Skolioz Haqqında Hər Şey: Əlamətlər, Müalicə və idmanlar
fizyoterapi.az
29 İyul 2025

Skolioz əlamətləri: Nə vaxt mütəxəsisə müraciət etməliyik?
Skolioz, onurğada yan əyriliklə xarakterizə olunan bir skelet pozuntusudur. Onurğada yan əyriliyə səbəb olan skolioz əlamətləri müxtəlif yaş qruplarında fərqli şəkildə özünü göstərə bilər. Uşaqlarda daha çox bel və onurğa hissəsində S və ya C formalı əyriliklər, çiyinlərin qeyri-bərabər olması və ya ombaların fərqli yüksəklikdə yerləşməsi müşahidə olunur.
Bəzi hallarda uşaqlar bel nahiyəsində ağrı, tez yorulma hissi və yüngül nəfəs darlığı ilə üzləşə bilərlər. Yeniyetməlik dövründə isə skolioz əlamətləri sürətlə irəlilədiyi üçün 10-15 yaş aralığında müayinə tövsiyə olunur.
Əlamətlərə aşağıdakılar daxildir:

Yaşlılarda daha çox müşahidə olunan degenerativ skolioz, onurğa diskləri və oynaqlarda baş verən aşınmalar səbəbilə meydana çıxır. Hər iki halda erkən diaqnoz olduqca vacibdir və həyati önəm daşıyır.
Müalicə yanaşmaları:
Pasiyentin yaşına, onurğadakı əyriliyin səviyyəsinə və simptomlara əsasən skolioz müalicəsi müəyyənləşdirilir. Əgər uşaqlarda əyrilik 20° altındadırsa, bu zaman müalicə fizioterapiya və reabilitasiya metodları ilə xüsusilə də schroth terapiya ilə müalicə olunur. 20 üstü skoliozlarda fizioterapiya ilə yanaşı xüsusi korsetlərdən istifadə edilir. Müasir 3D korsetlər əyriliyin irəliləməsinin qarşısını alır və onurğanı orta xəttə yaxınlaşdırır.
50°-ni keçən hallarda isə artıq skolioz müalicəsi cərrahi müdaxilə ilə davam etdirilir. Bu mərhələdə onurğanın birləşdirilməsi və metal implantların yerləşdirilməsi ilə sabitlik təmin olunur.
Skolioz müalicəsi nəticəsində:
● Onurğanın struktur sabitliyi qorunur
● Ağrıların azalmasına səbəb olur
● Əyriliyin irəliləməsinin qarşısını alır
● Pasiyentin həyat keyfiyyətini yüksəldir
Ev şəraitində tətbiq olunan skolioz idmanları: Real effektiv üsullar
Xüsusilə yüngül və orta dərəcədə əyrilik üçün tətbiq edilən skolioz idmanları, konservativ müalicənin əsas hissəsini təşkil edir. Həmçinin bu idmanlar həm əyriliyin, həm də bədənin simmetriyasını bərpa etməyə kömək edir.
Ən çox tövsiyə edilən skolioz məşqləri:
● Pelvic tilt – çanaq əzələlərini sabitləşdirir
● Bird-dog – onurğa və bel əzələlərini gücləndirir
● Cat-Cow (pişik-inək) – onurğanın elastikliyini artırır
● Wall slide – kürək əzələlərinin duruşunu yaxşılaşdırır
Breathing exercises – skoliozda xüsusi nəfəs texnikaları döş qəfəsinin hərəkətliliyini artırır
Bu idmanların üstünlükləri:
● Ağrını azaldır və rahat hərəkəti təmin edir
● Skolioz müalicəsinə qeyri-invaziv dəstək verir
● Əzələlərin balansını düzəldir
Skolioz idmanları yalnız fizioterapevtin nəzarəti ilə seçilməlidir.
Skolioz müalicəsi nəticələrində səbirlə yanaşma
Həm korset istifadəsinə, həm də müvafiq idmanlara müntəzəm olaraq riayət edən pasiyentlərdə skolioz müalicəsi, uzunmüddətli əyrilik dərəcəsinin sabitləşməsi və azalması müşahidə olunur. 3D korsetlər 95% hallarda əyriliyi azaltsa da, mütəxəssis nəzarəti və düzgün profilaktik yanaşma mühüm rol oynayır.
Əgər skolioz dərəcəsi yüksəkdirsə, cərrahi müdaxilə planlaşdırılan zaman isə Cobb əyrilik bucağına görə qərar verilir, 45–50°-dən yüksəkdə konservativ üsullar kifayət etmir və əməliyyat tələb olunur.
pasiyentin inkişaf dövründə hər 6 aydan bir rentgen çəkdirib əyriliyin dərəcəsini izləmək mütləqdir. Bu nəzarət sayəsində müalicənin müvəffəqiyyəti dəyərləndirilir, beləliklə vaxtında tam müdaxilə mümkün olur.
Həmçinin bu mütəmadi yoxlamalar skolioz müalicəsi zamanı istifadə olunan üsulların effektivliyini müəyyənləşdirmək və ehtiyac yarandıqda müalicə planına uyğun düzəlişlər etmək baxımından böyük əhəmiyyət kəsb edir. Hər bir yeniyetmənin hər bir inkişaf tempi fərqli olduğundan, ardıcıl nəzarət xüsusilə skolioz əlamətləri zamanla artdıqca erkən və doğru müdaxiləyə imkan verir.
Skoliozla bağlı doğru informasiya əldə etmək və zamanında profilaktika üçün peşəkar yanaşma əsas şərtlərdən biridir. Əgər əyrilik erkən mərhələdə müəyyən edilərsə, postural analiz və xüsusi skolioz idmanları ilə vəziyyəti nəzarətdə saxlamaq mümkündür. Daha ciddi hallarda isə skolioz müalicəsi həmdə korsetlə dəstəklənir, zəruri vəziyyətlərdə cərrahi müdaxilə tətbiq olunur. Beləliklə, yalnız sağlamlığı deyil, eyni zamanda estetik görünüşü və həyat keyfiyyətini də qorumağa xidmət edir.