Ayaq Deformasiyası: Səbəbləri və Müalicə Üsulları

Ayaq deformasiyası
Ayaq Deformasiyası

Ayaq deformasiyaları müalicə tələb edən fiziki şəkildəyişmə prosesləridir. Müxtəlif xəstəliklərin təsiri ilə ortaya çıxan ayaq problemləri  peşəkar həkimlərin və fizioterapevtlərin köməyi ilə müalicə olunur.
Ayaq deformasiyaları və ya yanlış hizalanmaları (sümüklərin yanlış mövqeləri) həm doğuş zamanı yarana bilər, həm də zamanla inkişaf edə bilər.  Digər ayaq deformasiyalarının səbəblərini isə aşağıdakı kimi qruplaşdırmaq mümkündür.

Ayaq deformasiyalarının səbəbləri:

1.Doğuşdan Gələn Problemlər: Ayaqların doğuşdan olan quruluş problemləri, məsələn, düz daban (pes planus) və ya yüksək qövs (pes cavus) ayaqlarda deformasiyaya şəklində özünü  göstərir.

 Bunyonlar (Hallux Valgus) – Ayaq baş barmağının xaricə doğru əyilməsi nəticəsində yaranan ağrılı deformasiya. Səbəbləri: ayaqqabı təzyiqi və genetik meyillilik.

Çəkic barmaq, Claw barmaq, Mallet barmaq – Ayaq barmaqlarının müxtəlif əyrilik növləri. Əsas səbəblər: davamlı təzyiq, yanlış ayaqqabı seçimi, genetik faktorlar.

Düz ayaq (Pes Planus) – Ayaq tağının olmaması və yerə tam təmas etməsi ilə xarakterizə olunur. Səbəbləri: genetik meyillilik və uşaqlıq dövründə düzgün tağın formalaşmaması.

Yüksək qövs (Pes Cavus) – Ayaq tağının həddindən artıq yuxarı qalxması. Əsas səbəblər: sinir və ya əzələ xəstəlikləri, genetik faktorlar.

2.Ayaqqabı Seçimi və İstifadəsi: Dar və ya uyğun olmayan ayaqqabıların uzun müddət istifadəsi ayaq deformasiyalarına (ayaq əyriliyinə) yol aça bilər.

3.Revmatizmal Xəstəliklər: Revmatoid artrit və ya osteoartrit kimi revmatizmal xəstəliklər ayaq sümüklərində iltihaba və ayaq deformasiyasına səbəb olur.

4.Yaralanmalar və Travmalar: Ayaqda yaralanmalar və travmalar, xüsusilə təkrarlanan hərəkətli,  fəaliyyətlər (məsələn, qaçış) ayaq strukturunda deformasiyalara yol aça bilər.

5.Artıq Çəki: Artıq çəki, bədəndə əzələ və sümüklər üzərində təzyiq yaradaraq zamanla ayaqlarda deformasiyalara səbəb olur. Bu səbəbdən çəki idarəsinə diqqət yetirmək vacibdir.

6.Yaşlanma Prosesi: Yaşlandıqca sümük və əzələ strukturları zəifləyir ki, bu da ayaqlarda deformasiyalar yaradır.

Ayaq Deformasiyalarının Əlamətləri və Diaqnoz Üsulları

ayaq deformasiyaları

Ayaq deformasiyaları nəticəsində sümüklərin əyilməsi, çıxıntıları, ayaq tağının həddindənartıq düz və ya yüksək olması kimi dəyişikliklər baş verə bilər. Bu vəziyyətlər ayaqqabıların düzgün oturmamasına, təzyiqdən yaranan yaraların və qabarların əmələ gəlməsinə səbəb ola bilər. Ayaqda deformasiya olan bölgələrdə şişkinlik, qızartı və iltihab belə görünə bilər. Bu zaman ayaq və barmaqlarda davamlı və ya aralıq ağrılar xüsusilə uzun müddət ayaq üstə qaldıqda artacaqdır.

Ayaq deformasiyası əlamətlərini qruplaşdırsaq:

  1. Xaricə doğru əyilmə və sümüklərin çıxıntısı
  2. Ayaq qövsünün düzləşməsi və ya yüksək olması
  3. Ayaqqabı uyğunsuzluğu və sıxma hissiyatı
  4. Təzyiqdən yaranan qabar və ya yara izləri
  5. Şişkinlik və qızartı

      6. Davamlı və ya periodik ağrı

Ayaq deformasiyaları zamanı diaqnozun qoyulması

Ayaq deformasiyalarında diaqnoz qoyulması prosesi adətən aşağıdakı mərhələləri əhatə edir:

  1. Ətraflı Tarixçə Toplanması: Həkim, xəstənin şikayətlərini, simptomların nə vaxt və necə başladığını, ailədə oxşar problemlərin olub-olmadığını öyrənir, ətraflı anamnez toplayır.
  2. Fiziki Müayinə: Həkim, ayağın formasını, dəri vəziyyətini və ayağın reflekslərini və funksionallığını yoxlayır, göz ilə görülən ilkin fiziki dəyişiklikləri müayinə edir (əyilmə, şişkinlik və ya ağrı və s)

    3. Gediş Təhlili (Gait Analysis):
    Gediş təhlili, həmçinin yürüş və ya hərəkət təhlili olaraq da bilinir, bu bir şəxsin duruşunu, gedişini ətraflı qiymətləndirən bir analizdir. Bu təhlil aşağıdakı vəziyyətlərdə kömək edir: Əzələ, sinir, skelet problemlərinin mənbəyini öyrənməkdə və xəstənin durarkən, gəzərkən ağrısının müəyyənləşdirilməsində
  3. Rentgen və Radioloji Görüntülər: Ayaq sümüklərində əyriliyi ətraflı qiymətləndirmək üçün rentgen, MRT (Maqnit Rezonans Tomoqrafiyası) və ya KT (Kompüter Tomoqrafiyası) kimi görüntüləmə metodlarından istifadə edilir.

Laborator Müayinələr : Bəzi hallarda, ayaq deformasiyası metabolik və ya avtoimmun xəstəliklərlə bağlı ola bilər. Bu zaman qan analizləri, hormon və qığırdaq enzimlərinin yoxlanılması tələb oluna bilər.

Bunu bilmək vacibdir ki, ayaq deformasiyaları öz-özünə müalicə olunmur və mütləq xaricdən dəstək almaq lazımdır.

  Ayaq deformasiyaları (aşağı ətraflarda əyrilik) zamanı hansı həkimlərə müraciət edilməlidir?

Ortopedik Cərrahlar – Cərrahi və konservativ müalicə ilə məşğul olur. 

Podoloqlar – Ayaq sağlamlığı və ortopedik insollarla müalicə üzrə ixtisaslaşır.

Fizioterapevtlər – Əzələ gücləndirici reabilitasiya məşqləri təyin edir.

Revmatoloqlar – Avtoimmun xəstəliklərdən qaynaqlanan ayaq deformasiyaları müalicə edir.

Ortopedik Ayaqqabı və Protez Uzmanları – Xüsusi ortopedik ayaqqabılar və cihazlar hazırlayır.

Uşaqlarda ayaq əyriliyi-ayaq deformasiyalarının müalicəsi

Ayaq deformasiyaları, yetkinlərdə və xüsusilə uşaqlarda müxtəlif sağlamlıq problemlərinə yol aça bilən geniş yayılmış bir problemdir. Uşaqlar ayaq deformasiyalarına daha həssasdırlar və  onlarda 20-dən çox ayaq deformasiyası tipi aşkarlana bilər. Ayaq deformasiyalarını vaxtında müəyyən etmək  uşağın gələcəkdə daha sağlam böyüməsinə və gündəlik  fəal fəaliyyətinə şərait yaradacaqdır.

Deformasiya növləri

Ayaq deformasiyaları əsasən iki qrupa bölünür: konjenital (doğuşdan olan) və sonradan əldə edilmiş (doğum zamanı və ya sonrası travma nəticəsində yaranan) ayaq deformasiyaları.

Ayaq deformasiyası olan bir uşaqda gəziş formasına diqqət yetirilməlidir. Bu zaman aşağı ətrafların deformasiyası uşağın balansına və görünüşünə təsir edir, yıxılma və zədə alma ehtimalını artırır. Valideynlər üçün bu durumu anlamaq  ilk vaxtlarda çətin ola bilər, ona görə də uşaqların mümkün qədər tez bir zamanda həkim tərəfindən yoxlanılması mühümdür.

Uşaqlarda rast gəlinə biləcək geniş yayılmış ayaq deformasiyaları arasında valgus və varus (ayağın bədəndən kənara və ya mərkəzə meyli), adduksiya və abduksiya (ön ayağın mərkəzə doğru və ya mərkəzdən uzaqlaşması), inversiya və eversiya (ayağın içə və ya xaricə dönməsi), plantar fleksiya və dorsifleksiya (ayağın aşağı və yuxarı hərəkəti), pronasiya və supinasiya (ayağın içə və ya xaricə dönüklüyü) daxildir.

Ayaq deformasiyalarının (ayaqda əyrilik) cərrahi və qeyricərrahi müalicəsi

Ən çox istifadə edilən konservativ müalicə seçimləri bunlardır:

Hazır və ya xüsusi hazırlanmış içliklər – Ayağın dəstəyini təmin etmək üçün ayaqqabı içərisinə qoyulan içliklər.

Ayaqqabı dəyişiklikləri – Ayaq formasına uyğun daha rahat və uyğun ayaqqabı seçimi.

Yastıq və ya foot split (atel) istifadəsi  – Barmaqların düzgün duruşunu təmin etmək üçün yerləşdirilən yastıq və ya atel (şin) istifadəsi. Ayaq üçün atel’ə həmçinin ayaq müqavimət bandı da deyilir. .

Fizioterapiya – Ayaq əzələlərini gücləndirən və ağrını azaldan məşqlər.

Aşağı ətraflarda əyriliyin əməliyyat üsulu ilə müalicəsi:

Ayaq problemləri arasında əməliyyat tələb edə biləcək hallara ayaq deformasiyaları, baş barmaq çıxıntısı (bunion), çəkic barmaq (barmağın anormal bükülməsi), topuq artriti, Axilles tendonu problemləri və daban altı ağrıya səbəb olan plantar fasiit daxildir. Ayaq əyriliyi və deformasiyalarının müalicəsi üçün xüsusi prosedurlar vardır.

Bu prosedurlara sümüklərin kəsilməsi və yenidən düzəldilməsi (osteotomiya), tendonların və digər yumşaq toxumaların bərpası və ya köçürülməsi üsulları aiddir.

Cərrahi üsullar yuxarıdakı prosedurlarla kifayətlənmir, sümük uclarının və oynaq səthlərinin yenidən formalaşdırılması, oynaqların birləşdirilməsi (artrodez) və s kimi üsullar da əhatə edir.

Ayaq deformasiyaları, xüsusilə ciddi vəziyyətlərdə, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda bilər. Ayaq əyriliyinin vaxtında diaqnozu və düzgün müalicəsi daha ciddi sağlamlıq problemlərinin qarşısını almaqda mühüm rol oynayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Improve Your Spine Health, Download Our Chirox App Now!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir