Diz Deformasiyası: Səbəbləri və Müalicə yolları

Blog

Diz deformasiyası dizin qruluşunun pozulduğu və əyildiyi zaman yaranan anormal ayaq quruluşuna deyilir. Bu ayaq əyrilikləri gündəlik həyat fəaliyyətini  azaldan və məhdudiyyətlər yaradan bir vəziyyətdir.

Diz iki fərqli oynaqdan ibarətdir — tibiofemoral və patellofemoral oynaqlar. Bu oynaqlar birgə işləyərək dizin hamar hərəkətini və dizə düşən gərginliyi azaltmağa kömək edir. Diz qapağı, dizin hərəkətini asanlaşdırır və güc tətbiqini artırır. Diz qapağı, kvadriseps əzələlərinin yaratdığı gücü vətərə ötürür. Diz 45° büküldükdə, diz qapağı ilə bud sümüyü arasında ən güclü təmas yaranır. Bükülmə zamanı isə dizə düşən təzyiq bədən çəkisinin 7 qatına qədər arta bilər.

Diz deformasiyalarının növləri:

Diz deformasiyaları genu valgum (çarpazdiz), genu varum (əyriayaq) və genu recurvatum (arxaya gərilmiş diz) formasında ola bilər.

  • Genu valgum, yəni çarpazdiz, dizlərin xaricə doğru bucaqlandığı və içəriyə doğru əyildiyi bir vəziyyətdir. Bu zaman ayaq biləkləri bir-birindən uzaqda, lakin dizlər bir-birinə toxunmuş vəziyyətdədir, hətta şəxs ayaq üstə dayansa belə görüntü çarpaz şəkildə olur.
  • Genu varum, yəni əyriayaq, dizlərin içəriyə doğru bucaqlandığı bir vəziyyətdir. Bu zaman dizlər bir-birindən uzaq qalır, lakin ayaq biləkləri bir-birinə toxunur.
  • Genu recurvatum, yəni hiperuzanmış diz, diz oynağının normal hərəkət diapazonundan daha çox uzandığı və dizin arxaya doğru büküldüyü bir vəziyyətdir.

Diz deformasiyalarının səbəbləri

Diz deformasiyaları müxtəlif amillərdən qaynaqlana bilər, bunlara genetik faktorlar, zədələr və bəzi tibbi hallar daxil olmaqla, osteoartrit, revmatoid artrit, bağ və ya qığırdaq yırtıqları, eyni zamanda doğuştan yaranan vəziyyətlər daxildir.

Genetik amillər diz deformasiyalarına səbəb ola bilər. Bəzi insanlar doğuşdan gələn genetik meyllər nəticəsində diz sümüklərində struktural dəyişikliklərə malik olur. Bu vəziyyətlərdə diz sümükləri düzgün formada inkişaf etmir və ya normal hərəkət qabiliyyəti zamanı problemlər yaranır.

Zədələr də diz deformasiyalarının əsas səbəblərindən biridir. Məsələn, ciddi zədələr, qəzalar və idman fəaliyyəti nəticəsində dizdə bağların, qığırdaq və ya sümük strukturlarının zədələnməsi dizin düzgün işləməməsinə səbəb ola bilər. Bağ zədələnmələri və qığırdaq yırtıqları dizin hərəkətini məhdudlaşdıraraq ağrı və funksional problemlərə yol aça bilər.

Osteoartrit (dizdəki degenerativ eklem xəstəliyi), diz deformasiyalarının ən yaygın səbəblərindən biridir. Dizin qığırdaq hissələrinin zamanla aşınması nəticəsində dizdə ağrı, sərtlik və hərəkət məhdudiyyətləri yaranır. Osteoartrit inkişaf etdikcə diz oynağı deformasiyaya uğrayır və bu, dizin normal funksiyasını pozur.

Revmatoid artrit isə autoimmun bir xəstəlikdir və dizdə iltihablanmaya səbəb olaraq dizin strukturunu zədələyir. Bu xəstəlik zamanla dizin formasını dəyişdirir, nəticədə diz əyriliyi inkişaf edir.

Doğuşdan gələn vəziyyətlər, yəni konjenital xəstəliklər də diz deforma­syalarının yaranmasına səbəb ola bilər. Bu vəziyyətlər doğuş zamanı əzələ  və ya sümük quruluşunun anormal inkişafı nəticəsində meydana gəlir. Bəzi hallarda, uşaqlar doğuşdan diz əyrilikləri ilə  dünyaya gələ bilər bu hallar da zamanında müalcə olunmalıdır.

Diz deformasiyalarının müalicəsi necə aparılır?

Diz deformasiyasının müalicəsi vəziyyətin səbəbinə və şiddətinə görə dəyişir. Əgər dizinizdə ağrı və ya hərəkət çətinliyi hiss edirsinizsə, bir həkimə və ya fiziki terapevtə müraciət etmək vacibdir. Beləliklə, deformasiyanın səbəbini müəyyən etməklə  ən uyğun müalicə yolunu təyin etmək mümkündür. Doğru müalicə və idarəetmə ilə diz deformasiyası olan insanların əksəriyyəti normal və aktiv həyat sürə bilirlər.

Fiziki terapiya dizdəki gücü və elastikliyi artıraraq ağrını azaltmağa və hərəkətliliyi yaxşılaşdırmağa kömək edə bilər. Mütəmadi məşqlər də diz deformasiyasının idarə olunmasında mühüm rol oynayır, çünki gücü, elastikliyi və hərəkətliliyi artırır. Fiziki terapevt sizin xüsusi ehtiyaclarınıza və məqsədlərinizə uyğun bir məşq planı hazırlamaqda kömək edə bilər.

Cərrahiyyə ciddi hallarda deformasiyanı düzəltmək və dizin normal funksiyasını bərpa etmək üçün tələb oluna bilər. Diz deformasiyası üçün cərrahiyyə prosedurlarına osteotomiya (deformasiyanı düzəltmək üçün sümüyün kəsilməsi və yenidən yerləşdirilməsi) və ya artroplastika (zədələnmiş oynağın süni bir protezlə əvəz edilməsi) daxildir. Cərrahiyyə seçimi spesifik vəziyyətə və deformasiya şiddətinə görə dəyişir.

Osteotomiya əməliyyatı

Osteotomiya əməliyyatı, diz deformasiyalarını düzəltmək üçün həyata keçirilən bir cərrahi müdaxilədir. Bu əməliyyat, xüsusilə uşaqların və gənclərin böyüməsi tamamlanmadan əvvəl öz-özünə düzəlməyən və ya müalicə ilə yaxşılaşmayan ciddi diz deformasiyalarında tətbiq olunur. Məsələn, diz deformasiyası zamanı əyri dizlər kimi hallarda osteotomiya əməliyyatı effektiv bir həll yolu olaraq təklif olunur.

Əməliyyatın əsas məqsədi, dizin və ayağın düzgün düzülüşünü bərpa edərək, əzələ və sümüklərin təbii vəziyyətə gəlməsini təmin etməkdir. Cərrah, dizin yuxarısında və ya aşağısında sümükləri kəsərək onların bucağını dəyişdirir və sonra bu sümükləri düzgün bir mövqedə birləşdirir. Bu müdaxilə nəticəsində, sümüklərin təbii quruluşu bərpa edilir və dizin normal funksiyaları bərpa olunaraq ağrı və digər problemlər aradan qaldırılır.

Total diz artoplastikası(TKA)

Total diz artroplastikası (TKA) ortopediyada ən təsirli, sərfəli və davamlı olaraq uğurlu cərrahi prosedurlardan biridir. Bu prosedur, son mərhələ degenerativ diz osteoartriti ilə əziyyət çəkən xəstələr üçün etibarlı nəticələr təmin edir. Bu xəstəlik, ciddi oynaq ağrısı, sərtlik və hərəkət qabiliyyətinin azalması ilə xarakterizə olunur ki, bu da xəstənin həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. TKA üçün namizədlərə adətən dərmanlar, fiziki terapiya və ya inyeksiyalar kimi konservativ müalicələrə cavab verməyən şəxslər daxildir. TKA, zədələnmiş diz oynağını protez komponentləri ilə əvəz edərək, bu simptomları aradan qaldırmaq və funksiyanı bərpa etmək məqsədi daşıyır. Bunun nəticəsində xəstələrdə ağrı azalır və ümumi fəaliyyət qabiliyyəti yaxşılaşır.

Diz deformasiyası üçün təyin olunan  digər müalicələrə aşağıdakılar daxildir:

  • Ortopedik cihazlar: Əsa, diz dəstəyi kimi yardımçı cihazlardan istifadə.
  • Ağrı və iltihabı idarə etmək üçün dərmanlar: Qeyri-steroid antiinflamatuar preparatlar (NSAİİ) və ya ağrıkəsicilər.

Əgər siz də belə bir problemlə qarşılaşmısınızsa, müalicənin daha effektiv olması üçün uzman bir mütəxəssisə  müraciət etməyi gecikdirməyin.

Tags :

Share This :

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Improve Your Spine Health, Download Our Chirox App Now!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir