Müalicə cihazlarımız

Pasiyentlərimizin müalicə və müayinəsi zamanı istifadə etdiyimiz cihazlarımız.

  • BTL-LAZER
  • BTL- TEKAR
  • BTL- ULTRASƏS TENS
  • NOVİN TENS

BTL Lazer

Lazer işığının terapevtik təsiri zədədən sonra ağrıları azaltmağa və sağalmağa kömək edən hüceyrə proseslərinin biostimulyasiyasına və sürətləndirilməsinə əsaslanır. Fotomexaniki dalğa sinir uclarını stimullaşdırır, bu da ağrıların azalmasına səbəb olur. Təsirə məruz qalan toxumanın biostimulyasiyası oksigen qəbulunu artırır və qan dövranını yaxşılaşdırır.

BTL-Tekar

Tecar; Kapasitiv və rezistiv enerji ötürülməsinin qısaldılmasıdır. Yüksək tezlikli elektromaqnit enerjisinin ötürülməsi toxumalarda temperaturu yüksəltmək, ağrıları aradan qaldırmaq və təbii bərpa prosesini sürətləndirmək məqsədi daşıyır.

BTL-Ultrasəs Tens

Ultrasəs əzələlərin, oynaqların və bağların şişkinliyini müalicə etmək üçün ən təsirli üsullardan biridir. Ancaq daha çox əzələ toxumasındakı problemləridə istifadə olunur. Ultrasəsin qızdırıcı təsiri sayəsində əzələ ağrıları yaxşılaşır və xroniki iltihab azalır.

Novin Tens

Tens cihazı ağrıları aradan qaldırmaq və müalicə etmək üçün istifadə edilən bir cihazdır. Elektroterapiya üsulu ilə işləyən bu cihaz xüsusi elektrodların köməyi ilə bədənə elektrik siqnalları göndərir.

  • Novin Tekar
  • Novin Ultrasəs
  • Chattanooga ultrasəs

Novin Tekar

Tecar terapiyası, TR-terapiya (Targeted Radiofrequency Therapy), fokuslanmış radiotezlik terapiyası son zamanlarda fiziki müalicə proqramlarında tətbiq olunmağa başlayan bir üsuldur

Novin ultrasəs

Ultrasəsin iki fiziki təsiri var: dərin qızdırma effekti və kavitasiya effekti. Fiziki təbabətdə və reabilitasiya müalicəsində dərinin 1 sm-dən daha dərin olan toxumaları qızdıra bilən üsula dərin isidici deyilir.

Chattanooga ultrasəs

Ultrasəsin iki fiziki təsiri var: dərin qızdırma effekti və kavitasiya effekti. Fiziki təbabətdə və reabilitasiya müalicəsində dərinin 1 sm-dən daha dərin olan toxumaları qızdıra bilən üsula dərin isidici deyilir.

  • Zərbə dalğa
  • Circslim - FMS
  • Treatmil
  • Robotik Əl Cihazı

Storz Medical - Zərbə dalğa

Zərbə – dalğa terapiyası – dayaq-hərəkət sisteminin müasir və effektiv müalicə üsuludur. Bu unikal müalicə üsulu səs dalğalarının tibbi məqsədlə istifadəsinə əsaslanır.

Circslim - FMS

Maqnit terapiyası ağrı və toxumaların sağalmasında istifadə edilən sübut edilmiş tibbi yanaşma növüdür. Bir çox xəstəliklərin müalicəsində istifadə edilən maqnit terapiyası yan təsirlərinin olmaması, asan tətbiqi və təbii olması ilə seçilir.

Treatmil

Fizioterapiya sahəsində çoxlu müxtəlif cihaz və avadanlıqlardan istifadə olunur ki, onlardan biri də treadmill cihazıdır. Fizioterapiyada treadmill cihazı müxtəlif reabilitasiya və fizioterapiya məqsədləri üçün istifadə olunur

Robotik əl cihazı

CPM (Davamlı Passiv Hərəkət) cihazı əvvəlcədən təyin edilmiş hərəkət diapazonu ilə oynağı passiv şəkildə hərəkət etdirən cihazdır. Cihaz yumşaq toxuma travmalarında (burkulma, əzilmə, yırtılma) əməliyyat sonrası, insult vəs. zamanı reabilitasiyasıyaa istifadə olunur.

Sağlamlığınız üçün sizin yanınızdayıq!