fizyoterapi.az
20 Fevral 2024
Dağınıq skleroz (MS) reabilitasiyası xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq və simptomları aradan qaldırmaq üçün nəzərdə tutulmuş müalicə prosesidir.
MS reabilitasiya proqramı multidisiplinar səhiyyə qrupu tərəfindən həyata keçirilir. Bu qrupa nevroloqlar, fizioterapevtlər, erqoterapevtlər, loqopedlər, psixoloqlar və digər mütəxəssislər daxil ola bilər. Müalicə xəstənin simptomlarına, inkişaf səviyyəsinə və fərdi ehtiyaclarına uyğunlaşdırılır.
Dağınıq skleroz (MS) mərkəzi sinir sisteminə (MSS) təsir edən autoimmun bir xəstəlikdir. Autoimmun xəstəliklər, immun sistemin normalda bədən toxumalarına hücum etməməli olduğu halda, öz toxumalarına hücum etməyə başladığı hallardır. Dağınız skleroz-də immun sistemi, mərkəzi sinir sistemindəki miyelin adlı qoruyucu təbəqəyə hücum edir.
Miyelin sinir liflərini əhatə edən və düzgün sinir keçiriciliyini təmin edən izolyasiya təbəqəsidir. MS-də immun sistemi miyelin təbəqəsini zədələyir və sinir keçiriciliyini pozur. Bu vəziyyət müxtəlif nevroloji simptomlara və disfunksiyalara səbəb olur.
Dağınıq sklerozun (MS) simptomları fərddən fərdə dəyişə bilər və xəstəliyin inkişafına bağlı olaraq müxtəliflik göstə bilər. Əsas simptomları isə aşağıdakılardır:
Yorğunluq: Dağınız skleroz xəstələrinin əksəriyyəti daimi yorğunluq hissi yaşayır. Bu yorğunluq özünü adi yorğunluqdan daha qabarıq şəkildə biruzə verir.
Görmə problemləri: MS görmə problemlərinə səbəb ola bilər. Bu problemlərə obyekləri cüt görmə, göz ağrısı, bulanıq görmə, solğun rənglər və ya göz hərəkətlərində çətinlik kimi simptomlar daxildir.
Skelet əzələsi problemləri: MS əzələ zəifliyi, əzələ spazmları, əzələ sərtliyi və tarazlıq problemləri kimi skelet əzələsi problemlərinə səbəb ola bilər.
Hissiyat dəyişikliklər: Dağınız skleroz (MS) uyuşma, yanma hissi və ya dəri həssaslığı kimi hissiyat problemlərinə səbəb ola bilər.
Koordinasiya və müvazinət problemləri: Dağınıq skleroz, əl-göz koordinasiyasında pozğunluqlara, titrəmələrə və müvazinət problemlərinə səbəb ola bilər. Bu vəziyyət gündəlik fəaliyyətləri və hərəkətləri çətinləşdirə bilər.
Nitq və udma problemləri: MS nitq pozğunluğuna, səsin zəifləməsinə və ya udma prosesinin çətinləşməsinə səbəb ola bilər.
Zehni problemlər: Bəzi MS xəstələri zehni funksiyaları ilə bağlı problemlər yaşaya bilər. Yaddaş problemləri, diqqət çatışmazlığı və düşüncə sürətində yavaşlama kimi simptomlar meydana gələ bilər.
Emosional və psixoloji dəyişikliklər: MS xəstələri depressiya, narahatlıq, əsəbilik və emosional dalğalanmalar kimi psixi sağlamlıq problemləri ilə üzləşə bilər.
Bu əlamətlər Dağınıq skleroz xəstələrində fərqli şəkildə və müxtəlif vaxtlarda görünə bilər. Xəstəliyin gedişi residiv və remissiya dövrləri ilə inkişaf edə bilər. MS simptomları müalicə və dəstək ilə idarə oluna bilər və həyat keyfiyyətinin yaxşılaşdırılması üçün bir sıra yanaşmalar mövcuddur.
Fizioterapiya, Dağınıq Skleroz xəstəliyində hərəkət qabiliyyətini yaxşılaşdırmaq, əzələ gücünü qorumaq, tarazlığı inkişaf etdirmək, spazmları azaltmaq və ümumi həyat keyfiyyətini yaxşılaşdırmaq üçün mühüm rol oynayır. Fizioterapiya kompleks yanaşma ilə birlikdə istifadə edilən, fərdi ehtiyaclara və simptomlara uyğunlaşdırılan müalicə üsuludur. Dağınıq skleroz xəstələrində Fizioterapiyanın aşağıdakı rolları var:
Hərəkətliliyin yaxşılaşdırılması: Fizioterapiya MS xəstələrinin əzələ gücünü və hərəkət qabiliyyətini artıraraq fiziki asılılığı azaldır. İdman proqramları və reabilitasiya üsulları sayəsində xəstələr gündəlik fəaliyyətlərini daha asan yerinə yetirə və həyat keyfiyyətlərini yaxşılaşdıra bilirlər.
Balans və koordinasiyanın inkişafı: Qeyd etdiyimiz kimi DS balans problemlərinə və koordinasiya pozğunluğuna səbəb ola bilər. Fizioterapiya balans hərəkətləri, düzgün duruş təlimi və xüsusi koordinasiya metodları ilə yuxarıdakı problemlərin həllinə kömək edir.
Yerimə və hərəkət təlimi: MS xəstələrində yerimə və hərəkət problemləri yarana bilər. Fizioterapevtlər xəstələrə düzgün yeriş forması və hərəkət biomexanikasını öyrənməyə kömək edir. Yerimə üçün dəstəkləyici vasitələrindən (baston, wolker) istifadəsi və uyğun yerimə metodları üzrə təlimlər verir.
Spastikliyin azaldılması: MS xəstələrində əzələ sərtliyi və yığılmaları olan spastiklik yayılmış problemdir. Fizioterapiyada spastikliyi azaltmaq üçün gərmə hərəkətləri, manual terapiya və sinir-əzələ elektrostimulyasiyası kimi üsullardan istifadə edilir. Bu şəkildə əzələlər rahatlaşır və hərəkət diapazonu artır.
Enerji səviyyəsini artırma: MS xəstələrində ümumi bir simptom olan yorğunluq gündəlik fəaliyyətlərə mənfi təsir göstərə bilər. Fizioterapiya xüsusi idman proqramları ilə yorğunluğu idarə etməyə kömək edə bilər.
Ağrının müalicəsi: MS xəstələri tez-tez ağrıdan şikayətlənirlər. Fizioterapiyada ağrıları azaltmaq üçün manual terapiya, idman, isti-soyuq terapiya və digər üsullardan istifadə edə bilər.
Tənəffüs funksiyasının dəstəklənməsi: MS irəlilədikcə tənəffüs problemləriyarana bilər. Fizioterapiyada tənəffüs əzələlərini gücləndirmək, inhalyasiya və ekshalasiya qabiliyyətini artırmaq və tənəffüs sekresiyalarını azaltmaq üçün tənəffüs hərəkətləri və metodları istifadə edilə bilər.
Psixoloji və emosional dəstək: Fizioterapevtlər MS xəstələrinə motivasiya verərək, psixoloji və emosional dəstək göstərərək yaşadıqları çətinliklərin öhdəsindən gəlməyə kömək edə bilərlər. Bu xəstələrin həyat keyfiyyətini artırır və mental olaraq daha yaxşı olmalarına kömək edir.
Qeyd etmək lazımdır ki, hər bir xəstənin vəziyyəti fərqli olduğundan, fizioterapiya proqramı fərdi olaraq uyğunlaşdırılmalıdır.
Bu halda bəzi mənfi nəticələr yarana bilər. Fizioterapiya MS xəstələrinin fiziki fəaliyyətlərini bərpa etmək, simptomları aradan qaldırmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün mühüm müalicə üsuludur. Fizioterapiyanın tətbiq olunmaması aşağıdakı nəticələrə səbəb ola bilər:
Hərəkət məhdudiyyəti: MS xəstələrində əzələ gücü azala, tarazlıq problemləri və koordinasiya pozğunluqları yarana bilər. Fizioterapiya əzələləri gücləndirmək, tarazlığı və koordinasiyanı yaxşılaşdırmaq üçün vacib hərəkətlər və metodları əhatə edir. Buna görə də fiziki müalicə aparılmazsa, xəstələrin hərəkətliliyi məhdudlar və gündəlik işlərini yerinə yetirməkdə çətinlik çəkə bilər.
Spastisite və əzələ sərtliyi: MS xəstələrində əzələ sərtliyi və yığılmaları olan spastiklik yayılmış problemdir. Fizioterapiya aparılmazsa spastiklik arta bilər, xəstələrin hərəkət qabiliyyəti və rahatlığı daha da azqla bilər.
Yıxılma riski: MS xəstələrində müşahidə olunan balans problemləri və zəifləmiş əzələlər yıxılma riskini artırır. Fizioterapiya, tarazlıq idmanları, düzgün gəzmə təlimi və dəstəkləyici cihazlar vasitəsilə yıxılma riskini azaltmağı hədəfləyir.
Yorğunluq: MS xəstələrində ümumi bir simptom olan yorğunluq gündəlik fəaliyyətlərə mənfi təsir göstərə bilər. Fizioterapiya aparılmazsa, xəstələrin yorğunluq səviyyəsi arta, enerji səviyyələri azala bilər.
Tənəffüs funksiyasının pisləşməsi: MS irəlilədikcə tənəffüs funksiyaları təsirlənə bilər. Fizioterapiya tənəffüs əzələlərini gücləndirir və tənəffüs hərəkətləri vasitəsilə tənəffüs qabiliyyətini artırır. Fizioterapiya aparılmazsa, tənəffüs funksiyası pisləşə və tənəffüs problemləri arta bilər.