Rotator manşeti anlayışı və zədələnmələri
fizyoterapi.az
16 Yanvar 2025
Rotator manşet, çiyin oynağınızın əsas komponentlərindən biridir. Bu struktur yuxarı qol sümüyünüzü çiyin yuvasında sabit tutmaq üçün əzələ və tendonlardan ibarətdir. Rotator manşet, qolunuzu hər istiqamətə rahat hərəkət etdirməyinizə imkan verir, eyni zamanda çiyin oynağınızı stabil saxlayır.
Rotator manşet yaralanmaları ən çox rastlanan çiyin problemlərindən biridir. Bu yaralanmalar, adətən, eyni qol hərəkətlərinin təkrarlanmasından qaynaqlanır. İdmançılar və fiziki işlərlə məşğul olanlar bu tip zədələrə daha meyillidir. Rotator manşet zədələrinin başlıca növləri tendinit, bursit və yırtıqlardır:
- Tendinit: Çiyin hərəkətləri zamanı tendonların sıxılması nəticəsində iltihablanması və şişməsi
- Bursit: Çiyin oynağındakı bursa adlanan maye ilə dolu kisənin aşırı sürtünmə nəticəsində iltihablanması və şişməsi.
- Rotator Manşet Yırtığı: Qolun ağır bir şey qaldırması nəticəsində və ya qəza ilə yırtılması. Yırtıqlar qismən və ya tam olur.
Rotator manşet zədələri hər yaşda baş verə bilər, lakin 40 yaş üzəri şəxslərdə daha geniş yayılmışdır. Zədənin əlamətləri arasında çiyin və qolun yuxarı hissəsində ağrı, hərəkət zamanı çıxan səslər və qolda güc itkisi var.
Rotator manşet zədələrinin diaqnozu necə qoyulur?
Rotator manşet zədələrinin diaqnozu müəyyən mərhələlərdən keçir və geniş bir yoxlama prosesi tələb edir. İlk olaraq həkiminiz sizin şikayətlərinizi dinləyərək həyat tərziniz və əvvəlki zədələriniz haqqında suallar verərək ətraflı bir anamnez toplayacaq. Daha sonra fiziki müayinə aparılmalıdır.
- Fiziki Müayinə: Həkim çiyin oynağınızın hərəkət diapazonunu yoxlayacaq, çiyin və qol gücünü sınayacaq. Həmçinin, çiyində ağrı olan bölgələri təyin etmək üçün təzyiq tətbiq edəcəkdir.
- Hərəkət Testləri: Həkim sizdən müxtəlif hərəkətlər etməyinizi istəyə bilər ki, bu da zədəli hissəni daha yaxşı müəyyən etməyə və sonrakı planlamanı yerinə yetirməyə kömək edəcəkdir.
- Görüntüləmə Testləri: Zədənin dərinliyini və konkret yerini müəyyənləşdirmək üçün bir neçə görüntüləmə testindən istifadə edilə bilər:
- X-şüaları: Əsasən sümüklər arasında problem olub-olmadığını yoxlamaq üçün istifadə edilir.
- MRI (Magnetic Resonance Imaging): Yumşaq toxumaları, o cümlədən tendonları və əzələləri dəqiq şəkildə göstərmək üçün ən etibarlı metodlardan biridir. Rotator manşet yırtıqlarını aşkar etmək üçün xüsusilə faydalıdır.
- Ultrason: Tendonlar, əzələlər və digər yumşaq toxumaların canlı görüntüsünü müəyyən etmək üçün istifadə edilir. Həmçinin hərəkət zamanı çəkildiyində dinamik təhlilə imkan verir.
Rotator manşet zədələri zamanı ilkin tibbi yardım necə göstərilməlidir?
Çiyin ağrıları (rotator manşet iltihabı), çiyin oynağındakı əzələ və tendonlarda baş verən zədə və ya aşınma ilə bağlı problemlərdir. Bu vəziyyətlər həm idmançılar, həm də fiziki işlər görmək məcburiyyətində olan insanlar arasında geniş yayılmışdır. İltihab və ağrının qarşısını almaq üçün bir sıra ilk müdaxilə üsulları mövcuddur:
1. İstirahət
Çiyin ağrısı hiss etdikdə ilk ediləcək iş istirahətdir. Zədələnmiş çiyinə yüklənməyi azaltmaq, iltihabın və ağrının artmasının qarşısını ala bilər.
2. Soyuq Kompres Tətbiqi
Zədələnmiş sahəyə ilk 48 saat ərzində buz qoyulması şişkinliyi və ağrını azaltmağa kömək edir. Buz paketini bir dəsmal ilə sarın və zədələnmiş sahəyə 20 dəqiqə müddətinə qoyun, sonra götürün. Bu proses gün ərzində bir neçə dəfə təkrarlanmalıdır.
3. Yüngül Gərmə və Gücləndirmə Məşqləri
Sağalma prosesi başladıqdan sonra həkim və ya fizioterapevt tərəfindən təyin edilmiş yüngül gərmə və gücləndirmə məşqləri çiyin oynağının hərəkətliliyini artırmaq və əzələləri gücləndirmək üçün mühümdür. Amma diqət ein ki, məşqlər ağrınızı artırmamalıdır.
4. Ağrıkəsici və Əltihabəleyhinə Dərmanlar
Ağrı və iltihabı azaltmaq üçün həkim tərəfindən təyin edilmiş ağrıkəsici və iltihabəleyhinə dərmanlar (məsələn, ibuprofen və ya aspirin) istifadə edilə bilər. Bu dərmanlar, xüsusilə iltihabın ilk mərhələsində effektivdir.
5. Fiziki Terapiya
Əgər çiyin ağrısı və iltihabı davam edərsə, fiziki terapiya təyin edilə bilər. Fiziki terapiya proqramı, çiyin əzələlərinin gücləndirilməsini, hərəkət diapazonunun genişləndirilməsini və ağrının azalmasını hədəfləyir.
6.Yuxunu tənzimləmək
Yuxu pozisyonunuzu tənzimləmək: Yatmaq üsulunuza uyğun olaraq, pozisyonunuzu dəstəkləmək ağrınızı azalda bilər. Bunun üçün yatma pozisyonunuza uyğun bir yastıq istifadə edərək, çiyninizi rahat vəziyyətə qoymaq, daha yaxşı yuxu ehtiyacınızı qarşılamağa imkan verəcəkdir.
Əgər siz də rotator manşet zədələnməsinin simptomları varsa, bundan əziyyət çəkirsinizsə, vaxtında həkim müraciət edərək ağrılarınızı azalda və çiyin funksiyalarınızı yaxşılaşdıra bilərsiniz. Bütün bu prosedurlar tez sağalmanı təmin edəcəkdir.
Rotator manşet yaralanmasından sonrakı bərpa prosesi:
Ağrının Azaldılması
Əməliyyat zamanı verilən sinir bloku qolunuzu bir günə qədər uyuşdura bilər. Sinir bloku tükənməzdən əvvəl ağrıkəsici dərmanlar qəbul etməyə başlamalısınız və mütəmadi olaraq ağrınızı nəzarətdə saxlamalısınız. Qolunuz hələ uyuşduğu müddət içində yaralanmamalıdır.
Rahat Geyim
Qolunuz uyuşduğu və çiyin immobilize edildiyi müddət ərzində hər zaman rahta geyimdən istifadə etməlisiniz. Əgər əməliyyat genişdirsə, 5-6 həftə boyunca bu rahatlığa nəzarət edin.
Məşqlər
İlk üç həftə içində fizioterapevtinizin göstərdiyi məhdud hərəkətlərdən ibarət məşqləri yerinə yetirin. Günlük məşqləri bir neçə dəfə təkrarlayın. Uzun müddətli bərpa üçün evdə mütəmadi məşqlər etməyə alışın.
Yaralar və Cərrahi tikişlər
Endoskopik cərrahiyyə sonrası yaralar kiçikdir, lakin üzərindəki örtüklər suya davamlıdır ki, yuyuna və duş ala biləsiniz. Örtüklər islanarsa, dəyişdirilməlidir.
Rotator Manşet Zədələnmələrindən sonra yoxlanış:
İlk Yoxlama: Əməliyyatdan sonra 1-2 həftə içində həyata keçirilməlidir. Bu, yaranın sağalma prosesi və dikişlərin vəziyyəti üçün vacibdir. Həkim yaradakı iltihaplanma əlamətlərini və ağrını yoxlayır.
İkinci Yoxlama: Əməliyyatdan 4-6 həftə sonra baş tutur. Əgər vəziyyət yaxşıdırsa, bu dövrdə dikişlər çıxarılır və fiziki terapiyaya başlanılır.
Üçüncü Yoxlama: Əməliyyatdan 3 ay sonra təşkil edilir. Həkim fiziki terapiyanın təsirini və çiyin funksiyalarının necə bərpa olduğunu yoxlayır. Müalicə planında lazımi düzəlişlər edilə bilər.
Dördüncü Yoxlama: Əməliyyatdan 6 ay sonra olur. Çiyinin sağlamlığını, gücünü və hərəkət aralığını qiymətləndirir. Bu zaman, çox xəstə normal həyatlarına qayıda bilər.
Sonrakı Yoxlamalar: Sağalma tamamlandıqdan sonra həkim illik və ya lazım olduqda keçiriləcək yoxlamaları tövsiyə edə bilər. Bu yoxlamalar sağlamlığın davamlı olaraq qorunmasına yönəlikdir.
Cərrahi Prosedurdan sonra tikişlərə nəzarət edilməsi
- Təmizlik: Dikişlərin olduğu sahəni hər gün antiseptik maddə ilə təmizləyin.
- Nəzarət: Bandaj və qoruyucuları düzgün istifadə edin.
- Müşahidə: Qızartı, şişkinlik və ya qəribə qoxulara diqqət edin.
- Ağrı Menecmenti: Ağrı varsa, həkiminizin təyin etdiyi dərmanları alın.
- Tikişlərin Çıxarılması: Tikişləri yalnız həkim çıxarmalıdır.