Ligament Zədələnməsi Nədir? Detallı Bələdçi
fizyoterapi.az
19 Dekabr 2024
Əgər idmanla məşğulsunuzsa və ya 40 yaşdan yuxarı tanışlarınız varsa, çox güman ki, dizdəki ACL (ön çarpaz bağ) və ya digər ligament zədələri haqqında eşitmisiniz. Bu məqalədə ligamentin nə olduğunu, necə işlədiyini və orqanizmdəki əhəmiyyətini aydın şəkildə izah edəcəyik.
Ligament Nədir?
Ligamentlər, bədəndə bir sümüyü digər sümüyə bağlayan lifli birləşdirici toxumalardır. Onlar oynaq sabitliyini təmin edir və həddindən artıq hərəkətləri məhdudlaşdıraraq zədələnmələrin qarşısını alır. Çox vaxt tendonlarla qarışdırılsa da, ligamentin funksiyası fərqlidir. Tendonlar əzələləri sümüyə birləşdirir, ligamentlər isə sümük-sümük əlaqəsini təmin edir.
Ligamentin Bədəndəki Funksiyası
Ligamentlər insan bədənində “yapışqan” rolunu oynayır, sümükləri bir arada saxlayır və oynaqları sabitləşdirir. Onların əsas funksiyaları bunlardır:
- Sabitlik: Sümüklərin düzgün mövqedə qalmasını təmin edir.
- Hərəkətə nəzarət: Həddindən artıq hərəkəti məhdudlaşdırır.
- Zədələrdən qoruma: Oynaq və ətraf toxumaları travmalardan qoruyur.
Ligamentin zədələnməsinin (bağ zədələnməsinin) növləri hansılardır:
1. ACL (Ön Çarpaz Bağ)
- Yerləşmə: Diz oynağında, bud sümüyü (femur) ilə baldır sümüyü (tibia) arasında yerləşir.
- Funksiya: ACL dizin ön sabitliyini təmin edir. Diz oynağının həddindən artıq irəli hərəkət etməsinin qarşısını alır.
- Niyə vacibdir: ACL dizin düzgün işləməsi və sabit hərəkət üçün həyati əhəmiyyət daşıyır. İdmançılarda ACL tez-tez zədələnir, xüsusən tullanma, sürətli dayanma və ya ani istiqamət dəyişmə zamanı bu cür zədələnmələrə rast gəlinir.
- Zədə riski: Bu oynaq disfunksiyası zamanı bağlar uzana, qismən zədələnə və ya tam qopa bilər. Zədə baş verdikdə dizdə “çat” səsi eşidilə bilər və oynaqda sabitliyin pozulması müşahidə oluna bilər.
2. PCL (Arxa Çarpaz Bağ)
- Yerləşmə: Diz oynağında, ACL-in arxasında yerləşir.
- Funksiya: Bud sümüyünü (femur) baldır sümüyünə (tibia) bağlayaraq dizin arxa sabitliyini təmin edir.
- Niyə vacibdir: PCL dizin həddindən artıq geri hərəkət etməsini məhdudlaşdırır və sabitlik yaradır.
- Zədə riski: PCL zədəsi nadir hallarda baş verir və əsasən avtomobil qəzası və ya ağır travmalar zamanı meydana çıxır.
- İliofemoral və İschiofemoral Ligamentlər
- Yerləşmə: Çanaq oynağında, çanaq sümüyü ilə bud sümüyü arasında yerləşir.
- Funksiya: Bu ligamentlər çanaq oynağını sabitləşdirir və hərəkətlərə nəzarət edir. Ayaq hərəkətləri zamanı düzgün istiqamətdə hərəkət etməyimizi təmin edir.
- Niyə vacibdir: Çanaq sabitliyi gündəlik hərəkətlərimizdə vacib rol oynayır, xüsusilə qaçış, gəzinti və oturub-durmaq zamanı əhəmiyyəti olduqca yüksəkdir.
- Zədə riski: Əsasən çanaq nahiyəsinə düşmə, həddindən artıq gərginlik və ya sərt hərəkətlər zamanı zədələnir.
4. Medial Deltoid Ligament
- Yerləşmə: Ayaq biləyinin daxili hissəsində yerləşir.
- Funksiya: Ayaq biləyinin sabitliyini təmin edir və hərəkətlərə dəstək olur,sümükləri birləşdirərək tarazlığı qoruyur.
- Niyə vacibdir: Ayaq biləyinin düzgün işləməsi, xüsusilə gəzinti və qaçış zamanı hərəkətlərin edilməsi bu ligamentdən asılı olur.
- Zədə riski: Medial deltoid ligament daha çox burxulmalar və ya sərt travmalar zamanı özünü göstərir.
Ligamentlərin Ən Çox Zədələndiyi İdman Növləri
Diz bağlarının zədələnməsi xüsusilə yüksək intensivlikli və qəfil hərəkət tələb edən idman növlərində geniş yayılmışdır. Futbol, basketbol, tennis, gimnastika, və xizək sürmə kimi idman növləri ligamentlərə, xüsusilə diz və ayaq biləyi bağlarına ciddi təzyiq göstərir. Bu idmanlarda qəfil dayanma, istiqamət dəyişmə və ya tullanma nəticəsində ligamentlər gərginlik və dartılmaya məruz qalaraq zədələnə bilər. Zədələrin qarşısını almaq üçün düzgün isinmə, möhkəmləndirici məşqlər və balanslı qidalanma vacibdir.
Ligament Zədələri (Çapraz bağ zədələnməsi) və Onların Müalicəsi
Çapraz bağ zədələnməsinin müalicəsi zədənin şiddətinə görə dəyişir. Burada həm yüngül, həm də ağır zədələr üçün nə edə biləcəyin sadə və detallı şəkildə izah olunur:
Yüngül Zədələr üçün Müalicə:
Yüngül dartılmalar və ya zədələrdə RICE metodu tətbiq olunur:
- İstirahət (Rest): Zədələnmiş sahəni mümkün qədər hərəkətsiz saxla. Bu, toxumanın sağalmasına imkan verir.
- Buz tətbiqi (Ice): Hər 2-3 saatdan bir 15-20 dəqiqə ərzində zədələnmiş bölgəyə buz qoy. Bu, şişkinliyi və ağrını azaldır. Buzu birbaşa dəriyə qoyma, dəsmal ilə sarı.
- Sıxma (Compression): Elastik bir bandajla oynağı yüngülcə sarı. Bu, şişkinliyin qarşısını alır. Çox sıx sarımaq olmaz çünki qan dövranına mane ola bilər.
- Yüksəkdə saxlama (Elevation): Zədələnmiş əzanı ürək səviyyəsindən yuxarıda saxla. Bu, qan axınını yaxşılaşdırır və şişkinliyi azaldır.
Ağır Ligament Zədələri üçün Müalicə
Tam yırtılma və ya ciddi zədələrdə daha kompleks yanaşmalar tələb olunur:
- Fizioterapiya: Sağalma prosesini sürətləndirmək və əzələ gücünü bərpa etmək üçün həkimin təyin etdiyi hərəkətlər. Bu, zədələnmiş bölgənin normal hərəkətini bərpa etməyə kömək edir.
- Breys və ya immobilizatorlar: Oynağı hərəkətsiz saxlamaq və əlavə zədələnmənin qarşısını almaq üçün xüsusi dəstək cihazları istifadə olunur. Bu, həm ağrını azaldır, həm də sağalma prosesini dəstəkləyir.
- Cərrahi müdaxilə: Əgər ligament tamamilə yırtılıbsa və ya digər müalicə üsulları nəticə vermirsə, ligamentin yenidən bərpası üçün əməliyyat lazım ola bilər. Cərrah sağalmış ligament toxumasını təmir edir və ya başqa toxuma ilə əvəzləyir.
Zədənin şiddətini qiymətləndirmək və düzgün müalicə almaq üçün həkimə müraciət etmək vacibdir. Düzgün və vaxtında müalicə edilən bağ yırtıqları tamamilə sağala bilər və əvvəlki hərəkətliliyi geri qaytara bilər.
Zədələnmiş Ligamentlərin Müalicəsində Fizioterapiyanın Rolu
Fizioterapiya, liqament zədələri nin sağalmasında çox əhəmiyyətli bir rol oynayır. Bu, yalnız ağrını azaltmaqla kifayətlənmir, həm də toxumanın düzgün şəkildə bərpasını təmin edir və hərəkət qabiliyyətini bərpa edir.
1. Ağrının Azaldılması və Şişkinliyin Aradan Qaldırılması
Fizioterapevt ilk növbədə zədələnmiş bölgədəki ağrını və şişkinliyi azaltmağa fokuslanır. Bunun üçün aşağıdakı üsullardan istifadə edilir:
- Buz və istilik terapiyası: Qan dövranını tənzimləyərək ağrını və iltihabı azaldır.
- Elektroterapiya: Zədələnmiş toxumanın rahatlanmasına və ağrının azalmasına kömək edir.
2. Hərəkət Qabiliyyətinin Bərpası
Liqament zədələrindən sonra oynaq sərtliyi tez-tez baş verir. Fizioterapiya bu sərtliyi aradan qaldırmaq və normal hərəkət diapazonunu bərpa etmək üçün xüsusi məşqlərdən istifadə edir:
- Passiv hərəkət məşqləri: Fizioterapevt oynaq hərəkətini tədricən bərpa edir.
- Aktiv hərəkət məşqləri: Xəstə özü yüngül hərəkətlər edərək əzələlərin gücünü artırır.
3. Əzələ Gücünün Bərpası
Zədələnmiş ligament ətrafındakı əzələlər zəifləyə bilər. Fizioterapevt, bu əzələləri gücləndirmək üçün xüsusi məşqlər təyin edir:
- Gücləndirici məşqlər: Əzələlərin yenidən işə düşməsi və oynaq sabitliyinin artması üçün əhəmiyyətlidir.
- Tarazlıq məşqləri: Bu məşqlər bədənin koordinasiyasını bərpa etməyə kömək edir.
4. Tam Bərpa və Profilaktika
Fizioterapiya yalnız zədənin sağalması ilə bitmir. Xəstənin gələcəkdə bənzər zədələrdən qorunması üçün profilaktik tədbirlər də görülür:
- Düzgün hərəkət texnikaları öyrədilir.
- Davamlı məşqlər tövsiyə edilir.
Zədələnmiş liqamentlərin düzgün və tam bərpası üçün fizioterapiya əvəzolunmaz bir rol oynayır. Bu proses ağrını azaltmaqla yanaşı, hərəkətliliyi və əzələ gücünü bərpa edir, gələcək zədələrin qarşısını almağa kömək edir. Əgər ligament zədəsi ilə qarşılaşmısınızsa, peşəkar fizioterapevtə müraciət edərək bu müalicə metodundan yararlanın. Sağlam bədən üçün müalicəyə vaxtında başlamaq vacibdir.
Ligament Sağlamlığı Üçün Necə Qidalanmalı?
Ligamentlərin sağlamlığını qorumaq və zədələnmələrdən sonra daha sürətli bərpa üçün balanslı qidalanma mühüm rol oynayır. Aşağıdakı qida qrupları ligamentlər üçün faydalıdır:
- Zülallar: Toxumaların bərpası üçün vacibdir. Toyuq, balıq, yumurta, lobya kimi qidalar zülalla zəngindir.
- C vitamini: Kollagen istehsalını artırır, ligament elastikliyini dəstəkləyir. Gündəlik rasyonunuza portağal, kivi, qırmızı bibər kimi qidaları daxil edin.
- Omega-3 yağ turşuları: İltihabı azaldır və toxuma bərpasını dəstəkləyir. Omega 3 yağlarının daha çox rast gəlindiyi qidalar arasında balıq (somon, skumbriya), qoz, çia toxumu kimi mənbələr yer alır.
- Kalsium və D vitamini: Sümükləri və ligamentləri gücləndirir. Təbii D vitamini mənbələrinə süd məhsulları, badam və günəş işığı yaxşı mənbələr daxildir.
- Hialuron turşusu: Oynaq və ligament sağlamlığını artırır. Toyuq və sümük bulyonları hialuron turşusu ilə zəngindir.