Skolioz Nədir? Uşaq Skoliozu, Əlamətləri və Müalicə Yolları
fizyoterapi.az
28 İyul 2025

Onurğa sütunu insan skeletinin əsas dayaq strukturu hesab olunur. Sağlam bir onurğa yalnız bədənin duruşunu təmin etməklə kifayətlənmir, həm də daxili orqanların düzgün yerləşməsinə və funksiyasına da təsir göstərir. Bəzi hallarda onurğa quruluşunda normadan kənara çıxan əyrilik müşahidə oluna bilər ki, bu vəziyyət tibbdə skolioz adlanır. Həm uşaqlarda, həm də yetişkinlərdə rast gəlinən skolioz, ciddi ortopedik problemdir. Xüsusilə erkən yaşlarda vaxtında müdaxilə edilməzsə, həyat keyfiyyətinə mənfi təsir göstərir.
Skolioz nədir?
Onurğa sütununun yana doğru əyilməsinə skolioz deyilir. Adətən normal onurğa sütununda arxadan baxılan zaman aşağıya doğru düz bir xətt boyunca uzanır. Lakin skolioz zamanı isə onurğa sağa və sola doğru əyilər, nəticədə “S” və ya “C” formasına bənzər əyriliklər meydana gəlir. Əgər bu əyriliklər 10 dərəcədən çox olarsa, skolioz diaqnozu qoyulur.
Bu vəziyyətin müxtəlif növləri mövcuddur. Ən geniş yayılmış növlərindən biri idiopatik skoliozdur ki, əyriliyin yaranma səbəbi tam aydın şəkildə müəyyən edilə bilmir. Digər növlərinə isə anadangəlmə skolioz, nevromuskulyar skolioz və degenerativ skolioz daxildir. Yerləşmə nöqtəsi və əyrilik dərəcəsi olan skoliozun hər bir pasiyentdə fərqli şəkildə müşahidə olunur.
Uşaqlarda skoliozu: Erken müdaxilənin önəmi
Bu xəstəliyin ən həssas və diqqət tələb edən növlərindən biri də uşaq yaşlarında başlayan skoliozudur. Çünki uşaqlar inkişaf mərhələsində olduğu üçün onurğadakı əyriliklər zamanla daha da ağırlaşaraq ciddi nəticələrə səbəb ola bilər. 10-15 yaş aralığı uşaqlarda skolioz əsasən, sürətli böyümə dövründə baş verir. Nadir hallarda 3 yaşdan əvvəl də aşkar oluna bilər ki, bu da infantil skolioz adlanır.
Valideynlər övladlarında asimmetrik duruş, bir çiynin digərindən daha yuxarıda olması, kürəkdə qabırğa çıxıntısı və ya bədənin bir tərəfə əyilməsi kimi əlamətlərin fərqinə vardıqda, dərhal müayinə üçün mütəxəssisə müraciət etməlidirlər. Çünki skolioz düzgün diaqnoz və vaxtında müdaxilə ilə düzəlməsi mümkün olan bir vəziyyətdir.

Skolioz əlamətləri hansılardır?
Bir çox halda skolioz vizual olaraq müəyyən edilsə də, bəzi vəziyyətlərdə əlamətləri incə və nəzərə çarpmayacaq dərəcədə ola bilər. Ümumilikdə skoliozun əlamətləri aşağıdakı kimi təsnif olunur:
Aliquam lorem ante dapibus in viverra quis feugiat a tellus. Phasellus viverra nulla ut metus varius laoreet. Quisque rutrum aenean imperdiet etiam ultricies nisi vel augue. Curabitur ullamcorper ultricies nisi nam eget dui etiam rhoncus. Maecenas tempus, tellus eget condimentum rhoncus, sem quam semper libero, sit amet adipiscing sem neque sed ipsum. Nam quam nunc blandit vel luctus pulvinar hendrerit id lorem.
