Miqren (baş ağrısının) simptomları, səbəbləri və müalicə üsulları

miqren(baş ağrısı)
Baş ağrısı

Migren(baş ağrsı) – başın bir tərəfində güclü döyünən və ya nəbz kimi  vuran hissiyat yaradan baş ağrısıdır. Bu hal tez-tez ürəkbulanma, qusma, işığa və səsə qarşı həddindən artıq həssaslıqla müşayiət olunur. Miqren(baş ağrısı) tutmaları bir neçə saatdan bir neçə günə qədər davam edə bilər və ağrı o qədər şiddətli ola bilər ki, gündəlik sadə  fəaliyyətlərinizə belə mane olsun.

Bəzi insanlarda  “aura” adlanan xəbərdaredici simptom baş ağrısından əvvəl və ya onunla birlikdə görünür. Aura görmə pozğunluqları (məsələn, işıq parıltıları və ya görmə sahəsində kor nöqtələr) ilə üzün bir tərəfində, qolda və ya ayaqda qıcıqlanma, eləcə də danışıq çətinliyi kimi digər problemlərlə yanaşı olaraq görünə bilər.

Miqren(baş ağrsı)

Miqrenin Simptomları

 Xəstə miqren zamanı baş ağrısından əvvəl, ağrı zamanı və ya sonra müxtəlif simptomlarla üzləşə bilər. Fərqli növ miqrenlərin fərqli əlamətləri ola bilər. Burada ən çox rast gəlinən simptomlar aşağıdakılardır:

  • Zərbə( döyüntü) şəklində baş ağrısı, adətən bir tərəfdə daha çox hiss olunur
  • Görmə pozuntuları (məsələn, işıq çaxmaları və ya kor nöqtələr)
  • Nitqdə çətinlik və ya qarışıqlıq
  • İşığa, səsə və iyə qarşı həssaslıq
  • Ürəkbulanma və qusma
  • Əhval dəyişikliyi
  • Burun tutulması
  • Üz, boyun və ya baş dərisində ağrı
  • Başgicəllənmə
  • Yorğunluq

Miqren( baş ağrısı) zamanı xəstələr daha çox auranın hiss edilməsindən şikayət edirlər. Bu xüsusiyyət miqreni digər tip ağrılardan ayıran ən önəmli detallardan biridir.  Miqren xəstələrinin təxminən 25%-i baş ağrısı başlamazdan əvvəl, baş ağrısı ilə eyni vaxtda və ya ondan qısa müddət sonra “aura” adlanan simptomlar yaşayır. Bu simptomlar sinir sistemindən qaynaqlanır və çox vaxt görmə ilə bağlı olur. Aura simptomları adətən 5-20 dəqiqə ərzində başlayır və bir saatdan az davam edir.

  • Görmə problemləri: qara nöqtələr, dalğalı xətlər, işıq çaxmaları və ya tunel görməsi
  • Aydın danışmaqda çətinlik: sözləri pıçıldaya və ya qeyri-müəyyən şəkildə tələffüz edə bilərsiniz
  • Qulaqlarda cingilti (tinnitus)
  • Üzünüzün və ya bədənin bir tərəfində zəiflik

Miqren (baş ağrısının) səbəbləri:

Miqren (baş ağrısının) dəqiq səbəbi hələ də tam olaraq məlum deyildir. Lakin mütəxəssislər müəyyən amillərin bu vəziyyətin inkişafına təsir göstərə biləcəyini düşünürlər. 

Genetik xüsusiyyətlər də burada rol oynaya bilər — ailədə miqren( baş ağrısı) keçmişinin olması geniş yayılmış risk faktorlarından biridir. 

Miqren( baş ağrısı) özünü hər insanda fərqli şəkildə göstərə bilər. Hər fərd individualdır və simptomlar da hər kəs də fərqli şəkildə özünü göstərə bilər. Bununla belə, bəzi ümumi tətikləyici amillər də mövcuddur. 

Bir çox insan üçün hormonal dəyişikliklər, xüsusilə menstruasiya ilə bağlı olanlar, miqren ağrılarını tətikləyə bilər. 

Fərqli emosional tətikləyicilər də miqreni yarada bilər, bunlar: 

– stress, depressiya, narahatlıq, həyəcandır.

Bəzi qida amilləri də miqreni tətikləyə bilər, həmin qidalar aşağıdakılardır:

– alkoqol,  kofein,  şokolad,  qoz-fındıq, pendir, sitrus meyvələri, tiramin və monosodyum qlutamat (MSG) kimi qatqılar olan qidalar 

Bəzi dərmanlar da bəzi insanlar üçün miqreni(baş ağrısı) tətikləyici ola bilər, məsələn:  

– yuxu dərmanları, hormon əvəzedici terapiya (HRT), bəzi hamiləlik əleyhinə dərmanlar 

Miqreni tətikləyə biləcək müxtəlif ətraf mühit faktorları da mövcuddur. Bunlar olduqca sadə göstəricilər olsa da miqrenə meyilli şəxslərin təsirlənməsinə səbəb olur və nəticədə baş ağrısı yaranır.

– titrəyən ekranlar, güclü qoxular,  siqaret tüstüsü, yüksək səslər, rütubət, havasız otaqlar, temperatur dəyişiklikləri, parlaq işıqlar 

Digər mümkün miqreni( baş ağrısını) tətikləyiciləri bunlardır: yorğunluq, yuxusuzluq, çiyin və boyun gərginliyi, düzgün olmayan duruş, həddindən artıq fiziki yüklənmə, aşağı qan şəkəri, nizamsız yemək vaxtları, susuzluq.

Miqren( baş ağrısının) diaqnozu necə qoyulur?

Miqren( baş ağrısının) diaqnozuna nəzər salsaq deyə bilərik ki,  aşağıdakı  üsullarla  baş ağrısının diaqnozu qoyulur.

Tibbi Tarix:

-Xəstənin baş ağrılarının tezliyi, şiddəti və müddəti soruşulur.
-Ailə tarixində miqren olub-olmaması araşdırılır.

Simptomların Qiymətləndirilməsi:

-Ürəkbulanma, işığa və səsə həssaslıq, vizual dəyişikliklər (aura) kimi simptomlara diqqət yetirilir.

Fiziki və Nevroloji Müayinə:

Şiddətli baş ağrısının başqa səbəblərini istisna etmək üçün aparılır.

Görüntüləmə Testləri:

-Lazım olduqda MRT və ya KT istifadə edilir.

Diaqnoz adətən Beynəlxalq Baş Ağrısı Pozuntuları Təsnifatı (ICHD) kriteriyalarına əsaslanır.

Miqren( Baş ağrılarının) müalicəs üsulları:

Miqren( baş ağrıları) ağrılarının müalicə olunması ilə bağlı müxtəlif üsullar mövcuddur.  Bu üsullar arasında xalq təbabəti və s kimi müalicə  yolları yer alır. Lakin müalicənin effektiv olması üçün bir mütəxəssisə müraciət edilməlidir.

Lavanda yağı: Tədqiqatlar göstərir ki, lavanda yağı miqren simptomlarını azaltmağa kömək edə bilər, amma bu  hər kəsdə təsirli olmur.  Bu yağ allergik reaksiyalara səbəb ola biləcəyinə görə ehtiyatla istifadə edilməlidir.

Akupunktur: Akupunkturun miqren( baş ağrısı) müalicəsində effektiv olduğu göstərilib. Lakin bu metod hər kəs üçün eyni dərəcədə təsirli olmaya bilər.  Akapunkturun peşəkar terapevt tərəfindən tətbiq edilməsi vacibdir.

Nanə yağı: Nanə yağının tərkibindəki mentol miqren və gərginlik baş ağrılarına kömək edə bilər. Lakin təsirini sübut edən tədqiqatlar məhduddur.

Zəncəfil: Miqren zamanı ürəkbulanmanı azaltmaq üçün təsirli olduğu bilinir və bəzi ağrı kəsici xüsusiyyətləri var. Ümumiyyətlə təhlükəsizdir, lakin bəzən mədə pozulmalarına səbəb ola bilər.

Yoga: Yoga bədənin və zehnin rahatlanmasını təmin edir və miqren( gərginlik baş ağrıları)  ağrılarının azaldılmasına kömək edir.  Uzunmüddətli təsir üçün davamlı tətbiq olunmalıdır.

Maqnezium: Maqnezium çatışmazlığı miqrenlə əlaqələndirilir. Qida əlavəsi kimi maqnezium qəbul etmək miqrenin qarşısını almağa kömək edə bilər, amma  bu mineral da həkim  nəzarəti altında qəbul olunmalıdır.

Stressin idarə edilməsi: Stress miqrenin əsas tətikləyicilərindən biridir. Stress idarəetmə metodları, məsələn, meditasiya və tənəffüs məşqləri, şiddətli baş ağrısına  müsbət təsir göstərə bilər.

Masaj: Masajın miqren simptomlarının tezliyini və intensivliyini azaltdığı məlumdur. Bununla belə, təsirləri fərdidir və davamlı tətbiq tələb edir.

Akupressur: Bəzi nöqtələrə təzyiq göstərmək, xüsusilə miqrenə bağlı ürəkbulanmanı yüngülləşdirmək üçün faydalı hesab olunur.

Hidratasiya: Susuzluq miqren epizodlarını tətikləyir. Su qəbulunu artırmaq, xüsusilə isti havalarda və fiziki fəaliyyət zamanı vacibdir.

Keyfiyyətli yuxu: Yuxu rejimində pozuntular miqreni( baş ağrılarını)  ağırlaşdıra bilər. Gündəlik yuxu rejiminə əməl etmək və kifayət qədər yatmaq miqreni azaltmağa kömək edə bilər.
 

Botox-un Miqren ataklarında istifadəsi necə aprılır?

Botoks (botulinum toksini tip A) əzələləri iflic edən bir növ sinir toksinidir. O, Clostridium botulinum adlı bakteriyadan əldə edilir. Kosmetik müalicələr üçün istifadə edildiyi zaman, xroniki miqren( baş ağrısı) olan insanlara da təsirli olduğu aşkar edilmişdir. O da məlumdur ki, Botoks etdirən şəxslər daha az baş ağrısı ilə qarşılaşırlar.

Xroniki miqren( baş ağrısı)  ayda ən az 15 gün baş ağrısının, onlardan 8-nin miqren simptomları ilə keçməsi ilə xarakterizə edilir.

Botoks, epizodik miqren (ayda 15-dən az baş ağrısı), gərginlik tipli baş ağrısıklaster baş ağrısı üçün təsirli müalicə deyil. Botoks müalicəsi aşağıdakı hallarda tətbiq edilir:

  • – Ən azı üç profilaktik müalicədən fayda görməyən
  • – Dərman istifadəsi doğru şəkildə aparılmış və fayda görmüş xəstələrdə tətbiq edilir. Dərman müalicəsi həddən artq tətbiq edilən və nəzarət altına alınmayan xəstələrdə isə botoks müalicəsi faydasız ola bilər.

Manual terapiyanın miqren xəstələri üzərində  aparılan araşdırmalara(Miqren Xəstələrində Manual Terapiya Texnikalarının Potensial Əlavə Təsirləri tətqiqatı)  görə nə qədər efektiv olduğu miqren ataklarını hansı dərəcədə azaltdığı klinik bir araşdırma ilə  sübut edilmişdir.

Belə ki, manual terapiya miqren ağrılarını və hərəkət məhdudiyyətini azaltmaqda faydalıdır, lakin depressiya və narahatlıq səviyyələrinə təsiri müəyyən olunmamışdır.

Əsas Nəticələr: 

– Birləşmiş terapiya (yumşaq toxuma və oynaq texnikaları) tək texnikalardan daha effektivdir. 

– STAG qrupunun 80%-i “orta səviyyədə yaxşılaşma” hiss edib, bu da kliniki olaraq əhəmiyyətli bir gösəricidir.

 Kliniki Praktikada Tətbiq: 

– Bu  terapiyalar asandır, ucuzdur və təhlükəsizdir. 

– Xəstələrin ehtiyaclarına görə fərqli yanaşmalar tətbiq edilə bilər.

Nəticə olaraq, birləşmiş manual terapiyanın miqren xəstələri üçün daha  təsirli vasitə olduğu müəyyən edilmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Improve Your Spine Health, Download Our Chirox App Now!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir