Uzman Fizioterapevt Əziz DəvrişovFizioterapevtManual terapevt

Skolioz, kifoz, lordoz əyrilikləri, onurğada disk yırıqları, idmançı zədələnmələri, insultun reabilitasıyası.

Boyun yırtığı

Skolioz

onurğa müalicəsi

Beldə disk yırtığı

aziz darvhishov
Qəbula yazılmaq üçün
uzman fizioterapevt aziz davrishov
0 +

illik tibbi təcrübə

Uzman Fizioterapevt Əziz Dəvrişov

2014-cü ildə Hacettepe Universitetinin Fizioterapiya və reabilitasiya fakültəsini bitirib. 2014-2015-ci illərdə həmin universitetin xəstəxanasında “Ortopediya” və “nevroloji reabilitasiya” üzrə təcrübə keçib.

2019-2021-ci illərdə İstanbul Atlas Universitetində fizioterapiya və reabilitasiya üzrə uzmanlıq təhsili alıb. Hazırda həm Zahra Klinikasında, həm də Azərbaycan Tibb Universitetinin Fizioterapiya və reabilitasiya kafedrasında müəllim kimi fəaliyyət göstərir.

Müalicələrimiz

  • Manual Terapiya
  • Skolioz
  • İnsult
  • Diz ağrıları
Manual Terapiya

Manual Terapiya

Manual terapiya əl ilə tətbiq olunan terapiya üsulludur. Əsasən bədəndə ağrı, gərginlik, spazm və funksional pozğunluqları müalicə etmək üçün istifadə olunur, təhlükəsiz və effektiv üsul sayılır. Bu terapiya xəstələrin ağrı və hərəkətlilik problemlərini xüsusi əl üsulları ilə müalicə etmək məqsədi daşıyır.

Skolioz

Skolioz

Skolioz onurğa sütunu deformasiyaları arasında ən çox rast gəlinən və proqressiv mərhələlərdə son dərəcə ciddi duruş pozğunluqlarına səbəb olan üçölçülü onurğa deformasiyasıdır. Bu deformasiya onurğanın struktur qüsuruna görə və ya onurğaya aid olmayan səbəblərə görə inkişaf edə bilər.

İnsult

İnsult

İnsult beyində damarların qopması və ya partlaması nəticəsində yaranan və ətraf toxumalarda qanaxmaya səbəb olan vəziyyətə beyin qanaması deyilir. Beyin qanaması ilə təmin olunmayan beyin hüceyrələri ölür. Serebral qansızma kəllədaxili qanaxma və beyindaxili qanaxma da adlanır.

Diz ağrıları

Diz ağrıları

Diz ağrısı hər yaşda insanı narahat edən yayılmış bir problemdir. Zədələnmə və burxulmalar, artrit, bağların qopması, oynaqların iltihabı və hətta artıq çəki kimi bir çox vəziyyət diz ağrısına gətirib çıxara bilir.

  • ESWT (Zərbə dalğa)
  • Osteoxondroz
  • Miqren ağrıları
  • Karpal Tunel
Zərbə dalğa terapiyası

Zərbə dalğa terapiyası

Zərbə – dalğa terapiyası – dayaq-hərəkət sisteminin müasir və effektiv müalicə üsuludur. Bu unikal müalicə üsulu səs dalğalarının tibbi məqsədlə istifadəsinə əsaslanır. Müalicə proseduru çox aşağı tezlikli (eşidilməyəcək dərəcədə) səs dalğaları (akustik dalğalar) yaradan xüsusi cihaz vasitəsilə aparılır.

Osteoxondroz

Osteoxondroz

Osteoxondroz: sümüklərin və oynaqların qığırdaqlarının incəlməsi ilə özünü göstərən dayaq-hərəkət aparatının xəstəliyidir. Çox vaxt xəstələrə servikal, lomber və ya torakal bölgədə intervertebral disklərin məhvinə səbəb olan onurğa osteokondrozu diaqnozu qoyulur.

Miqren ağrıları

Miqren ağrıları

Miqren ağrıları: Migren şiddətli, çox vaxt birtərəfli baş ağrılarının dövri ataklarl ilə xarakterizə olunan xroniki bir xəstəlikdir. Patologiyanın xarakterik xüsusiyyəti onun meydana gəlməsi üçün təbii səbəblərin olmamasıdır, məsələn, xəsarətlər, şişlər, qan dövranı pozğunluqları və s.

Karpal Tunel Sindromu

Karpal Tunel Sindromu

Karpal tunel sindromu (Carpal Tunnel Syndrome - CTS) biləyin karpal tunelində median sinirə təzyiqin artdığı nevroloji bir patalogiyadır. Bu hal əldə ağrı və ya uyuşmaya səbəb olur.

Nəticələrimiz

Manual terapiyanın faydaları

  • Ağrının azaldılması

    Manual terapiya ağrıları aradan qaldırmağa kömək edə bilər. Fizioterapevtlər əzələlərdə və oynaqlarda gərginliyi aradan qaldırmaq üçün müxtəlif üsullardan istifadə edə bilərlər.

  • Hərəkət diapazonunun artması

    Disk yırtığı səbəbiylə hərəkət məhdudiyyəti yaranır. Manual terapiya oynağın hərəkət diapazonunu artırıb və xəstənin daha sərbəst hərəkət etməsinə kömək edə bilər.

  • Əzələ Gücünün artırılması

    Manual terapiya zəifləmiş əzələləri gücləndirmək üçün idmanlarla birləşdirilə bilər. Bu da öz növbəsində onurğanın daha yaxşı dəstəklənməsinə kömək edir.

Pasiyent rəyləri

Gusein Gasanov

Pasiyent

Bu qədər effekt verəcəiyini düşünməzdim. Amma çox bəyəndim

Ruslan Məmmədov

Pasiyent

Manaul Terapiya etdirməyə qorxurdum amma düşündüyüm kimi olmadı. Çox razı qaldım

Leyla Əsgərli

Pasiyent

Kürək əzələlərin güclənib. Artıq onurğamı düz tuta bilirəm. Əyrilikdən yaranan ağrılıq, yorğunluq halları azalıb

Nadir Qafarzadə

Pasiyent

Müğənnilik Peşəmlə əlaqlədar daim ayaq üstə dururam və əzələlərim gərgin olur. Əziz doktorun müalicəsindən sonra ağrılardan azad oldum. İndi rahat işimə davam edirəm.

Pünhan Piriyev

Pasiyent

Bədənimdə daima bir yorğunluq, ağırlıq olurd. Boynum hər zaman ağrıyırdı. Manual terapiyadan sonra özümü gümrah hiss edirəm.

Odina Aliyeva

Voleybolçu

Rahatlama gəlir manual terapiya etdirdikdən sonra. Çox sağ ol Əziz doktor

Ən son məqalələrimiz

Boyun ağrılarının manual terapiya ilə müalicəsi

Dr Aziz Darvishov