Treatmil

Fizioterapiya sahəsində çoxlu müxtəlif cihaz və avadanlıqlardan istifadə olunur ki, onlardan biri də treadmill cihazıdır. Fizioterapiyada treadmill cihazı müxtəlif reabilitasiya və fizioterapiya məqsədləri üçün istifadə olunur. Məsələn: Ürək-damar reabilitasiyası: Treadmill cihazları ürək xəstəlikləri olan pasiyentlərin fiziki dözümlülüyünü artırmaq və kardiovaskulyar sağlamlıqlarını yaxşılaşdırmaq üçün istifadə olunur. Bu pasiyentlər müəyyən bir sürət və meylilik parametrləri ilə yavaşca yeriyərək və ya qaçaraq müalicə edilirlər.

Əzələ gücləndirilməsi: Treadmill cihazları ayaqların əzələlərini möhkəmləndirmək və əzələ tonusunu artırmaq üçün istifadə edilir. Xüsusilə ayaq amputasiyasından sonra protez ayaqların istifadəsində ilə bağlı fizioterapiyada bu üsuldan istifadə edilir.

Treatmil

Yerimə reabilitasiyası: Ətraflarda olan hər hansı patologiya səbəbindən yerimə problemi olan pasiyentlərin müalicəsində istifadə olunur. Treadmill cihazları pasiyentlərin yerimə qabiliyyətini inkişaf etdirmək, tarazlığı yaxşılaşdırmaq və normal yeriş qaydalarını bərpa etməyə kömək edir.

Yağ azaltma və çəkiyə nəzarət: Treadmill cihazları çəki itirmək və bədən yağını azaltmaq üçün istifadə edilə bilər.

Treadmill cihazları pasiyentin vəziyyətindən və fizioterapiya hədəflərindən asılı olaraq müxtəlif sürətlər, meyllər və proqramlarda istifadə edilə bilər.