fizyoterapi.az
8 Yanvar 2024
Daban şporu kalsium yığıntılarının daban sümüyünün alt hissəsində çoxalması və sümük çıxıntısı yaratmasıdır. Daban şporu adətən ayaqlarda həddindən artıq yüklənmə olduqda yaranır. İlk əlaməti dabanda yaranan ağrıdır və axşama doğru ağrıda güclənmə müşahidə olunur. Müalicə edilmədikdə gündəlik həyatı və hərəkət etməyi çətinləşdirir.
Daban şporu daha çox bərk dabanlı ayaqqabı geyinən, ayaqyalın soyuq yerdə gəzən, yerimə pozğunluğu olan insanlarda rast gəlinir. Müayinə və rentgen yolu ilə qoyulan erkən diaqnoz sağalma prosesində vacib rol oynayır. Daban şporu xəstəliyi və şikayətləri düzgün müalicə ilə aradan qaldırıla bilər.
Daban şporu, artıq çəkili, düz və bərk dabanlı ayaqqabı geyinən, yerimə pozğunluğu olan, insanlarda müşahidə olunur. Plantar fassiya adlanan daban sümüyünü ayaq barmaqlarının falanqalarına birləşdirən bağdakı iltihabi dəyişikliklər buna səbəb ola bilir. Beləliklə ayaq dabanında yığılan kalsium sümük çıxıntısına gətirib çıxarır. İstirahət zamanı ağrımayan, sadəcə hərəkət edərkən ağrıya səbəb olan və günün sonuna doğru ağrının artdığı ortopedik bir problem olan daban şporu insanın gündəlik həyatda hərəkətini məhdudlaşdırır.
Dabanda iynə batması hissi verən daban şporunun ilk simptomu dabanın alt hissəsində ağrıdır. Bu ağrının adətən istirahətdən sonra ilk yüklənmədə və ya günün sonuna doğru intensivliyi artır. Adətən ayaq bağlarına güc düşdükdə, sümüklərdə stress yarandıqda və ayaqyalın gəzdikdə əmələ gəlir. Şiddətli ağrı olmadıqca hiss edilməyən daban şporunun erkən diaqnozla müalicəsi mümkündür. Burada vacib olan nüans diaqnozdan sonra uyğun müalicə üsulunu təyin edib prosesə başlamaqdır.
Daban şporu kalsium yığıntılarının daban sümüyünün alt hissəsində çoxalması və sümük çıxıntısı yaratmasıdır. Piylənmə, sərt yerdə qaçış, qeyri-ortopedik ayaqqabılardan istifadə, dabana çox təzyiq göstərən anormal yerişlər, düz və ya hündür ayaqlara sahib olmaq, uzun müddət ayaqda qalmaq, diabet, artrit, plantar fasiit və s. daban şporunun əmələ gəlməsinin səbəbləridir.
Daban şporunun ümumi səbəbləri aşağıdakılardır:
İlk və ən vacib simptomu dabanın alt hissəsində ağrıdır. Bu ağrı iki şəkildə özünü göstərir. Birincisi, səhər yuxudan duranda ilk yükləmə zamanı dabanda olan cüzi ağrı və ya sancma, ikincisi isə günün sonunda doğru artan daban ağrısıdır. Xəstələr səhər atdıqları ilk 5-6 addımda şiddətli ağrı hiss edirlər. Bu ağrı dabanın altında iynə varmış kimi hiss olunur. Ancaq gün ərzində yeridikcə ağrı getdikcə azalır.
İkinci şəkildə isə uzun müddətli gəzintilərdən sonra tədricən ağrı yaranıb arta bilir və hətta istirahət edərkən də davam edə bilir. Bu simptomlar adətən dabanda yanma ilə müşayiət olunur. Xəstəliyin irəlilədiyi hallarda ağrı xroniki hala keçir və addımlama çətinləşir, xəstələr dabanlarına ağırlıq verməmək üçün ayaq barmaqları ilə yeriməyə çalışırlar.
Daban şporu diaqnozunda müayinə çox vacibdir. Əgər simptomlar varsa və daban şporundan şübhələnirsinizsə mütəxəssis fizioterapevtə müraciət etməlisiniz. Şikayətlərin əksəriyyəti ayağın üzərinə basdıqdan sonra dabanda yaranan sancma hissidir. Bundan əlavə rentgendə sümükdə çıxıntıların olması diaqnozu daha dəqiq edir. Əlavə patologiyadan şüphələnilərsə MRT tələb oluna bilər.
Daban şporu fizioterapiya vasitəsilə tam aradan qaldırıla bilər və ya onların simptomları əhəmiyyətli dərəcədə azaldıla bilər. Fizioterapiya və reabilitasiya daban şporu müalicəsində effektiv üsullardan biri kimi tanınır. əksər xəstələrin ağrısını yüngülləşdirir və onların funksiyalarını bərpa etməyə kömək edir.
Daban şporu daha çox kimlərdə rast gəlinir?
Xüsusilə erkən yaşda ayaq sağlamlığına diqqət etməyən insanlarda görülə bilər.
Daban şporu sağalması nə qədər vaxt aparır?
Müalicədən sonra xəstələrin şikayətləri adətən iki həftə ərzində yox olur.
İnyeksiya müalicəsi xroniki xəstələrə tətbiq edilə bilərmi?
Şəkərli diabet və qan təzyiqi xəstələrinə inyeksiya yolu ilə kortizon verilərkən ehtiyatlı olmaq lazımdır. Çünki kortizon xəstədə şəkər və təzyiq səviyyəsinə təsir edir. Xəstədə diabet varsa, müalicə endokrinoloqla məsləhətləşdikdən sonra tətbiq edilməlidir.
Daban şporu müalicəsində yaşa bağlı məhdudiyyətlər varmı?
Adətən uşaqlarda bu xəstəlik müşahidə edilmir. Daban şporu orta yaş qrupunun xəstəliyidir və bütün müalicələr bu yaş qrupuna tətbiq edilir.
Daban şporunun qarşısını necə almaq olar?
Daban şporu üçün ayaqqabı seçimi böyük əhəmiyyət kəsb edir. Belə ki, yumşaq dabanlı ortopedik ayaqqabılar seçilməlidir. Əgər iş səbəbi ilə belə ayaqqabıları geyinmək mümkün deyilsə, ayaqqabının içi silikon dabanlarla dəstəklənməlidir.
Tags :