Əzələ spazmı nədir: Səbəbləri və Müalicəsi
fizyoterapi.az
16 Oktyabr 2024
Hər kəs həyatının müəyyən zamanlarında əzələ ağrılarından əziyyət çəkib. Bu zaman “əzələ ağrısı nədir?” kimi google axtarışlarının olması da tamamilə normaldır. Bu yazımızda əzələ ağrıları, onların yaranmasının səbəb və müalicəsi barəsində söhbət açacağıq.
Əzələ krampları (Əzələ spazmı) bir və ya bir neçə əzələdə qəfil, qeyri-ixtiyari sancılar və ya spazmlar şəklində ortaya çıxır. Əzələ spazmı çox geniş yayılmışdır və əsasən məşq prosesindən sonra baş verir. Gecə ayaqlarda yaranan əzələ spazmlarına daha çox təsadüf edilir. Bu ağrılar bir neçə saniyədən bir neçə dəqiqəyədək çəkə bilər.
Əzələ spazmı bədənin hər hansı bir əzələsində baş verə bilər. Əsasən aşağıdakı nayihələrdə daha sıx rast gəlinir:
- Baldır və Bud nayihəsi
- Ayaqlar və əllər
- Ayaq barmaqları
- Qarın və Qabırğa boyu
Əzələ spazmları (əzələ krampları) əzələlərin ağrılı yığılması və gərginləşməsidir. Bu əzələ spazmları anidən baş verir, gözlənilməz anda yaranır. Ev şəraitində əzələ spazmının qarşısını almaq və onu müalicə etmək üçün müəyyən addımlar ata bilərsiniz, lakin bu üsullar həmişə effektiv olmur. Çünki altda yatan səbəblər əzələ spazmının daimi şəkildə baş verməsinə səbəb ola bilər. Bu spazmlar qısa zaman sürsə də, əgər altda yatan səbəb müəyyən xəstəliklərdən qaynaqlanırsa, həkim müayinəsindən keçməyiniz olduqca vacibdir.
Əzələ spazmı – həmçinin əzələ qıc olması, əzələ krampı və ya əzələ sıxılması kimi də tanınır. Bu spazmlar bədənin istənilən əzələsində meydana gələ bilər.
Əzələ Spazmı nədir və nəyə görə yaranır?
Əzələ spazmlarına əzələ zədəsi, sinir zədəsi və bəzi tibbi problemlər kimi müxtəlif amillər səbəb ola bilər. Əzələ spazmları əzələ zədəsi, məsələn, dartılma və ya burxulma yaşadıqda bədənin zədədən qorunmaq üçün verdiyi bir reaksiyadır.
Bundan əlavə, sinirlərin zədələnməsi zamanı sinirlər və əzələlər arasındakı normal əlaqə pozulur, nəticədə qeyri-iradi əzələ yığılmaları (əzələ spazmı) meydana gəlir. Multipl skleroz və ya onurğa beyni zədəsi kimi sinir sisteminə təsir edən tibbi problemlər də əzələ spazmların yaranmasına səbəb ola bilər.
Əzələ spazmlarına əzələ zədəsi, sinir zədəsi və bəzi tibbi problemlər kimi müxtəlif amillər səbəb ola bilər. Əzələ spazmları əzələ zədəsi, məsələn, dartılma və ya burxulma yaşadıqda bədənin zədədən qorunmaq üçün verdiyi bir reaksiyadır.
Bundan əlavə, sinirlərin zədələnməsi zamanı sinirlər və əzələlər arasındakı normal əlaqə pozulur, nəticədə qeyri-iradi əzələ yığılmaları (əzələ spazmı) meydana gəlir. Multipl skleroz və ya onurğa beyni zədəsi kimi sinir sisteminə təsir edən tibbi problemlər də əzələ spazmların yaranmasına səbəb ola bilər.
Qeyd etdiyimiz kimi əzələ spazmı nədir? sualına digər bir cavabla- Əzələ spazmları spontan şəkildə meydana gələn və müəyyən fəaliyyətlər və xəstəliklərlə bağlı yaranan bir vəziyyətdir-deyə bilərik. Məsələn, yuxu zamanı ayaqda qəfil bir titrəmə spontan əzələ spazmı ola bilər.
Digər tərəfdən, ağır qaldırma, intensiv məşqlər və ya təkrarlanan hərəkətlər kimi fəaliyyətlərlə məşğul olmaq da əzələ spazmına səbəb ola bilər. Bu faktorlar əzələləri həddindən artıq stimullaşdırır və nəticədə qeyri-iradi yığılmalar, ağrı hissi yaranır.
Elektrolitlərdə azalma
Elektrolitlər bədənin maye balansının təmin olunması və elektrik yüklərinin tarazlığında əhəmiyyətli rol oynayır. Kalium, maqnezium, natrium, kalsium kimi minerallar əzələləriniz düzgün işləməsinə və əzələlərin yığılmasına cavabdehdir. Əgər bu elementlərin çatışmazlığı hiss olunarsa, vücudunuz sizə kramplar və spazmlarla mesaj göndərəcək. Bu elementlərin azalmasına idman və ya ağır tərləmə halları təsir edir. Eyni zamanda müxtəlif xəstəliklərdə elektrolitlərin itirilməsi ilə nəticələnə bilər.
Qısacası, elektrolitlərin azalması əzələlərə doğru siqnalların düzgün göndərilməməsinə və əzələ hüceyrələrinin yığılmasının nizamsız olmasına səbəb olur. Bu balanssızlıq əzələ spazmlarının yaranmasına gətirib çıxarır və əzələlərin düzgün şəkildə istirahət etməsinə mane olur.
Susuzluq:
Susuzluğun yaranması da elektrolitlərin itirilməsi ilə nəticələnə bilər və nəhayət bu hal da dolayısı yolla əzələ spazmlarının yaranmasına gətirib çıxarır.
Stress
Stressin bədənə vurduğu zərər hər kəsə məlumdur. Bu hal baş ağrıları və yuxusuzluq yaratdığı kimi eyni zamanda əzələ ağrılarına və spazmlara səbəb olur. Həll yolu isə meditasiya, masaj və yuxu rejiminin düzəldiləsindən ibarətdir.
Həddən artıq kofenin istifadəsi:
Gün ərzində həddən artıq kofenin istifadəsi əzələ spazmlarına səbəb olur. Bu əsasən əzələ stimullaşdırıcı təsir göstərir.
Məşq azlığı:
Əgər idman formanızdan uzaqsınızsa, o zaman məşq zamanı rejiminizə ağırlıq qaldırma kimi idman hərəkətləri əlavə edə bilərsiniz. Bu hərəkətlər əzələləri gücləndirərək əzələ spazmının yaranmasının qarşısını alacaqdır.
Dərman həbləri:
Əgər ürək xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkirsinizsə, buna görə qəbul edilən həblər sizi sidiyə daha çox çıxmağa məcbur edəcək. Son durum yenə də elektrolitlərin itirilməsi ilə nəticələnir və bu da əzələ spazmlarına yol açır.
Nevropatiya
Sinir hüceyrələri zədələndikdə, onların bir-biri ilə və beyinlə “ünsiyyət” qurma tərzi dəyişir. Bu da əzələlərdə spazma və titrəmələrə gətirib çıxarır. Bəzi insanlar bu vəziyyətlə doğulur, lakin bu, zədə, infeksiya, xəstəlik, alkoqolizm və bəzi dərmanlar səbəbindən də baş verə bilər. Şəkərli diabet nevropatiyanın ən geniş yayılmış səbəbidir.
Əzələ Spazmları nədir və müalicəsi necə aparılmalıdır?
Əzələ spazmı nədir? sualı çoxlarına tanışdır, çünki bu vəziyyət qəfil və ağrılı əzələ yığılmaları ilə xarakterizə olunur. Əzələ spazmları adətən öz-özünə keçsə də daha uzun sürdüyü halda Amerika Osteopatik Assosiasiyas-nın aşağıdakıları tövsiyələrini tətbiq etmək müalicənin gedişatına müsbət təsir göstərəcəkdir:
– Əzələ spazmına təsir edən fəaliyyətdən qaçının (məsələn, qaçış)
– Əzələ krampına məruz qalan əzələni yüngülcə masaj edin və dartın
– Ağrıyan əzələləri sakitləşdirmək üçün ilkin zədə alındığında buz tətbiq edin.(15-20 dəq)
– Əgər zədədən bir müddət keçibsə, isti kompresslər tətbiq edin
Əgər spazmlar nevroloji bir vəziyyətdən qaynaqlanırsa, həkimlər antispazmodik dərmanlar təyin edə bilərlər.
