Kifoz üçün hərəkətlər

kifoz üçün hərəkətlər
Kifoz

Bu yazımızda sizlərə kifoz ağrıları üçün tətbiq edə biləcəyiniz hərəkətlər göstərəcəm. Bizə kifoz haqqında, kifozun hansı hərəkətlərlə müalicə olunduğu və hansı hərəkətlər neçə həftə ediləcəyi haqqında çox suallar gəlirdi. Mən də fikirləşdim ki, sizlər üçün ödənişsiz şəkildə bir aylıq kifoz hərəkətləri proqramı hazırlayım və bu hərəkətlərdən yararlanaraq siz də hər hansı bir yerə müraciət etmədən kürəyinizdə olan əyrilikləri düzəldə bilərsiz. 

Kifoz nədir?

Kifoz dediyimiz problem ən çox onurğanın önə doğru olan əyriliyidir. Bu əyrilikdə ən çox kürək hissəmizdə və yaxud boyun ətrafı əzələlərimizdə ağrı, spazm, gərginlik hiss edə bilərik. Sadə göstərəcəyim bu 4 hərəkət bizim həm duruşumuzu düzəldəcək həm də duruşa bağlı olan ağrıları aradan götürəcək.

Kifoz üçün hərəkət 1

Bir stulda əyləşirik, kürəyimizi tam stula doğru yerləşdiririk, əllərimizi 90 dərəcə, gördüyünüz, bu şəkildə açırıq və yanlarımıza doğru dartırıq və sinəmizi önə doğru veririk. Bu vəziyyətdə 10 saniyə gözləyirik, sonra əvvəlki vəziyyətimizə qayıdırıq. Təkrardan dirsəklərimizi bədənimizə doğru yaxınlaşdırırıq, 10 saniyə gözləyirik və əvvəlki vəziyyətə qayıdırıq. Bu hərəkəti 10 təkrar, 3 set şəklində gün ərzində təkrarlayırıq.

kifoz müalicəsi üçün hərəkətlər

Kifoz üçün hərəkət 2

Tam olaraq arxaya doğru söykənirik, əllərimizi boynumuzun arxasına yerləşdiririk, kürəyimizi geriyə doğru dartırıq və boynumuzu geriyə doğru aparırıq. Bu vəziyyətdə 10 saniyə gözləyirik. Sonra əvvəlki vəziyyətə qayıdırıq. Burda əsas olaraq qarın əzələlərimizi geriyə doğru getdiyimiz zaman qarın əzələlərimizi sıxırıq və belimizi gördüyünüz kimi, arxaya doğru tam söykəyirik, burda qarın əzələlərimiz sıxılı vəziyyətdə qalır. Sonra kürəyi arxaya doğru aparıb bu vəziyyətdə 10 saniyə gözləyirik. Bu hərəkəti də 10 təkrar 3 set şəklində təkrarlayırıq.

kifoz üçün idman

3-cü hərəkət

Eyni şəkildə əllərimizi bu şəkildə tuturuq, dirsəklərimizi geriyə doğru aparırıq və sinəmizi önə doğru çəkirik. Bu vəziyyətdə 10 saniyə gözləyirik. 10 saniyə gözlədikdən sonra əvvəlki vəziyyətə qayıdırıq. Təkrar dirsəklərimizi geriyə doğru aparırıq, 10 saniyə bu vəziyyətdə gözləyirik və sonra təkrar əvvəlki vəziyyətimizə qayıdırıq.

kifoz ağrıları üçün idman

4-cü hərəkət

Əllərimizi kürəyimizə doğru söykəyirik, bu vəziyyətdə qalırıq, çiyinlərimizi geriyə doğru dartırıq və boynumuzu geriyə doğru aparırıq. Bu vəziyyətdə 10 saniyə gözləyirik və sonra əvvəlki vəziyyətimizə qayıdırıq. Bu hərəkəti də digərlərində olduğu kimi 3 set və 10 təkrar şəklində olacaq.

kifoz üçün idman hərəkətləri

Bu gördüyünüz 4 hərəkəti 1 ay hər gün olmaq şərti ilə gündə 3 set 10 təkrar təkrarlayırsız. 4 həftədən sonra duruşunuzdaki düzəlmələri özünüz vizual olaraq görəcəksiniz.