Yastıpəncəlik (düz daban) nədir? Simptomları nələrdir?

yastıpəncəlik
Yastıpəncəlik

Uşaqlarda ortoped və ya travmatoloqa müraciətlərin ilk səbəbi yastıpəncəlikdir. Ortez aparatları, fizioterapiya və dərman müalicəsi ilə bu problemi həll etmək mümkündür. Nadir hallarda isə cərrahi üsullardan istifadə edilə bilər.

Yastıpəncəlik nədir?

İnsan ayağında və topuqda 26 müxtəlif sümük və bu sümükləri bir yerdə saxlayan bir çox oynaq var. Bundan əlavə, onlarla əzələ, tendon və bağlar ayağın quruluşunu dəstəkləyir. Yetkin bir insanın ayağına dabandan baxdıqda, ayaq tağları adlanan uzununa və üfüqi çökəklikləri görə bilərsiniz. Ayaq tağlarının quruluşu yükün insanın ayağına necə paylandığını və onun yeriməyə təsirini müəyyən edir. Stressə və müxtəlif səthlərə uyğunlaşmaq üçün kəmərlər sərt və elastik olmalıdır. Ayaq tağının hündürlüyünün azaldığı hallara yastıpəncəlik deyilir. Yastıpəncəlikdə normal dabandan fərqli olaraq bədən çəkisi üç nöqtəyə paylanmır. Bu da müxtəlif biomexaniki dəyişikliklərə görə bəzi problemlər yarana bilər.

Yastıpəncəlik əlamətləri

Ağrı yastıpəncəli insanlarda ən çox görülən simptom ayaq və baldırlarda ağrıdır. Diz və ombadakı anormal stress bu oynaqlarda da ağrıya səbəb ola bilər.

Ağrılar;

  • Ayaq biləyi içərisində
  • Ayaqların tağlarında
  • Baldırlarda
  • Diz oynaqlarında
  • Omba oynaqlarında
  • Beldə hiss oluna bilər.
  • Ayaqqabılar tez deformasiyaya uğrayır. Xüsusən də ayaqqabıların iç tərəfləri daha tez köhnələ bilər.
  • Ayaqlar tez yorulur
  • Ayaqlarda sərtlik və ya uyuşma hissi
  • Ayaqlarda şişlik
  • Zəif təzyiq nəticəsində ayaqlarda inkişaf edən kalluslar
  • Gəzinti və ya balansla bağlı problemlər də yarana bilər.

Yastıpəncəlik səbəbləri

  • Anadangəlmə: Genetik faktorlardan asılı olaraq anadangəlmə anomaliyalar yastıpəncəliyə səbəb ola bilər. 
  • Şaquli talus
  • Tarsal koalisiyası
  • Serebral iflic, əzələ distrofiyası və ya spina bifida kimi xəstəliklər
  • Keçirilmiş ayaq travması
  • Yaşlılıq
  • Romatoid artrit
  • Posterior tibial tendonun zədələnməsi, disfunksiyası və ya yırtığı (tibialis posterior tendonunun çatışmazlığı)
  • Piylənmə və diabet

Yastıpəncəlik diaqnozu

Həkim müayinəsi ilk addımdır və aşağıdakıları müayinə edir.

  • Xəstənin yastıpəncəliyə səbəb ola biləcək xəstəlikləri və ya travmalarını araşdırır.
  • Xəstənin ayaqqabılarını yoxlayır, çünki yastıpəncəlik ayaqqabılarda anormal aşınmaya səbəb ola bilər.
  • Barmaqları qaldırma hərəkətləri ilə ayaqları müşahidə edir.
  • Axil vətəri və ya posterior tibial tendon kimi ayaqdakı digər tendonlar da daxil olmaqla əzələ və vətərlərin qüvvələrini test edir.


Fizioterapevt xəstənin ayaqlarını və yerişini müayinə edərək diaqnoz qoya bilər. Bununla belə, müayinəni dəstəkləmək üçün görüntüləmə üsullarından MRT, KT rentgen və ultrasəs müayinəsi istifadə edilə bilər.

Yastıpəncəlik müalicəsi

Normal şəraitdə yastıpəncəlik ağrı yaratmırsa, heç bir müalicə tələb olunmur. Ancaq yastıpəncəliyin ağrı verməsi halında həkimlər ortopedik cihazlar, dəstəkləyici ayaqqabılar, gərmə hərəkətləri, Fizioterapiya və cərrahi müdaxilə üsullarını tövsiyə edə bilərlər.

Standart ortopedik cihazlar, yəni tağ dəstəkli içliklər yastıpəncəliyin yaratdığı ağrıları aradan qaldırmağa kömək edə bilər. Eyni zamanda, həkim fərdin ayaqlarının konturlarına uyğun formalaşdırılan xüsusi hazırlanmış ortez cihazının istifadəsini tövsiyə edə bilər. Ortopedik cihazlar yastıpəncəliyi müalicə etmir, lakin adətən fərdin hiss etdikləri əlamətləri və simptomları azaltmaqla vəziyyəti nəzarət altına almasına kömək edir.

Yastıpəncəlik olan bəzi insanlar Axil vətərinin qısalması ilə qarşılaşa bilər. Bu vətəri uzatmaq üçün bir sıra hərəkətlər etmək Axil vətərini uzatmağa və simptomları aradan qaldırmağa kömək edə bilər.

Yastıpəncəlik, xüsusən qaçışçılarda görülən bəzi hallarda artıq yüklənmə ilə əlaqədar yaralanmalara səbəb ola bilər. Fizioterapiyanın köməyi ilə fərd öz texnikasını təkmilləşdirərək bu zədələnmə ehtimalını minimuma endirə bilər.

İstirahət və buz terapiyası ağrı üçün faydalıdır. Xüsusilə şikayətləri artıran fəaliyyətlərdən qaçınmaq lazımdır. Ağır idman əvəzinə gəzinti, velosiped sürmə və ya üzgüçülük üstünlük verilməlidir.

Yastıpəncəlikdə cərrahi müalicə

Həkim müayinəsindən sonra zərurət yaranarsa, xəstəlik bir neçə metodun kombinasiyası ilə müalicə olunur.

– Yastıpəncəliyə görə inkişaf edən sümük çıxıntıları

-Ayaq biləyi sümüklərinin anadangəlmə fərqli formada olması

-Vətərlərin şişməsi və xarici təbəqəsində dejenerativ dəyişikliklər olması hallarında cərrahi müalicə tətbiq edilir.

Yastıpəncəlik testi nədir?

Özünüzün və ya uşağınızın ayaqlarında yastıpəncəlik olduğundan şübhələnirsinizsə, evdə 3 mərhələdən ibarət sadə bir test edə bilərsiniz.

1 – Ayaqlarınızı nəmləndirin.

2- Ayağınızı iz yaranacaq bir kağız və ya beton səthə yerləşdirin.

3- Ayağınızı qaldırdığınız zaman ayağınızın altı tamamilə yerdə və ya kağızda görünürsə, yastıpəncəlikdən şübhələnə bilərsiniz.

Paylaşmaq :