən vəziyyətlər

  • Ayağınızda dərin bir kəsik var, ayaq ağrınız qızdırma ilə müşayiət olunursa.
  • Ayağınız qızarıb və toxunduqda istilik hiss edirsinizsə
  • Ayağınız solğun və toxunuşda soyuq hissiyat varsa
  • Nəfəs almaqda çətinlik çəkirsiniz və hər iki ayaqda ağrı ilə bərabər şişkinlik varsa
  • Ayağınıza ağırlıq verməkdə və ya yeriməkdə çətinlik çəkirsinizsə
  • Zədə zamanı ayağınızdan “çıtıltı” və ya sürtünmə səsi gəlibsə

Bütün bu durumlarda xəstəxanaya müraciət etməyiniz önəmlidir. Ayaq ağrıları zamanı istirahət kömək etmirsə, mütləq səbəbləri araşdırılmalıdır və zamanında həkimə müraciət edilməlidir.

Ayaq Ağrısının Müalicəsində Fizioterapiya

Futbolçular, qaçışçılar, basketbolçular və digər idmançılar üçün ayaq zədəsi ilə bağlı ağrı və narahatlıq hissləri çox tanışdır. Baldır, diz, bud və ya digər nahiyələrdə yaranan ağrılar idmançılar arasında geniş yayılıb. Ağrı bəzən ayağın arxasına yayılan kəskin sancı, bəzən isə heç keçməyən donuq ağrı kimi hiss edilə bilər. Yaxşı xəbər budur ki, bu ağrılar əksər hallarda müalicə oluna bilər.

Fizioterapiya ayaq ağrısının cərrahi müdaxilə olmadan müalicəsində ilk üsul kimi istifadə edilir. Fizioterapevt ayağın funksionallığını yoxlayır və şəxsi məqsədlərinizə uyğun fərdi müalicə planı hazırlayır. Bu plan iltihabı azaltmağa, ağrını yüngülləşdirməyə və əzələlərin düzgün işlədilməsinə yönəlir. Çox vaxt ağrının əsas səbəbi düzgün olmayan hərəkət formasından qaynaqlanır. Əgər ağrınız uzun məşqlərdən və hərəkətlərlə bağlı problemlərdən qaynaqlanırsa, fizioterapevt sizə bu sahədə dəstək olacaq və ayaq ağrılarınızın azaldılmasında sizinlə birlikdə çalışacaqdır.

Fizioterapiya ilə ayaq ağrılarının qarşısını necə almaq olar?

Fizioterapiya ağrının qarşısını almaqda effektiv üsuldur, çünki o, hərəkət, uzanma və düzgün duruş vərdişlərini formalaşdırmağa əsaslanır. Müalicə planına daxil olan hərəkətlər ağrının səbəbindən və xəstənin vəziyyətindən asılı olaraq dəyişir.

– Zədələnmiş ayağa mümkün qədər az yük verin. 

– Ayağınızı oturduğunuz zaman qaldırın. 

– Gündə 15-20 dəqiqə səhər və axşam buz qoyun.  

– Gələcəkdə təkrarlanan ağrıların qarşısını almaq üçün dartınma hərəkətləri edin.

– Bud əzələlərini gücləndirən aktiv məşqlərə diqqət yetirin 

Tags :

Share This :

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Improve Your Spine Health, Download Our Chirox App Now!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir