Bel ağrıları: səbəb, simptom və müalicə metodları

bel ağrıları
Bel ağrısı

Bel ağrısı nədir?

Bel ağrısı, bel nahiyəsində sümüklərin, əzələlərin, sinirlərin, oynaqların və ya disklərin zədələnməsi nəticəsində yaranan bir narahatlıqdır. Hər yaşda insanın yaşaya biləcəyi bel ağrıları onurğa və çanaq quruluşunda yaranan problemlərdən qaynaqlana bilər. Burada bel ağrısı haqqında bilmək istədiyiniz hər şeyi tapa bilərsiniz.

Bel ağrılarının əsas səbəbləri

Duruş pozğunluğu

Uzun müddət yanlış duruş, onurğa və disklərin zədələnməsinə səbəb ola bilər. Düzgün duruş qorumaqla bel ağrısının qarşısını ala bilərsiniz.

Travma

Bel nahiyəsinə alınan travma onurğa və ya sinirlərə zərər verib, diskomfort və bel ağrılarına səbəb ola bilər.

Yaşlanma

Yaşlanma prosesində onurğa sütununda və disklərdə ejenerasiyalar baş verir. Bu, bel ağrısına və digər narahatlıqlara səbəb olur.

Oturaq həyat tərzi

Az hərəkətli bir işlə məşğul olmaq bel bölgəsindəki əzələlərin zəifləməsinə səbəb olur.

Stress və psixoloji amillər: 

Stress, narahatlıq və depressiya da bel ağrılarına səbəb ola bilər.

Ağır Yük Qaldırmaq

Ağır yüklər, bel bölgəsindəki əzələləri həddindən  artıq yükləyib zədələnməyə səbəb olur.

Artıq çəki

Artıq çəki onurğada əlavə gərginlik yaradaraq bel ağrısını artırır.

Əzələ Zəifliyi

Bel əzələləri zəif olan insanlar bel ağrısı riski daha yüksəkdir. Bu insanlara xüsusilə bel əzələlərini gücləndirəcək idmanlar etmək tövsiyə olunur.

Onurğa problemləri

Skolyoz, onurğa stenozu və ya ankilozan spondilit kimi onurğa xəstəlikləri bel ağrısına səbəb ola bilər.

 

Bel ağrılarının tipləri

Kəskin Bel Ağrısı

Ani başlayır və adətən 6 həftə ərzində yox olur.

Xronik Bel Ağrısı

6 həftədən çox davam edir və adətən əsas xəstəliyin əlamətidir.

Radiküler Ağrı

Bu, bel ağrısına səbəb olan bir sinirin sıxılması və ya zədələnməsidir.

Diaqnoz

Diaqnoz üçün həkim pasiyentin tibbi tarixçəsini nəzərdən keçirib və fiziki müayinə edir. Müayinə zamanı hərəkətləri, refleksləri və əzələ gücünü qiymətləndirir. Lazım olduqda rentgen, MRT və ya KT  kimi radioloji testlərdən istifadə edir.

Bel ağrıları

Bel ağrılarının müalicə üsulları

Fizioterapiya metodları 

Əksər bel ağrısı fizioterapiya metodları ilə tam sağalır.

Farmakoloji dərmanlar

Ağrı kəsicilər, bel ağrısını azaltmada qısa müddətli çarələrdir.

Cərrahi əməliyyatlar

Bel ağrısı ciddi qəbul edilmədikdə nadir hallarda lazım olur. Lazım gələrsə, diskləri, sinirləri və ya zədələnmiş sümükləri bərpa etmək üçün cərrahi olunur.

Bel ağrılarında fizioterapiya tətbiqi

Bel ağrısı üçün fizioterapiya və reabilitasiya proqramı ağrınızı azaltmaq, elastikliyi artırmaq və gücləndirmək üçün nəzərdə tutulmuşdur. Tipik bir fizioterapiya və reabilitasiya proqramının nümunə addımları bunlardır:

Dəyərləndirmə: Fizioterapevt bel ağrınızın səbəbini və şiddətini anlamaq üçün sizinlə bir dəyərləndirmə aparacaq.

Hədəflərin müəyyənləşdirilməsi: hədəflər fizioterapiya proqramı üçün müəyyən edilir. Bu hədəflər ağrıları azaltmaq, əzələləri gücləndirmək, elastikliyi artırmaq və duruşu yaxşılaşdırmaq ola bilər.

Ağrının idarə edilməsi: Fizioterapevt ağrınızı aradan qaldırmaq üçün müxtəlif üsullar tövsiyə edə bilər. Bu, soyuq tətbiq, elektroterapiya və ya manual terapiya kimi üsulları əhatə edə bilər.

İdman Proqramı: Fərdi idman proqramı yaradılır. Bu proqram bel əzələlərini gücləndirmək, elastikliyi artırmaq və sabitliyi təmin etmək üçün nəzərdə tutulmuşdur. Bu cür idmanlar bel ağrısının şiddətini azaltmağa və ya qarşısını almağa kömək edə bilər.

Manual Terapiya: Fizioterapevtlər əzələ gərginliyini azaltmaq və əzələləri rahatlaşdırmaq, oynaqları hərəkətə gətirmək və sinir ağrılarını azaltmaq üçün masaj, gərmə, manipulyasiya və digər üsullardan istifadə edirlər.

İstilik tətbiqi: Bəzi hallarda əzələləri rahatlaşdırmaq və qan axını artırmaq üçün isti tətbiqlər istifadə olunur. Bu müalicə yalnız xəstənin bədən istiliyinə uyğunlaşdırılmalıdır.

Elektroterapiya: Bu üsulda əzələləri işlətmək və qan axını artırmaq məqsədi daşıyan kiçik elektrik cərəyanları bel bölgəsinə göndərilir. Bu müalicə ağrı kəsicilər və ya cərrahiyyə kimi zərərli yan təsirlərə səbəb ola biləcək digər müalicələrdən daha təhlükəsiz və daha təbiidir.

Gərmə hərəkətləri: Gərmə hərəkətləri əzələlərin elastikliyini artıraraq ağrıları aradan qaldıra bilər.

Gücləndirmə hərəkətləri: Gücləndirmə hərəkətləri bel və ətraf əzələləri gücləndirən hərəkətlər etməklə və onurğanın dəstəklənməsinə kömək edir. Gücləndirmə hərəkətləri, həm bel ağrılarının qarşısını alır, həm də müalicə edir.

Düzgün duruş təlimi: Düzgün duruşun öyrənilməsi və gündəlik fəaliyyətlərdə tətbiqi bel ağrılarını azalda bilər. 

Evdə hərəkətlər: Fizioterapevtin tövsiyə etdiyi idmanları evdə nizamlı olaraq aparılması müalicə prosesinin müvəffəqiyyətli olması üçün vacibdir.

Nəzarət və dəyərləndirmə: Fizioterapiya proqramının gedişatı müntəzəm olaraq izlənilir və lazım gəldikdə düzəlişlər edilir.

Fizioterapiya və reabilitasiya proqramı xüsusi olaraq fərd üçün nəzərdə tutulduğundan ehtiyaclarınıza və ağrınızın səbəbinə görə fərqlənə bilər. Proqramı fizioterapevtlə birlikdə yaratmaq ən yaxşı nəticə əldə etməyinizi təmin edəcək.

Yazını paylaşmaq :