Plantar Fasiit Nədir və Səbəbləri Hansılardır?

Ayaq Ağrısı, Ayaq Deformasiyası

Plantar Fasiit Nədir?

Plantar fasiitin nə olduğunu aydınlaşdırmaq üçün əvvəlcə plantar fasya haqqında məlumatınız olmalıdır. Daban sümüyünün ön hissəsindən barmaqların altına qədər uzanan qalın və elastik toxuma zolağı plantar fasya adlanır. Əsas funksiyaları, ayağın qövsünü dəstəkləmək, hərəkət zamanı yükün doğru paylanmasını yerinə yetirir. Bu toxumanın gərilməsi, qısalması və nəticədə mikroskopik zədələrin yaranması ilə bağlı müşahidə olunan iltihabi vəziyyətə plantar fasiit deyilir. Xəstəlik, əsasən topuq ağrısı əlamətini daşıyır, özəlliklə səhər yuxudan oyandıqdan sonra atılan ilk addımlarda daha şiddətli hiss olunur. Buna görə də, plantar fasiit “ayaq altı fasya iltihabı” kimi də tanınır.

Plantar fasiitin yaranma səbəbləri:

Plantar Fasiit Səbəbləri Hansılardır?

Bir sıra amillər mövcuddur ki, plantar fasiitin yaranmasına təsir edir. Ayaq üzərinə düşən fiziki stress və biomexaniki problemlər, plantar fasiitin səbəblərinə daxildir. Bununla da, plantar fasya lazımi dəstəyini itirərək, zədələnməyə meyilli olur. Ən çox yayılan səbəbləri aşağıdakılardır:

Bu səbəblər, gündəlik həyat keyfiyyətinə mənfi təsir edir və ağrılar qaçılmaz hala gəlir.

Ayaq Plantar Fasiit Simptomları

Əsasən davamlı ağrı vasitəsilə ayaq plantar fasiit özünü büruzə verir. Xəstəliyin ilkin əlamətləri gündəlik hərəkətləri məhdudlaşdırır, daban nahiyəsində yaranan narahatlıqla ortaya çıxır. Plantar fasiit simptomları adətən aşağıdakı kimi müşahidə edilir:

Əgər vaxtında tədbir görülməzsə, gündəlik həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. Həmçinin xroniki hala keçərək uzunmüddətli müalicə tələb edə bilər.

Plantar Fasiit Diaqnozu Necə Qoyulur?

Yuxarıda qeyd etdiyimiz plantar fasiit simptomlarını hiss edirsinizsə, zaman itirmədən ortopediya və travmatologiya həkiminə müraciət etməyinizdə fayda vardır. Düzgün diaqnoz olmadan, müalicə planı hazırlamaq mümkün deyil. Plantar fasiit diaqnozu üçün aşağdakı addımlar atılır:

Nəticə etibarilə, ayaq plantar fasiit ağrılı bir hal olsa da, çox vaxt konservativ müalicə üsulları (istirahət, buz, gərmə hərəkətləri, ortopedik dəstək) ilə uğurla nəzarət altına alınır. Erkən mərhələdə düzgün diaqnoz və təyin ediləcək müalicə planı daha sürətli həyat keyfiyyətinin bərpasına və xroniki halın qarşısının alınmasına yardımçı olur.

Həmçinin fizyoterapi.az saytından əlaqə saxlayaraq həm peşəkar qiymətləndirmə, həm də fərdi məşq və reabilitasiya proqramı sayəsində sağalma müddətinizi daha da sürətləndirə bilərsiniz. Gələcəkdə yaranan problemlərin qarşısını mütəxəssis nəzarətində aparılan müayinə ilə ala bilərsiniz. Bu, təkcə plantar fasiiti aradan qaldırmır, həmçinin ayağın funksionallığını bərpa edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir