fizyoterapi.az
20 Sentyabr 2023
Beyində qan damarlarının tamlığının pozulması nəticəsində yaranan və ətraf toxumaların sıxılaraq zədələnməsinə səbəb olan vəziyyətə beyin qanaması deyilir. Beyində qanla təmin olunmayan beyin hüceyrələri nekroz baş verir. Serebral qansızma kəllədaxili qanaxma və beyindaxili qanaxma da adlanır. Beyin qanaması insultların təxminən 15%-ni təşkil edir. Beyin qanaması əlillik və həyat üçün təhlükə yarada bilir. Beyin qanaması təcili müalicə tələb edən bir vəziyyətdir.
Travmadan sonra beyindəki qan damarları zədələndikdə qan damardan xaricə çıxaraq beyin toxumalarda təzyiqə səbəb olur. Bu vəziyyət beyin ödemi kimi tanınır. Yığılan qan hematoma adlanan kütlə şəklində toplanır. Bu vəziyyətlər beyin toxumasına təzyiqi artırır, qan axınını azaldır və beyin hüceyrələrinin ölümünə səbəb olur.
Beyin qanamasının bir çox səbəbi var. Ən ümumi olanları aşağıdakı kimi sadalamaq olar:
Baş travması: Xüsusilə 50 yaşdan kiçik insanlarda kəllə-beyin travması beyin qanamasına səbəb ola bilər.
Yüksək qan təzyiqi: Yüksək qan təzyiqi xroniki olduqda qan damarlarının divarları zəifləyə bilir. Bu vəziyyət müalicə olunmadıqda yüksək təzyiq beyin qanamasına səbəb ola bilir.
Anevrizma: Anevrizma beyindəki arteriya divarındakı zəiflik nəticəsində yaranan qabarıqlıq və ya balonlaşma kimi müəyyən edilir. Bu qabarıqlıq partladıqda beyin qanamasına səbəb ola bilir.
Beyin şişləri: Beyin şişləri də beyin qanamasına səbəb olan faktorlar arasında sayıla bilər.
Beyin qanamasının növləri
Beyin qanamasının bir neçə növü var. Beyin qanamasının növü qanaxmanın yerindən asılı olaraq dəyişir.
İntraserebral qansızma: Beynin daxilində baş verir. Beyin toxumasında (beyin sapı daxil olmaqla) qanaxma kimi müəyyən edilir.
Subaraknoid qanaxma: Bu tip qanaxma beyin və onu əhatə edən membranlar arasında baş verir.
Subdural qanaxma: Bu tip beyin qanaması zədədən sonra və xroniki formada inkişaf edə bilir. Beyin qabığının daxili təbəqəsi altında və beynin üstündə baş verir.
Epidural qanaxma: Bu qanaxma kəllə ilə beyin arasında qanaxma meydana gəldiyi zaman baş verir.
İstənilən növ beyin qanaması sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Beyin qanaması müxtəlif simptomlarla baş verə bilər. Bu simptomlar ani qıcıqlanma, uyuşma, zəiflik, üzdə, qollarda və ayaqlarda iflic kimi görünə bilər. Adətən bədənin yalnız bir tərəfində baş verir. Beyin qanamasının simptomları beyin bölgəsindən asılı olaraq dəyişir. Beyin qanamasının simptomlarını aşağıdakı kimi sıralamaq olar:
Əgər beyin qanaması nəticəsində insult baş veribsə, müvafiq müalicəyə başlamaq üçün qanaxmanın səbəbi müəyyən edilməlidir. Dərhal tibbi müalicə beyinə ziyanı minimuma endirməyə kömək etməklə sağalma şansını artıra bilər.
Ağır beyin qanamasından sonra cərrahi müalicə tələb oluna bilər. Cərrah beyindəki təzyiqi azaltmaq üçün cərrahi əməliyyatı tövsiyə edə bilər.
Arteriya partlaması qanaxmaya səbəb olduqda, cərrah qanayan beyin toxumasına çatmaq üçün kəllə sümüyünün bir hissəsini çıxarır. Bu prosedur kraniotomiya adlanır (beyni bərpa etmək üçün kəllə sümüyündən müvəqqəti olaraq çıxarılan beyin əməliyyatı).
Digər müalicə variantları arasında anksiyete dərmanları, epilepsiya əleyhinə dərmanlar, qanaxmanın beyin toxumasına təsirindən asılı olaraq, zərurət yarandıqda qıcolmalar və şiddətli baş ağrıları kimi simptomları idarə etmək üçün istifadə edilən digər dərmanlar daxildir.
İnsultdan xilas olmaq üçün mümkün qədər tez düzgün müalicəni tətbiq etmək lazımdır.
Reanimasiya dövrdə huşunu itirmiş xəstədə passiv oynaq genişliyi hərəkətləri və düzgün mövqeləşdirmə ilə yataq yaraları və oynaq sərtliyi kimi ağırlaşmaların qarşısı alınmağa çalışılır.
Şüurlu və könüllü hərəkətləri olan xəstədə aktiv hərəkətlərə başlanılır.
Oturma tarazlığı və gövdə kontrolu xəstəni ən qısa müddətdə çarpayının yan tərəfinə oturtmaqla əldə edilməyə çalışılır.
Əzələ gücü və gövdə kontrolu olan uyğun xəstədə ayaqda tarazlıq və yerimə hərəkətlərinə başlanılır.
Əzələ itkisini azaltmaq üçün elektroterapiya tətbiq olunur.
Reabilitasiya bir insanın insultdan sonra həyata uyğunlaşmasına kömək edir. İnsultdan sonrakı vəziyyətləri müalicə etmək üçün tətbiq olunan fizioterapiya və reabilitasiya üsulu neyroloji reabilitasiya adlanır.
Beyin qanamasından sonra xəstə reanimasiya şöbəsində olarkən fizioterapiya və reabilitasiya proqramına başlanılmalıdır. İnsult beynin müəyyən bir bölgəsində qanla təmin olunmaması nəticəsində həmin bölgədəki hüceyrələrin ölməsinə səbəb olan bir vəziyyətdir.
İnsulta adətən ani paralizdə adlandırılır. İki əsas növü vardır. İşemik insult (qan axımının kəsilməsi) və hemorajik insult (qanamanın beyindəki bir bölgəyə sızması ). İnsult təcili tibbi müdaxilə tələb edən bir vəziyyətdir, çünki beyin zədələnməsi qalıcı problemlərə səbəb ola bilir. İnsult simptomları arasında qol və ayaqlarda zəiflik və hissiyat itkisi, danışmada çətinlik, ani baş ağrısı və tarazlıq problemləri yer alır.
İnsult sonrası fizioterapiya proqramı, fərdin ehtiyaclarına və insult nəticəsində yaranan problemlərə əsasən yaradılır. Fizioterapiya insult sonrası funksionallığı artırmaq, əzələ gücünü geri qazanmaq, hərəkət qabiliyyətini artırmaq , tarazlığı təmin etmək və gündəlik həyat fəaliyyətlərini asanlaşdırmaq üçün vacibdir.
Fizioterapiya proqramı, fərdin sağalmasını izləyib proqramda dəyişiklik etmək üçün periodik olaraq dəyərləndirmələrdən ibarətdir. Bu proqram insult sonrası sağalma müddətini azaltmağa və həyat keyfiyyətini artırmağa kömək edir. Hər insult xəstəsi fərqlidir və müalicə proqramı şəxsiləşdirilməlidir. Bu səbəblə, işini bilən bir mütəxəsisə müraciət etmək vacibdir..
Tags :