fizyoterapi.az
2 Dekabr 2023
Diz ağrısı ümumi bir vəziyyətdir, lakin hər yaşda insanı təsir edə bilər. Gündəlik həyatı mənfi təsir edən səviyyələrə çata bilən diz ağrıları həkim nəzarəti altında müalicə edilə bilər və ya fərdi olaraq tətbiq olunan sadə üsullarla aradan qaldırıla bilər.
“Dizlərimdə şiddətli ağrılar olur. Hərəkət edə, pilləkən çıxa bilmirəm.” Bu kimi şikayətlərlə müraciət çox olduğu üçün , Mən – Uzman Fizioterapevt Əziz Dəvrişov diz ağrıları, onun səbəbləri və ən sonda bu diz ağrıları üçün hansı hərəkətləri edə bilərik bu haqda danışacam .
Diz ağrısı, yırtılmış bağ nəticəsində və ya yırtılmış qığırdaq zədələri nəticəsində yarana bilər. Artrit, gut və infeksiyalar da daxil olmaqla bəzi tibbi vəziyyətlər də diz ağrısına səbəb ola bilər.
Ümumi diz yaralanmalarına aşağıdakılar daxildir:
Bundan əlavə, bəzi struktur problemlər də diz ağrısına səbəb ola bilər. Bunlar aşağıdakılardır:
Bundan əlavə, diz ağrısına səbəb olan bəzi artrit növləri var.
Tibbi səbəblərdən başqa diz ağrıları, fərdi səylər və tətbiq olunan üsullarla müalicə edilə bilər. Şiddətli olmayan diz ağrılarının sağalmasında bitki mənşəli üsullarla yanaşı, fiziki müalicə və reabilitasiya prosesləri də təsirli olur. Ancaq digər ciddi simptomlar və şərtlər cərrahi müdaxilə tələb edə bilər.
Müxtəlif səbəblərdən meydana gələn diz ağrısının səbəb olduğu bəzi simptomlar var. Şiddətli ağrı, şişlik, sərtlik və qızartı diz ağrısının əlamətləri arasında ola bilər. Bu əlamətlər keçməzsə və artmağa davam edərsə, həkimə müraciət edilməlidir.
Diz ağrısı simptomları aşağıdakı başlıqlar altında ümumiləşdirilə bilər:
İlkin olaraq, bizə müraciət edən pasientlərdə orta yaş üstü qadınlarda daha çox dizdə artroz probleminə bağlı olaraq diz ağrıları olur. Bu pasiyentlərin ən çox şikayətləri gün ərzində müəyyən məsafənin üstündə yeriyə bilməmək, yeriyərkən dizin ön hissəsində şiddətli ağrıların olması, hərəkət məhdudiyyəti olması, dizini büküb açarkən dizdə ilişmələrin olması və bunu kimi bir çox şikayətlər olur.
Pasiyentlər müraciət etdiyi zaman ilk olaraq ətraflı müayinə edirik. Şikayətləri ətraflı dəyərləndiririk. Bundan sonra xəstəyə uyğun şəkildə protokol tərtib edirik. Protokol tərtib olunduqdan sonra bütün pasiyentlərimizdə şiddətli diz ağrılarında, hərəkət məhdudiyyətində 80-90 azalmalar olur. Buna bağlı olaraq, xəstə normal həyat tərzinə davam edir.
İndi isə sizə bu diz ağrıları üçün evdə hansı hərəkətləri edə biləcəyinizi göstərəcəm.
Bu kimi hallar diz ağrılarına kömək etmirsə və simptomlarınız davam edirsə, ağrınızın altında cərrahi müdaxilə tələb edən bir vəziyyət ola bilər və həkimə müraciət etməyiniz tövsiyə olunur.
Tags :