Çökük Sinə üçün Evdə Edilə Bilən Məşqlər
fizyoterapi.az
28 Noyabr 2025
Çökük Sinə üçün Evdə Edilə Bilən Məşqlər
Fiziki və estetik narahatlığa döş qəfəsinin simmetriyasında pozulma, sinə sümüyünün içəriyə doğru çökməsi səbəbdir. Tibbi dildə pectus excavatum adlanan bu hal, gündəlik həyatda çökük sinə kimi tanınır. Narahatlıq bəzən uşaqlıq, yeniyetməlik dövründə və doğuşdan gələn sümük inkişafındakı balanssızlıqla əlaqələndirilir. Müasir tibb sayəsində bu vəziyyətin əməliyyatsız minimuma endirilməsi sübut olunub və həmçinin xüsusi ev məşqlərinin köməyi də olduqca yüksəkdir.
Çökük Sinənin Əlamətləri və Təsirləri
Döş qəfəsinin formasında dəyişiklik sinə sümüyünün içəriyə doğru batmasında üzə çıxır. Deformasiya dərəcəsindən asılı olaraq, bəzi vəziyyətlərdə sadəcə estetik fərqlə, daha ağır hallarda isə ürək və nəfəs alma ilə bağlı çətinliklər yaradır. Tədqiqatlar göstərir ki, dərin batıq sinə hallarının 10–15%-i ürək və ağciyər funksiyalarına mənfi təsir göstərə bilər.
Çökük sinənin yaranma səbəbləri:
Təsirləri:
Həmçinin, insanda bədən görünüşünə görə estetik cəhətdən kompleks yaradır, xüsusilə psixoloji diskomforta yeniyetməlik dövründə səbəb ola bilər. Lakin, mütəmadi şəkildə yerinə yetirilən ev məşqləri sayəsində bu gərginlik həm fiziki, həm də emosional baxımdan azaldıla bilər.
Evdə Edilə Bilən Effektiv Məşqlər
Mütəxəssislərin fikrincə, doğru planlaşdırılmış ev məşqləri sinə əzələlərinin gücləndirilməsinə, döş qəfəsinin elastikliyinə və tənəffüs sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Həmin hərəkətlər, yalnız bədənin formasını dəyişdirməklə qalmır, eyni zamanda sinə daxilindəki təzyiq balansının stabilləşdirilməsinə yardımçı olur.
- Dərin nəfəs məşqləri: Diafraqmanın aktivliyini artıraraq döş qəfəsinin hərəkət diapazonunu genişləndirir. Oturaq və ya ayaqüstü vəziyyətdə dərindən nəfəs alaraq, tədricən buraxmaqla bu hərəkət 10-15 dəfədən artıq təkrarlanmamalıdır. Nəfəs məşqləri ümumən çökük sinə problemi olan şəxslərdə ilkin mərhələdə olduqca faydalıdır.
- Gövdə dartınma hərəkətləri (stretching): Sinə nahiyəsindəki əzələlərin açılmasına əlləri başın üzərinə qaldıraraq bədəni arxaya doğru dartmaq kömək edir. Təxminən 15 saniyə saxlamaqla, daha sonra isə bədəni rahat buraxmaq tövsiyə olunur. Beləliklə, çökük sinə əlamətlərinin azalmasına səbəb olur.
- Pilates topu ilə dartınma: Ev şəraitində pilates topu olanlar, üzərində arxası üstə uzanaraq qolları yanlara açaraq sinə qəfəsini genişləndirə bilərlər. Bununla, tənəffüs orqanlarının həcmini artırır, həmçinin sinə ön divarının quruluşunu da düz hala gətirir.
- Divara qarşı dayanıqlı məşq (wall press): Ayaqlar bir qədər aralı, əllər divara söykənmiş vəziyyətdə bədəni önə doğru əymək və yenidən başlanğıc mövqeyinə qayıtmaq sinə əzələlərinin aktivləşməsinə kömək edir. Sadə olsa da, ev məşqlərindən biri hesab olunur.
Məşqlərin Davamlılığı və Nəticələri
Sinə quruluşunun bərpası mərhələli və səbir tələb edən bir prosesdir. Uzunmüddətli nəticələr əldə etməyə imkan verir. Mütəxəssislərin fikrincə, sinə quruluşu 3-6 ay ərzində nəzərəçarpacaq dərəcədə irəliləyiş müşahidə olunur.
Ən əsası, məşqlər yalnız çökük sinə problemlərinin görünüşünü yüngülləşdirmir, eyni zamanda tənəffüs sisteminin funksiyasını və bədən duruşunun balansını yaxşılaşdıran təsirə malikdir.
Diqqət Edilməli Nüanslar
Döş qəfəsinin quruluşu hər bir pasiyentdə fərqlidir. Məhz buna görə də, ortoped və fizioterapevtlə məsləhətləşmək, məşqlərə başlamazdan əvvəl vacib addımdır. Əgər ev məşqləri zamanı sinə nahiyəsində ağrı, nəfəs darlığı və ya ürəkdöyünmə hiss edilərsə, dərhal dayandırmaq lazımdır.
Qeyd edək ki, ev məşqləri bəzən cərrahi müdaxilənin alternativi olmasa da, əməliyyata ehtiyac qalmadan böyük fərq yaradır.
Sinə deformasiya problemləri ilə yalnız klinik şəraitdə deyil, evdə də mümkündür. Sinə quruluşunun bərpasına, eləcə də tənəffüs sisteminin fəaliyyətinin yaxşılaşmasına müntəzəm və doğru edilə bilən ev məşqləri kömək edir.
Bədəni və ruhu gücləndirməyin ən sadə və təsirli yolu gündəlik həyatda kiçik addımlardır. Çökük sinə narahatlığını dəyişdirməyin mümkün olduğunu unutma, öz bədəninlə harmoniyada ol və səbirli ol. Ardıcıl ev məşqləri və doğru yanaşma ilə müsbət nəticə əldə etmək qaçılmazdır. Rahat bir həyatın təməli, sağlam vərdişlərə səbir və davamlılıqla yanaşmaqdır.
Teqlər: