Manual terapiya nədir?

mauanl terapiya
Manual terapiya

Manual terapiya əl ilə tətbiq olunan terapiya üsulludur. Əsasən bədəndə ağrı, gərginlik, spazm və funksional pozğunluqları müalicə etmək üçün istifadə olunur, təhlükəsiz və effektiv üsul sayılır. Bu terapiya xəstələrin ağrı və hərəkətlilik problemlərini xüsusi əl üsulları ilə müalicə etmək məqsədi daşıyır.

Manual terapiyanı kimlər tətbiq edə bilər?

Fizioterapevt 

Fizioterapevtlər əzələ, sinir, sümük və oynaq problemlərini müalicə etmək üçün müxtəlif üsullardan istifadə edirlər. Fizioterapiya, idmanlar, manuel terapiya, elektroterapiya və digər üsullar vasitəsilə xəstələrin ağrılarını azaltmaq, hərəkətliliyi artırmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır. Manual terapiya da həmçinin  fizioterapevtlər tərəfindən  tətbiq oluna bilər.

Manual Terapevt

Manual terapiya tətbiq edə bilmək üçün xüsusi təlim keçmiş şəxsdir. Bədənin müxtəlif hissələrinə əl ilə təzyiq edərək, əzələləri rahatlaşdırır və hərəkət genişliyini artırır. Manual terapevtlər əzələ, skelet və oynaq problemləri kimi müxtəlif xəstəliklərin müalicəsində ixtisaslaşmışdır.

Manual terapiya hansı hallarda istifadə olunur?

İdman zədələri

  • Əzələ zədələri
  • Oynaqlarda zədələnmə
  • Tendon zədələri 
  • Ligament zədələri 
  • Qığırdaq zədələri
  • Menisk zədələri 
  • Kəskin burxulma
  • Tendinit 
  • Rotator manşet zədələri
  • Epikondilit

Boyun ağrısı

  • Fibromiyalgiya
  • Bel ağrısı
  • Boyunda balans problemi
  • Kalsifikasiya problemi
  • Onurğanın daralması
  • Boğaz ağrıları
  • Servikal disk xəstəliyi
  • Servikalgiya
  • Tortikollis

Fiziki problemlər

  • Skolioz
  • Kürək, bel ağrısı
  • Bursit tendinit
  • Çiyin ağrısı
  • Bilək ağrısı
  • Karpal tunel sindromu
  • Hallux valgus
  • Plantar fasiit
  • Axil tendonu zədələri
  • Ön çarpaz bağ zədələri

Disk yırtığının müalicəsində manual terapiyanın effektivliyi

Disk yırtığının müalicəsi mürəkkəbdir və müalicə yanaşması xəstənin simptomlarından, yırtığın yeri, ölçüsün və digər amillərdən asılı olaraq dəyişə bilər. Manual terapiya disk yırtığının müalicəsində bir seçim ola bilər, Manual terapiyaya fizioterapevt və ya osteopat tərəfindən həyata keçirilən əl manipulyasiyaları və müalicə üsulları daxildir. Bu üsullar əzələ gərginliyini azaltmağa, ağrıları aradan qaldırmağa və disk yırtığının simptomlarını yaxşılaşdırmağa kömək edə bilər. 

Manual terapiya aşağıdakı yollarla kömək edə bilər:

Ağrının azaldılması: Manual terapiya ağrıları aradan qaldırmağa kömək edə bilər. Fizioterapevtlər əzələlərdə və oynaqlarda gərginliyi aradan qaldırmaq üçün müxtəlif üsullardan istifadə edə bilərlər.

Hərəkət diapazonunun artması: Disk yırtığı səbəbiylə hərəkət məhdudiyyəti yaranır. Manual terapiya oynağın hərəkət diapazonunu artırıb və xəstənin daha sərbəst hərəkət etməsinə kömək edə bilər. 

Əzələ Gücünün artırılması: Manual terapiya zəifləmiş əzələləri gücləndirmək üçün idmanlarla birləşdirilə bilər. Bu da öz növbəsində onurğanın daha yaxşı dəstəklənməsinə kömək edir. 

Xəstənin məlumatlandırılması: Manual terapevtlər xəstələrə yırtıq və sağlam həyat tərzi seçimlərini necə idarə etmək barədə məlumat verə, bu simptomları idarə etməyə kömək edə bilər. Bununla belə, yadda saxlamaq lazımdır ki, manual terapiya hər xəstədə eyni dərəcədə effektiv deyil və bəzi hallarda, xüsusilə ağır disk yırtıqları üçün cərrahi müdaxilə tələb oluna bilər. Müalicəyə başlamazdan əvvəl bir mütəxəssislə  danışmaq və hansı müalicə variantının sizin üçün ən yaxşı olduğunu müəyyən etmək vacibdir. Xüsusilə disk yırtığının müalicəsi fərdi yanaşma tələb edir, buna görə də fizioterapevt  xüsusi vəziyyəti qiymətləndirməli və ən uyğun müalicə planını tövsiyə etməlidir.

Manual terapiya necə tətbiq olunur?

Fiziki müayinə 

Manual terapevt xəstələri müayinə edir və problemləri müəyyənləşdirir. Anamnez toplayır, müalicə planı yaradır. 

Müalicə

Manual terapevt gərmə hərəkətləri istifadə edərək əzələləri gərginliyini azaldır və rahatlaşdırır. Müxtəlif üsullarla boyun, kürək, bel, omba, diz və ayaqları müalicə edir. 

İdman hərəkətləri

Manual terapevt xəstələrə bədənin hərəkətliliyini yaxşılaşdıracaq hərəkətlər göstərir. Bu hərəkətlər əzələləri gücləndirir və ağrıları azaldır.

Manual terapiyanın riskləri nələrdir?

Manual terapiya adətən təhlükəsizdir, lakin onun bəzi riskləri var. Yanlış tətbiq olunduqda xəstələrdə kəskin ağrı, dəridə həssasiyət, qıcıqlanma, qızarıqlıq və digər problemlər yarada bilər.

Bəzi Risklər: Bu risklər terapiya səhv tətbiq edildikdə baş verir:

  • Əzələ zədəsi 
  • Həddindən artıq ağrı 
  • Kritik sümük parçalarının zədələnməsi və ya ayrılması


Müalicədən sonra: Manuel terapiyadan sonra yüngül ağrı və ya narahatlıq hiss edilə bilər. Ancaq bu vəziyyət müvəqqətidir.

Manual terapiya

Manual terapiya haqqında tez-tez verilən suallar

Kim manual terapiya almalıdır?

Manual terapiya ağrılı əzələ və toxuma problemləri olan demək olar ki, hər kəs üçün tövsiyə olunur. Ancaq hansı hallarda uyğun olduğunu həkiminizlə məsləhətləşərək öyrənə bilərsiniz. 

Manual terapiya ağrıları artıra bilərmi? 

Bəzi insanlar manual terapiyadan ağrı hiss edə bilərlər. Ancaq terapiya düzgün aparılarsa, ağrını azaldır.

Manual terapiya nə qədər vaxt aparır?

 Manual terapiyanın müddəti terapiyanın növündən, şəxsin vəziyyətindən və terapevtin təcrübəsindən asılı olaraq dəyişə bilər. Adətən, hər seans təxminən 20-60 dəqiqə çəkir.