Skolioz üçün idman hərəkətləri

skolioz üçün hərəkətlər
Skolioz

Bu gün sizlər üçün günümüzün ən actual mövzusu olan skolioz haqqında danışacam və sonda sizə skoliozun hansı növündə hansı idman hərəkətləri etmək lazımdır, bu haqda bilgi verəcəm.

Skolioz nədir?

Skolioz onurğamızın arxa hissədən baxdığımızda onurğaya sağa və yaxud sola doğru əyilməsidir. Skolioz həm c-şəklində həm də s- şəklində ola bilər. Bəlli bir dərəcəyə qədər hansı ki, konservativ müalicə dediyimiz fizioterapiya və reabilitasiyalarla, hərəkətlərlə kömək edə biləcəyimiz bir dərəcə var ki, bu dərəcə 20-40 dərəcə arasıdır. 20-40 dərəcə arası əyriliklərdə biz skoliozlu xəstələrə kömək edə bilirik.

Skolioz daha çox uşaqlarda, məktəbə gedən uşaqlarda gördüyümüz problemlerdən, onurğa problemlərindən ən ciddisidir. Və daha çox masa başında oturan bəlli bir yaşdan sonra insanlarda da görülür. Uşaqlarda, ikinci olaraq, tək tərəfli ağır bir çanta daşımaq da bu skolioza gətirib çıxarda bilər. O zaman keçək skoliozun hərəkətlərinə.

Skolioz üçün 1-ci idman hərəkəti

1-ci hərəkətimiz, gördüyünüz kimi, rulonu yerləşdiririk, rulonun üzərinə doğru yan yatış pozisiyasında uzanırıq, dizlərimizi 90 dərəcə özümüzə doğru bükürük və digər əlimizlə dəstək alaraq digər əlimizi əlimizin yanına doğru gətirməyə çalışırıq. Bu vəziyyətdə 10-15 saniyə gözləyirik və sonra təkrar əvvəlki vəziyyətə qayıdırıq. Əlimizi təkrar digər əlimizə doğru gətiririk, burda bir müddət gözləyirik və sonra əvvəlki vəziyyətə qayıdırıq. Bu hərəkəti 15-20 təkrar olmaqla 2 set şəklində təkrarlayırıq. Burda danışmaq istədiyim əsas mövzu odur ki, skolioz c- şəklində skoliozdursa və sola doğru bir əyilmə varsa, hərəkəti əks istiqamətə doğru edəcəyik ki, orada əyriliyin əks istiqamətinə doğru onurğada bir düzəlmə əldə edək.

skolioz üçün idman hərəkəti

Skolioz üçün 2-ci idman hərəkəti

İndi keçək ikinci hərəkətimizə. 2-ci hərəkətə keçmədən öncə demək istəyirəm ki, ilkin olaraq bu cür bir plates topu lazımdır bizə. Və yenə bütün hərəkətlərdə olduğu kimi, vurğulamaq istəyirəm ki, siz ilk öncə bilməlisiniz ki, skoliozun hansı növüdür: c- skolioz, s- skolioz. Çünki verəcəyimiz hərəkətləri səhv şəkildə etsəniz əyriliyi artıra bilərsiniz. Bunu mütləq şəkildə vurğulamaq istəyirəm, göstərdiyim hərəkəti mən əyrilik hansı tərəfdədirsə onun əks tərəfinə doğru edirəm. Yəni siz də evdə əgər c- şəklində sağa doğru bir əyrilik varsa, hərəkətləri sola doğru təkrarlamağa çalışın.

İndi isə keçək hərəkətə. Gördüyünüz kimi, dizlərimizi yerə qoyuruq, dirsəklərimizi bükərək topun üzərinə yerləşdiririk, hətta başımızı da dirsəyimizin üzərinə qoyuruq. Əyrilik əgər sola doğru yəni bu şəkildə bir əyriliyiniz varsa, hərəkəti əks istiqamətdə sağa doğru, bu vəziyyətdə əks istiqamətdə bir dartılma hiss edəcəksiz. Bu vəziyyətdə 5-10 saniyə gözləyirik və sonra əvvəlki vəziyyətə qayıdırıq. Təkrar qarşı tərəfə doğru dartılırıq, bu vəziyyətdə 10-15 saniyə gözləyirik və təkrar əvvəlki vəziyyətə qayıdırıq. İkinci hərəkətimizi də 15-20 təkrar şəklində 2 set edirsiz.

skolioz ucun idman hereketi

Skolioz üçün 3-cü idman hərəkəti

Üçüncü və son hərəkətimiz, gördüyünüz kimi üzü yuxarı vəziyyətdə uzanırıq, əllərimizi tam şəkildə geriyə doğru qoyuruq və yenə məntiq olaraq əyrilik hansı istiqamətdədirsə onun əks istiqamətinə doğru əllərimiz və bədənimizi çevirməyə çalışırıq. Bu vəziyyətdə dartılaraq gözləyirik, 5-10 saniyə bu cür gözlədikdən sonra yenə əvvəlki vəziyyətə qayıdırıq. Təkrar eyni şəkildə bədənimiz və əllərimizi döndürməyə çalışırıq, 5-10 saniyə bu vəziyyətdə gözləyirik və sonra əvvəlki vəziyyətə qayıdırıq.

skolioz ucun idman

Göstərdiyimiz bu hərəkətləri gün ərzində səhər və axşam olmaq üzərə 2 dəfə təkrarlayırsınız və hərəkətləri etdikcə duruşunuzdaki düzəlmələrin şahidi olacaqsınız. 

Yazını paylaş :