Doğru Qidalanma
Bəzən əzələ spazmları, qida rasionunuzda olan qida maddələrinin çatışmazlığından qaynaqlana bilər. Elektrolit balanssızlığı əzələ kramplarının (əzələ qıcolması) əsas səbəblərindən biridir. Natrium, kalsium, maqnezium və kalium kimi mineralları tünd yaşıl yarpaqlı tərəvəzlərdən, dəniz məshullarından və süd məhsullarından təmin etmək olar.
Dartınma hərəkətləri
Yüngül dartınma hərəkətləri, gərgin əzələləri rahatlatmağa, elastikliyi artırmağa və əzələ spazmını aradan qaldırmağa kömək edir. Məşq zamanı spazma meyilli əzələlərə, xüsusilə bel və ayaq əzələlərinə diqqət yetirmək lazımdır. Dartınma hərəkətlərini düzgün şəkildə icra etmək əzələ qıcolmasının (əzələ spazmı) qarşısının almağa kömək edir.
Dərman terapiyası:
Əzələ spazmlarını yüngülləşdirmək üçün ibuprofen və ya asetaminofen kimi reseptsiz satılan ağrıkəsicilərdən istifadə edə bilərsiniz. Bu dərmanlar ağrını azaltmağa və əzələ gərginliyini aradan qaldırmağa kömək edəcəkdir.
Manual terapiyanın əzələ spazmına təsiri
Əzələ Spazmları. Spazmlar adətən təsirlənmiş əzələ bölgəsində sıx, düyünlü bir hisslə xarakterizə olunur ki, bu da əzələni hərəkət etdirməyi və ya rahatlatmağı çətinləşdirir.
Manual Terapiya fiziki terapevtlər tərəfindən əzələ spazmları və digər əzələ-skelet problemlərinin müalicəsi üçün istifadə olunan mexaniki bir yanaşmadır. Bu terapiya ağrını yüngülləşdirmək, hərəkətliliyi artırmaq və əzələ gərginliyini azaltmaq məqsədilə masaj, dartınma və oynaqların mobilizasiyası kimi müxtəlif üsulları əhatə edir.
Manual Terapiya Əzələ Spazmlarına Necə Kömək Edir:
- Masaj Texnikaları: Əl ilə tətbiq edilən masaj təsirlənmiş bölgəyə qan axınını artıraraq əzələ sərtliyini azaltmağa və spazmları yüngülləşdirməyə kömək edir. Masaj zamanı tətbiq olunan təzyiq, sıx düyünləri aradan qaldırır və əzələni rahatladır.
- Dartınma və Mobilizasiya: Dartınma hərəkətləri vasitəsilə terapevtlər əzələləri uzadaraq rahatlatmağa, elastikliyi bərpa etməyə və spazmların tezliyini azaltmağa çalışırlar.
- Trigger Point Terapiyası: Bu texnika, əzələdə xüsusilə gərgin və ağrılı olan “trigger nöqtələri” üzərinə təzyiq tətbiq etməyə yönəlir. Bu nöqtələrin rahatladılması əzələ gərginliyini azalda və spazmları yüngülləşdirə bilər.
- Rahatlama və Ağrının Azaldılması: Manual terapiya yalnız fiziki rahatlamaya kömək etmir, həm də ümumi ağrı səviyyələrini azaldaraq, gündəlik fəaliyyətləri daha rahat şəkildə yerinə yetirilməsini təmin edir.
Əzələ spazmı nədir? və hansı yolla müalicə ediləcəyini düşünürsünüzsə, manual terapiya üçün Əziz Dəvrişova müraciət edin. Həkim əzələ spazmının səbəblərini müəyyənləşdirdikdən sonra sizə uyğun müalicə planı tərtib edəcəkdir. (050) 666 69 11 telefon nömrəsi ilə əlaqə saxlayaraq əlavə suallarınızı və görüş üçün zamanı müəyyənləşdirə bilərsiniz.