- Bir çiynin digərindən hündür görünməsi
- Omba və ya çiyin simmetriyasında pozulma
- Qabırğa qövslərində bir tərəfin daha çıxıq halda olması
- Paltarın bədəndə bərabər durmaması
- Bel və kürək ağrısı
- Uşaqlarda tez yorulma və oturuş pozuntuları
- İrəliləmiş hallarda nəfəs alma çətinliyi
Yüngül dərəcəli müşahidə olunan skolioz əlamətləri əsasən vizual dəyişikliklər şəklində ortaya çıxır və simptomlar əsasən kosmetik xarakter daşıyır:
- Çiyin və çanaq səviyyəsində nəzərə çarpan asimmetrik fərqlər
- Bədənin sağa və ya sola meylli əyriliyinin müşahidə edilməsi
- Kürək sümükləri arasında hündürlük fərqi
- Bədənin ümumi tarazlığının pozulması
- Bud, çanaq oynaqlarından birinin digəri ilə müqayisədə yuxarı mövqedə yerləşməsi
- Döş qəfəsində qeyri-bərabərlik və asimmetriya
- Ayaqlar arasında uzunluq fərqi (birinin digərindən daha uzun və ya qısa olması)
- Bel bölgəsində dəri dəyişiklikləri – tük artımı, ləkə və ya dəridə çuxur şəklində formalaşmalar
Qeyd etdiyimiz əlamətlərin hər biri diqqətlə izlənilməli, ortopedik müayinələrlə təsdiqlənməlidir. Əsasən, 10 yaşdan yuxarı uşaqlarda skolioz müşahidə edilərsə, erkən müdaxilə vacib nüanslardan biridir.
Skoliozun səbəbləri nələrdir?
Bir sıra amillərlə əlaqəli olan skoliozun səbəbləri pasiyentin vəziyyətinə görə dəyişə bilər. Ən geniş yayılmış səbəbləri aşağıdakılardır:
Genetik faktorlar: Ailəsində skolioz olan şəxslərdə bu problemə rast gəlmək ehtimalı artır.
Əzələ və sinir sistemi pozuntuları: Serebral iflic, əzələ distrofiyası kimi nevromuskulyar xəstəliklər onurğanın əyilməsinə səbəb ola bilər.
Anadangəlmə qüsurlar: Onurğanın formalaşmasında embrional dövrdə baş verən problemlər nəticəsində yaranır.
Duruş pozuntuları və ağır çanta daşımaq: Bu səbəblər skolioza birbaşa səbəb olmasa da, mövcud əyriliyin irəliləməsinə təkan verə bilər.
Skolioz müalicəsi hansı üsullarla aparılır?
Əyriliyin dərəcəsinə, pasiyentin yaşına, sümük inkişaf mərhələsinə və ümumi sağlamlıq vəziyyətinə əsasən skolioz müalicəsi təyin olunur. Tətbiq olunan müalicə metodları, vəziyyətin ağırlığından asılı olaraq konservativ və ya cərrahi üsulla seçilə bilər.
1. Müşahidə (İzləmə)
Əgər əyrilik 10 dərəcə altındadırsa və pasiyent hələ inkişaf dövründədirsə, bəzən müalicəyə ehtiyac duyulmur. Bu kimi hallarda hər 6 aydan bir rentgen müayinəsi ilə onurğa əyriliyinin gedişatı izlənilir.
2. Korset müalicəsi
Skolioz 20 dərəcə üstündədirsə müalicə korsetlə dəstəklənməlidir. Uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan bu korsetlər onurğa əyriliyinin sabitləşməsinə kömək edərək, əyriliyin daha da irəliləməsinin qarşısını alır. Korsetin müntəzəm olaraq istifadəsi və düzgün tətbiqi nəticənin uğurlu olmasında əsas rol oynayır.
3. Skolioz idmanları və fizioterapiya
Skoliozun qeyri-cərrahi müalicəsində ən önəmli üsullarından biri xüsusi proqramlaşdırılmış skolioz idmanlarıdır. Bu idmanlar əzələ tarazlığını bərpa etməyə, düzgün bədən duruşunu formalaşdırmaq və əyriliyin qarşısını almağa xidmət edir. Özəlliklə Schroth və SEAS metodları kimi elmi əsaslı yanaşmalar ön plana çıxır və son illərdə uğurla tətbiq olunur.
idmanlar aşağıdakı faydaları təmin edir:
● Əzələ gücünün artırılması
● Bədənin elastikliyinin bərpası
● Postural pozuntuların düzəldilməsi
● Nəfəs texnikalarının inkişafı (xüsusilə Schroth metodunda)
● Ağrıların azaldılması və həyat keyfiyyətinin yüksəldilməsi
Skolioz idmanları mütləq mütəxəssis nəzarətində, düzgün texnika ilə icra edilməlidir. Unutmayaq ki, bu idmanlar özbaşına edilməməli, fiziki reabilitasiya üzrə ixtisaslaşmış mütəxəssislə birgə planlaşdırılmalıdır.
4. Cərrahi müdaxilə
Əgər onurğadakı əyrilik 45-50 dərəcədən çox olarsa və ya tətbiq olunan konservativ müalicə üsulları nəticə verməzsə, cərrahi müdaxilə zəruri hesab olunur. Ən geniş yayılmış üsul “spinal fusion” (onurğanın bərkitmə əməliyyatı) hesab olunur. Bu prosedur zamanı xüsusi metallar və ştiftlər vasitəsilə əyilmiş onurğa düz hala gətirilir və sabitlənir.
Qeyd edək ki, skolioz cərrahiyyəsi sonuncu seçim olaraq həyata keçirilir və əməliyyatdan sonra reabilitasiya dövrü tələb oluna bilər.
Hərtərəfli fiziki müayinə pasiyentin ümumi sağlamlığı və onurğa sütununun vəziyyəti haqqında məlumat verir. Bu mərhələdə müayinə zamanı onurğa sütununun tarazlığı, çiyin, çanaq simmetriyası, həmçinin onurğa əyriliyi və qabırğa qəfəsindəki deformasiya əlamətləri müşahidə olunur.
Skolioz şübhəsi olduqda sadə və effektiv üsullardan biri “Adam” testidir. Bu test zamanı pasiyent dizlərini bükmədən önə doğru əyilir, onurğa sütununun sağ və sol tərəflərində asimmetriya olub-olmadığı dəyərləndirilir. Qabarıqlıq olduğu halda, bu zaman Skoliometr cihazı ilə əyriliyin dərəcəsi ölçülür. Bundan əlavə onurğa beyni və sinir sisteminin nevroloji müayinəsi də mütləq şəkildə aparılmalıdır. Əzələ gücü, hissiyyat, normal reflekslərin aktivliyi və potensial nevroloji müayinəsi aparılmalıdır. Beləliklə, yalnız struktur deyil, funksional baxımdan da pasiyentin diqqətlə analiz edilir.
Mütəmadi və düzgün istiqamətləndirilmiş fiziki fəaliyyətlə bağlı skolioz idmanlarına nümunələri sizə təqdim edirik:
● Schroth metoduna uyğun nəfəs və duruş təlimləri
● Düz uzanaraq ayaqları yuxarı qaldırmaq
● Pilates topu üzərində tarazlıq idmanları
● Divar qarşısında duraraq çiyin və belin simmetrik dayandığını yoxlama
Skolioz idmanları gündəlik həyatın əvəzolunmazıdır
Yalnız müalicə müddəti ilə məhdudlaşmayan skolioz idmanları, həm də profilaktik tədbir kimi də tövsiyə edilir. Uşaqlar, yeniyetmələr və uzun müddət masa arxasında çalışan ofis işçiləri üçün skolioz idmanları böyük əhəmiyyət daşıyır. Gündəlik fiziki aktivlik, doğru oturuş vərdişləri və özəl idman proqramları sayəsində skolioz riskini minimuma endirə bilərlər.
Faydalı idmanlara aşağıdakılar daxildir:
● Divar qarşısında duraraq bədən simmetriyasını yoxlama
● Tənəffüs hərərkətləri ilə döş qəfəsinin genişlənməsi
● Pilates və yoga ilə bədən elastikliyinin artırılması
● Uşaq yaşlarında üzgüçülük və su idmanı ilə əzələlərin gücləndirilməsi
Skoliozun qarşısını almaq mümkündürmü?
Skoliozun yaranmasının tam qarşısını almaq mümkün olmasa da, erkən diaqnoz və sağlam həyat tərzinin mənimsənilməsi bu vəziyyətin nəzarətdə saxlanılmasına kömək edir. Aşağıda təqdim etdiyimiz doğru addımlar siyahısında riskləri minimuma endirmək mümkündür:
● Düzgün oturma və durma vərdişlərinin aşılanması
● Çantanın tək çiyinlə deyil, hər iki çiyinlə daşınması
● Mütəmadi fiziki aktivlik
● Hər il ortopedik müayinələr
● Uşaqlarda onurğa dəyişikliklərinin erkən aşkarlanması
Skolioz nədir sualını yalnız anatomik şəkildə izah etmək kifayət deyil. Bu problem sadəcə onurğadakı bir əyriliyi deyil, eyni zamanda bədənin ümumi duruşunu, hərəkət funksiyalarını, xroniki ağrılara və həyat keyfiyyətinə təsir edən bir haldır. Xüsusilə vaxtında müalicə olunmayan uşaq skoliozu, gələcəkdə cərrahi müdaxiləyə ehtiyac yarada bilər.
Erkən diaqnoz, mütəmadi olaraq nəzarət, skolioz idmanları, düzgün və mərhələli skolioz müalicəsi ilə bu problem nəzarətdə saxlanılaraq, minimuma endirilə bilər. Həmçinin valideynlər və müəllimlərin maarifləndirilməsi də son dərəcə önəmlidir. Unutmayaq ki, sağlam onurğa, sağlam və ağrısız həyatın əsas bünövrəsidir.