Disk Yırtığı: Əlamətlər, Müalicə və Reabilitasiya

Disk yırtığı

Disk yırtığı və onun onurğa sağlamlığına təsiri

Onurğa sütununda baş verən bəzi zədələnmələr, gündəlik həyat keyfiyyətini aşağı sala bilər. Fəqərələr arasında amortizator funksiyası daşıyan fəqərələrarası disk, hərəkət zamanı yaranan təzyiqi bərabər paylayır. Bu diskin xarici lifli halqası yırtıldıqda və içində jeləbənzər maddə sinir sıxılmasına yol açdıqda, həm bel, həm də boyun nahiyyəsində müxtəlif əlamətlərlə özünü göstərir. Disk yırtığının əlamətləri aşağıdakılardır:

Sinir sıxılması və klinik əlamətlər

Disk yırtığı zamanı sinir sıxılması baş verdikdə, bu vəziyyət müxtəlif nevroloji əlamətlərə yol açır. Bel nahiyəsindən ayaqlara qədər yayılan kəskin ağrı, çox zaman disk yırtığı ilə əlaqə olur. Bundan əlavə, ayaq keyiməsi və iynəbatırma hissi də sinir sıxılması zamanı tez-tez rast gəlinən haldır. Pasiyentlər bu vəziyyətdə əzələ zəifliyi və hərəkət məhdudiyyəti ilə qarşılaşırlar. Həmin simptomlar vaxtında müalicə olunmadıqda, vəziyyət daha da ağırlaşa bilər:

Bel ağrısı və həyat keyfiyyətinə təsir

Disk yırtığının ən geniş yayılmış simptomlarından biri də bel ağrısıdır. Bu ağrı bəzən yüngül, bəzən isə gündəlik fəaliyyətə maneə olacaq qədər şiddətli ola bilər. Uzun müddət davam edən bel ağrısı həm bədənin, həm də psixoloji sağlamlığa mənfi təsir göstərir. Beləliklə, düzgün diaqnozun qoyulması və fəqərələrarası diskə aid problemlərin tam vaxtında müəyyənləşdirilməsi böyük rol oynayır.

Bel ağrısının əsas səbəbləri:

 

      Disk yırtığı

 

      Əzələ spazmı

 

      Onurğa əyrilikləri (skolioz, kifoz)

 

      Travmalar

Bel ağrısı və həyat keyfiyyətinə təsir

Disk yırtığından yaranan sinir sıxılması, ayaqlarda keyimə və əzələ gücsüzlüyünə səbəb olur. Həmçinin gündəlik fəaliyyətlərdə çətinliklərə və bədənin tarazlığının pozulmasına gətirib çıxarır. Davamlı keyimə nəticəsində sinir sıxılması irəliləyir, daha geniş hissələrə yayıla bilər. Hər iki əlamət onurğa diskinin zədələnməsinin ciddi fəsadlarl kimi dəyərləndirilir.

Xüsusiyyətləri:

 

      Davamlı və ya periodik ola bilər

 

      Adətən bel və ya boyun nahiyəsindəki sinir sıxılması nəticəsində yaranır

      Uzun müddət davam edərsə, sinir funksiyalarında qalıcı pozulma riski var

      Ayaq və qollarda güc itkisi

      Hərəkət çətinliyi

 

      Tarazlıq pozulmaları

 

 

 

Disk yırtığının müalicə üsulları

Simptomların ağırlıq dərəcəsinə görə dəyişən disk yırtığının müalicə metodu, yüngül vəziyyətlərdə istirahət, fizioterapiya və dərman vasitələri kömək ola bilər. Ağrı və iltihabı azaltmaq məqsədilə qeyri-steroid iltihabəleyhinə preparatlar geniş tətbiq olunur. Əgər güc zəifliyi və keyimə çox ciddi dərəcədədirsə, cərrahi müdaxiləyə lazım ola bilir. Müasir cərrahi üsullar fəqərələrarası diskə minimal invaziv prosedurlar həyata keçirir.

Vəzifələri:

 

      Zərbələri yumşaltmaq

 

      Onurğanın hərəkətliliyini təmin etmək

      Zədələndikdə (yırtıldıqda) sinir köklərinə təzyiq göstərə bilər və bel ağrısına səbəb olur




Reabilitasiya və həyat tərzi dəyişiklikləri

Disk yırtığı müalicəsində reabilitasiya prosesi mühüm rol oynayır. Reabilitasiya müddətində əzələ zəifliyini aradan qaldırmaq və bel ağrısını minimuma endirmək üçün xüsusi idmanlar həyata keçirilir. Fizioterapiya, sinir sıxılması səbəbindən itirilmiş funksiyaların bərpasına dəstək olur. Düzgün oturuş qaydalarına əməl edərək, ağır yük qaldırmaqdan uzaq duraraq və bədən çəkisini normada saxlayaraq fəqərələrarası diskin sağlamlığını qoruya bilərsiniz. Diqqət yetirilməli məqamlar aşağıdakılardır:


      Əzələ zəifliyini aradan qaldırmaq və bel ağrısını azaltmaq üçün xüsusi idmanların tətbiqi

      Sinir sıxılması nəticəsində itirilmiş funksiyaların bərpası üçün fizioterapiya seansları

 

      Gündəlik həyatda belin yükünü azaltmaq üçün düzgün oturuş qaydaları

 

      Bel əzələlərini qorumaq üçün ağır yükdən çəkinmək

 

      Balanslı qidalanma və yüngül fiziki aktivlik vasitəsilə çəkini normada saxlamaq

 

      Orqanizmin bərpa prosesi üçün kifayət qədər istirahət və yuxu rejiminin vacibliyi

 

      idman proqramını ehtiyaclara uyğunlaşdırmaq üçün mütəmadi mütəxəsis nəzarəti

 

 

Profilaktik tədbirlər və gələcək risklərin azaldılması

Gündəlik həyatda bəzi dəyişikliklər edərək disk yırtığının qarşısını almaq vacibdir. Doğru idman hərəkətləri fəqərələrarası disk üzərinə düşən təzyiqi azaldır, əzələ zəifliyinin qarşısını alır. Həmçinin, düzgün bədən quruluşu bel ağrısı riskini minimuma endirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir