Bel ağrısına səbəb olan 5 əsas faktor və müalicə yolları
fizyoterapi.az
21 İyul 2025

Bel ağrısına səbəb olan 5 əsas faktor və müalicə yolları
Müasir həyatın qaçılmaz nəticələrindən biri olan bel ağrısı, minlərlə insanın həyat keyfiyyətini aşağı salır. Oturaq həyat tərzi, düzgün olmayan bədən quruluşu, ağır fiziki iş və ya gündəlik stress bel ağrısı səbəblərinə gətirib çıxarır. Lakin sevindirici hal odur ki, bel ağrısının səbəblərini vaxtında müəyyən edərək, doğru müalicə yollarını tətbiq edərək bu narahatlığı nəzarət altına almaq mümkündür.
Bel ağrısı nədən yaranır?
Uzun müddət oturaq vəziyyətdə qalmaq və ya fiziki hərəkətsizlik
Ofis şəraitində çalışan insanlar arasında bel ağrısı xüsusilə geniş yayılmağa başlayıb. Gündəlik həyat tərzindəki hərəkətsizlik, onurğa ətrafındakı əzələlərin zəifləməsinə və əzələ balansının pozulmasına səbəb olur. Bu isə zamanla bel nahiyəsində gərginliyə və bel ağrısı səbəblərini qaçınılmaz edir. Fiziki aktivliyin hərəkətsizliyi ilə yanaşı, həmçinin əzələ elastikliyinin azalmasına səbəb olur ki, bu da beldə ağrı və əzələ spazmı kimi problemlər yaradır. Bu cür halların qarşısını almaq üçün müntəzəm olaraq idmanla məşğul olmaq, ağrıların azaldılmasına müsbət təsir göstərə bilər.
Sümük və oynaq problemləri
Onurğada müşahidə olunan degenerativ dəyişikliklər də əsas bel ağrısı səbəblərindən biridir. Fəqərəarası disk yırtığı, spondiloz və artrit kimi xəstəliklər zamanla daimi və kəskin bel ağrıları yarada bilər. Buna görə də, bel ağrısı müalicəsi fərdi yanaşma tələb edir, pasiyentə uyğun şəkildə planlaşdırılmalıdır. Fizioterapiya, dərman müalicəsi və lazım gələrsə, cərrahi müdaxilə tətbiq edilə bilər. Müalicənin effektivliyi üçün pasiyentin ümumi sağlamlıq vəziyyəti və ağrıların şiddəti nəzərə alınaraq uyğun terapiya planı hazırlanmalıdır.
Duruş pozğunluğu və qeyri-düzgün həyat tərzi
Ən çox rast gəlinən bel ağrısı səbəblərindən biri də duruş pozğunluğudur. Uzun müddət əyilmiş vəziyyətdə oturmaq, çiyinləri qeyri-bərabər saxlamaq və ağırlığı bir tərəfə yönəltməklə onurğaya düşən təzyiq artır. Bu isə bel ətrafı əzələlərdə gərginliyə səbəb olaraq davamlı ağrıların yaranmasına gətirib çıxarır. Problem zamanında həll olunmazsa, beldə ağrı və əzələ spazmı kimi narahatlıqların xroniki hala keçməsi ilə nəticələnə bilər. Düzgün duruş texnikalarının tətbiqi və ergonomik iş mühitinin qurulması bel ağrısının qarşısını almaq üçün vacib nüanslardan biridir.
Piylənmə və artıq çəki
Artıq çəki bel fəqərələrinə düşən yükü artıraraq onurğada zədələnmələrə yol aça bilər. Bədən çəkisi artdıqca fəqərəarası disklərə düşən təzyiq də yüksəlir, bel ağrısının yaranmasına əsas səbəbdir. Bəzi hallarda bu yük sinir uclarına təsir göstərərək ətraflara yayılan ağrılara və uyuşmalara da gətirib çıxara bilər. Bel ağrısı müalicəsi zamanı çəkiyə nəzarət önəmli bir addım sayılır. Sağlam qidalanma, idman və aktiv həyat tərzi bel sağlamlığını qorumaq üçün əsas rol oynayan nüanslardandır.
Stress və psixoloji faktorlar
Stress və emosional gərginlik bədənin bir çox hissəsində, o cümlədən bel ətrafı əzələlərdə də gərginlik yaradır. Hətta orqanik heç bir tibbi problem aşkarlanmadıqda belə, psixoloji amillərin rolu ön plana çıxır. Psixoloji dəstək, relaksasiya texnikaları və stresin idarə olunması, bu tip ağrıların aradan qaldırılmasında əhəmiyyətlidir. Eyni zamanda, belə hallarda tətbiq edilən bel ağrısı fizioterapiya metodları da müalicə prosesinə müsbət təsir göstərə bilər.

Bel ağrısı fizioterapiya üsulları ilə necə müalicə olunur?
Fizioterapiya bel ağrısı müalicəsi sahəsində ən effektiv və yan təsirsiz üsullardan biridir. Xüsusilə uzun müddət davam edən bel narahatlıqlarında bel ağrısı fizioterapiya vasitəsilə həm ağrının azaldılmasına, həm də təkrarlanmasının qarşısının alınmasına kömək edir. Elektrik stimulyasiyası, ultrasəs terapiyası, manual terapiya və digər müalicəvi üsullar pasiyentin fərdi vəziyyətinə uyğun şəkildə tətbiq edilir.
Fizioterapiyanın əsas metodları:
- Manual terapiya: Fizioterapevt tərəfindən edilən masaj və manipulyasiya hərəkətləri ilə əzələlərin rahatladılması və qan dövranının yaxşılaşdırılması.
- Elektroterapiya: TENS cihazı vasitəsilə elektrik impulsları tətbiq edilərək sinir yollarındakı ağrı siqnalları bloklanır.
- İsti-soyuq terapiya: İltihabı azaltmaq və əzələləri rahatlatmaq üçün tətbiq edilir.
- İdman proqramları: Onurğa ətrafı əzələlərin gücləndirilməsi üçün hazırlanan xüsusi hərəkətlər.
- Postural təlimlər: Düzgün duruş vərdişlərinin qazandırılması və gündəlik həyat üçün ergonomik tövsiyələr.
Bel ağrısı zamanı nə zaman həkimə müraciət etməli?
Yüngül fiziki fəaliyyətlərdən sonra yaranan bel ağrıları adətən bir neçə gün ərzində keçir. Ancaq ağrı uzun müddət davam edirsə, gündəlik həyat tərzinə mənfi təsir göstərirsə və ya ayaqlarda uyuşma, gücsüzlük kimi əlamətlər ortaya çıxırsa, mütləq həkimə müraciət etməkdə fayda var. Gecikmiş diaqnoz, geri dönməz nəticələrə səbəb ola bilər. Xüsusilə yaşlı insanlara və xroniki xəstəliyi olanlara həkim nəzarəti şərtdir. Bundan əlavə həkimə müraciət etməli olduğunuz digər hallar aşağıdakılardır:
- Ağrı bir neçə həftə ərzində davam edərsə
- İstirahətə baxmayaraq ağrıda heç bir yüngülləşmə olmursa
- Gündəlik həyatınıza və fəaliyyətlərinizə mənfi təsir göstərməyə başlayırsa
- Bel nahiyəsindəki ağrı ayaqlara doğru yayılırsa
- Ayaqlarda gücsüzlük və ya uyuşma hiss olunursa
Bəzən bel ağrısı sağlamlıq problemlərinin göstəricisi ola bilər:
- Son 3 ay ərzində baş vermiş ciddi zədələr
- Bel ağrısının zamanla azalmaması və şiddətli hala gəlməsi
- İmmun sistemini zəiflədən hər hansı xəstəliklərin mövcudluğu
- Gecə vaxtı baş verən tərləmələr
- Gecələr artan baş ağrısı
- Ağrıların 1 aydan artıq davam etməsi
Bu əlamətlər bəzən onurğa beyni və sinir köklərində baş verən zədələnmələrlə əlaqəli ola bilər və tibbi müdaxilə tələb edə bilər.
Bel ağrısından necə qoruna bilərik?
Bel ağrısı həm fiziki, həm də gündəlik həyat tərzinə bağlı səbəblərlə yarana bilər. Bunun qarşısını almaq üçün bir sıra sadə vərdişlərə riayət etməkdə fayda vardır.
- Gündəlik yaşam tərzinizə doğru əsnəmə hərəkətləri əlavə etmək
- Balanslı qida rejiminə keçmək
- Gündəlik oturuş və duruş pozisiyalarına diqqət etmək
- Yumşaq yataq və yastıqlardan uzaq durmaq
- Bacardığınız qədər stress və gərginlikdən uzaq durmaq
- Günəş işığından faydalanmaq, soyuq havalardan qorunmaq
Təqdim etdiyimiz sadə tədbirlər vasitəsilə beldə ağrı və əzələ spazmı ehtimalını minimuma endirə bilərsiniz. Eyni zamanda, bu vərdişlər bel sağlamlığını qorumaq və gələcəkdə ciddi narahatlıqların qarşısını almaq üçün mühüm rol oynayır.
Müasir dövrdə bel ağrısı geniş yayılmış narahatlıqlardan biri olsa da, düzgün yanaşma və tədbirlərlə qarşısını almaq mümkündür. Uyğun müalicə metodları vasitəsilə daha sağlam və ağrısız bir yaşam mümkündür. Bunun üçün isə peşəkar məsləhət və dəstək ən doğru addım olacaqdır.