İdman Zədələnmələrinin Növləri və Müalicə Yolları
fizyoterapi.az
5 Oktyabr 2024
İdman zədələnməsi, fiziki fəaliyyət və ya idman zamanı bədənin müxtəlif hissələrində yaranan hər hansı bir zədələnmələrdir. İdman zədələnmələri oyunçuların bədənlərində əzələ, bağ, sümük və ya digər toxumaların zədələnməsi nəticəsində yaranır. Bu zədələnmələr müxtəlif səbəblərdən baş verə bilər.
Kişilərin xüsusi zədə aldığı idman növlərinin başında ağır atletika və futbol kim idman növləri gəlir, buradakı zədələr əsasən çiyin çıxığı, əzələ dartınması (sprain) kimi əlamətlərlə xarakterizə olunur. Futbol kimi idmanlarda bəzi zədələr əvvəlcə fizioterapiya ilə müalicə olunsa da, bəzi hallarda invaziv müdaxilə lazım ola bilər. Bu kimi hallarda, tez bir zamanda mütəxəssisə müraciət etmək vacibdir.
Qadınlar üçün isə basketbol, həndboll, at sürmə kimi idman növləri adətən onların xəsarət alması ilə nəticələnə bilir. Zədələnmə riski yüksək olan idman növləri adətən yüksək təmas və intensivliklə xarakterizə olunur. Stanford Children’s Health-in məlumatına görə, hər il 3.5 milyondan çox uşaq və gənc təşkil olunmuş idman və ya fiziki fəaliyyət zamanı zədələnir. Uşaqlardakı zədələnmələrin 1/3-i idmanla bağlıdır.
Ən yüksək idman travmaları nisbətinə malik idman növləri isə aşağıdakılardır. Statistikalarda 1000 saat hesabı ilə zədələnmələrin sayı qeyd olunmuşdur.
- Futbol – 3.96
- Futbol (qızlar arasında)– 2.65
- Güləş (oğlanlar arasında)– 1.56
- 2015-2019-cu illər arasında:
- Zədələrin 44%-i futbolla əlaqədardır.
- Ən aşağı zədələnmə nisbəti:
- Beyzbol (oğlanlar arasında) – 0.89
- Zədələnmə nisbətləri:
- Qızların idman növləri – 1.56
- Oğlanların idman növləri – 2.52
Məşq zamanı idman zədələrinin qarşısını necə almaq olar?
Məşq zamanı zədələnmələr çox geniş görünə bilir və bu vəziyyət çox idmançıların fəaliyyətinə mane olur. İdman zədələnmələrinin qarşısını almaq üçün 10 əsas məqama diqqət yetirmək lazımdır. Bununla da idman zədələrinin yaranma riskini azaldaraq narahat olmadan məşqləri davam etdirmək mümkündür. Mətnimizin davamında sizə idman fəaliyyəti zamanı yerinə yetirilməli vacib nüansları təqdim edəcəyəm ki, məşqlərdən zövq alaraq sağlamlığınızın keşiyində dayana biləsiniz.
İdman travmaları qaçılmazdır, amma…
Zədələr həm məşq edərkən, həm də etmədiyimiz zaman baş verə bilər. Ancaq məşq etmədiyiniz təqdirdə bədən zəifləyir və bu sonradan alınan zədələrin daha ağır olmasına səbəb olur. Buna görə də düzgün yanaşma və təhlükəsizlik qaydalarına əməl etməklə məşq travmalarını minimuma endirmək mümkündür.
Hər zaman idmana isinmə hərəkətləri ilə başlayın
Məşqdən əvvəl isinmə hərəkətləri çox vacibdir. Soyuq əzələlər daha az elastik olur və gərilmə zamanı asanlıqla zədələnə bilər. İsinmə, əzələlərin qızdırılmasını və qan dövranının artmasına səbəb olur. Məşqdən əvvəl qısa yürüyüş və ya yüngül hərəkətlərlə bədəni isitmək, sonra isə hər hərəkət üçün xüsusi isinmə hərəkətləri etmək idman zədələrinin qarşısını almaqda vacibdir.
Məşqdən əvvəl uzanma hərəkətləri məşq zamanı idman travmalarına səbəb olur.
Məşqdən əvvəl uzanma hərəkətləri baş verə biləcək idman zədələrinin qarşısını almır, əksinə əzələlərin həddindən artıq gərilməsinə səbəb ola bilir. Əzələləri gərginləşdirmək əvəzinə, onları isitmək daha məqsədəuyğundur. Uzanma hərəkətlərini məşqdən sonra etməyiniz məsləhətlidir, çünki bu hərəkətlər əzələlərdə qan axınını artıraraq bərpanı sürətləndirə bilir.
Atletik travmalardan düzgün məşq seçimi ilə yayının
Hər kəsin bədən quruluşu və yaşına görə fərqli məşq tərzi olmalıdır. Yaş artdıqca, xüsusilə 50 yaşdan sonra məşq seçimi daha diqqətli edilməlidir. Əsasən tez-tez oturub-durmaq, press, bench press və ştanq qaldırma kimi hərəkətlər güc artırmaq üçün ən təhlükəsiz və effektiv məşqlərdir, lakin yaşlılar üçün bu hərəkətlər idman zədələnmələrinə yol aça bilər.
Proqramınıza sadiq qalın və tələsməyin
Məşq proqramı tərtib etmək və həmin proqrama sadiq qalmaq uğurun əsas formuludur. İdman zədələrindən yayınmaq üçün ağırlıqları tədricən artırın və çox yüklənməməyə çalışın. Ən çox zədə almağa səbəb olan hallar, həddindən artıq ağır çəkilər qaldırmağa çalışmaqdır. Məqsədiniz sağlamlıq və forma qazanmaqdırsa, bu səbəbdən çox ağır yüklərə ehtiyac yoxdur.
İdman hərəkətlərini düzgün formada yerinə yetirin
Hərəkətləri düzgün formada yerinə yetirmək zədələrin qarşısını almaqda çox vacibdir. Əgər hərəkəti düzgün yerinə yetirə bilmirsinizsə, bu, zədə riskini artırır. Düzgün formada məşq etmək üçün bir fitness mütəxəssisə müraciət etməyiniz məsləhətdir.
Bərpa olmadan məşq etməyin
Məşq etmədən əvvəl bədəninizin tam formada olduğundan əmin olun. Yuxusuz, susuz və ya xəstə halda məşq etməyin. Həmçinin, sağalmamış bədən hissələrinə yüklənmək zədələrin yaranmasına səbəb ola bilər.
Setlər arasında kifayət qədər istirahət edin
Hər bir məşq setindən sonra əzələlərinizin bərpa olması üçün kifayət qədər vaxt vermək vacibdir. Bu zədələrin qarşısını almağa və məşq performansını artırmağa kömək edir.
İdman aksesuarlarından istifadə etmək idman travmalarının qarısını alır.
Əgər məşq zamanı diz və ya bilək üçün sarğı və ya başqa dəstək vasitələrinə ehtiyac varsa, onları çəkinmədən istifadə edin. Bu vasitələr zədələrdən qorunmağınıza kömək edəcək.
Həddindən artıq soyuq və ya isti şəraitdə məşq etməyin
Soyuq şəraitdə əzələlər daha sərt olur və bu da zədə riskini artırır. İsti hava isə bədəndə həddindən artıq istiləşməyə və zərərli təsirlərə səbəb ola bilər. Məşq etmək üçün uyğun temperatur və ventilyasiyası yaxşı olan yerləri seçin.
Bədəninizi dinləyin
Məşq zamanı bədəninizdə hər hansı ağrı və ya narahatlıq hiss etdiyiniz zaman məşqi dayandırın. Ağrının səbəbini araşdırmaq üçün bir mütəxəssislə məsləhətləşin. Bədəninizin verdiyi siqnalları nəzərə alaraq davam etmək hər zaman daha doğrudur.
İdman Zədələnmələrinin Müalicəsində İstifadə Olunan Metodlar
- RICE Metodu:
–İstirahət- İdman zədələnmələri zamanı istirahət olduqca vacibdir və sağalmanı tezləşdirir.
– Buz tətbiqi-Buz – zədələnmiş nahiyəyə ilk 48-72 saat ərzində hər iki saatda bir 20 dəqiqə ərzində buz tətbiq edilir.
– Kompressiya- Kompressiya idman zədələnmələrinin müalicəsində tətbiq olunan bir üsuldur. Bu müalicə üsulunda zədələnmiş bölgəyə elastik sarğı və ya bandaj tətbiq olunaraq təzyiq göstərilir. Məqsəd, bölgədəki şişkinliyi azaltmaq və zədələnmiş əzaların bərpasını sürətləndirməkdir.
- Dərmanlar:
– Ağrı və şişkinliyi azaltmaq üçün reseptsiz və reseptlə verilən dərmanlar mövcuddur.
- Təcili tibbi yardım:
– Şiddətli şişkinlik, ağrı, görünən deformasiyalar, oynaqlarda (krepitasiya) çıtırtı səsləri, gücsüzlük və ya stabilliyini itirmiş oynaqlar üçün həkimə müraciət olunmalıdır.
- Fiziki müalicə və əməliyyat:
– Ciddi zədələnmələr əməliyyat və fiziki terapiya tələb edə bilər.
İdman terapevtləri, idmançılarda idman və fiziki fəaliyyətlə əlaqəli zədələrin qarşısının alınması və müalicəsi ilə məşğul olur. Terapevtlər tərəfindən müalicə olunan çox təsadüf edilən idman zədələri- burxulmalar, dartılmalar, əzələ yırtıqları, disk yırtıqları, topuq sınıqları, bağ yırtılmaları, əzələ spazmları, yumşaq toxuma zədələri, başın zədələnməsi və digər sınıqlardır. İdman terapiyası idman zədələrinin müalicəsində çox təsirli hesab olunur, çünki bu müalicə üsulu idmanın biomexanikasını, ona təsir edən qüvvələri, bərpa prosesini və şəxsin fərdi zədəsini nəzərə alır.
Manual Terapiyanın İdman Zədələnmələrində İstifadəsi
Manual terapiya tələb edən bir çox idman zədələri mövcuddur. Bununla belə, əksər xəstələr üçün ən effektiv və təhlükəsiz olan metodlar əsasən manuel terapiya texnikalarıdır.
Manual terapiya idman zədələnmələri zamanı olduqca təsirlidir, bu üsul cərrahi müdaxiləyə ehtiyac olmadan idmaçıların tezliklə sağlamlığına qovuşmasını təmin edir. Bu terapiya əllə tətbiq olunan müxtəlif texnikaları özündə cəmləşdirir.
Manual terapiyanın idman zədələnmələri zamanı necə kömək etdiyini aşağıdakı kimi izah etmək olar:
- Ağrını azaldır:
– Masaj və digər manual terapiya texnikaları, əzələlərdəki gərginliyi azaldaraq ağrının azalmasına kömək edir. Zədəli yerlərdə qan dövranını artır və ağrıya səbəb olan iltihab tədricən çəkilməyə başlayır. - Hərəkətliliyi və elastikliyi artırır:
– Zədələnmiş əzələlər və oynaqlar sərt və qeyri-hərəkətli ola bilər. Manual terapiya, bu əzələləri və toxumaları yumşaldaraq onların yenidən elastik və hərəkətli olmasına kömək edir. Bu, idman zədələrinin sonradan sürətli bərpa olmasına səbəb olur.
3. Damar və sinir funksiyalarını yaxşılaşdırır:
– İdman zədələnmələri zamanı sinirlər və damarlar sıxılır və bu vəziyyət ağrıya, eyni zamanda funksional pozğunluqlara səbəb olur. Manual terapiya isə bu sıxılmaları aradan qaldıraraq həmin nahiyədə qan axınını və sinir funksiyalarını yaxşılaşdırır.
- Reabilitasiya prosesini sürətləndirir:
– Manual terapiya, əzələlər və toxumaların daha tez bərpa olunmasına kömək edir. O, əzələ disbalansını aradan qaldırmaqla, bərpa müddətini qısaldır. Atletik zədələnmələrindən sonrakı toparlanma dövründə manual terapiyanın yeri əvəz olunmazdır.
- İltihabı və şişi azaldır:
– Manual terapiya zamanı zədə sonrasına olan təzyiqlər sayəsində toxumalarda yığılmış maye ətrafalara yayılır, bu da şişkinliyin azalmasına səbəb olur. İltihabın azalması, bədənin bərpa prosesini tezləşdirir. - İdman zədələnmələrində sonrakı zədə ehtimalının azaldılması:
– Manual terapiya yalnız mövcud zədəni müalicə etmir, həm də idmançının bədənindəki zəif nöqtələri aşkarlayaraq gələcəkdə baş verə biləcək zədələrin qarşısını almağa kömək edir. Bu, xüsusilə təkrarlanan idman zədələrində çox faydalıdır.
- Psixoloji rahatlıq təmin edir:
– Manual terapiya bədəni rahatladaraq stres və gərginliyin azaldılmasına bu da öz növbəsində zədədən sonra idmançının emosional olaraq daha rahat və bərpa prosesinə daha müsbət yanaşmasını təmin edir.
Ümumilikdə, manual terapiya idman zədələrinin effektiv və təhlükəsiz müalicəsində mühüm rol oynayır. O, bədən funksiyalarını normallaşdırır, ağrını azaldır və idmançının aktiv həyatına daha tez qayıtmasını təmin edir.