Skoliozun əməliyyatsız müalicəsi

mauanl terapiya
Skolioz

Skolioz ilə yaşamaq çətin ola bilər, amma fizioterapiya, reabilitasiya və  başqa metodlarla skolioz-dan xilas ola bilərsiniz. Skoliozun əməliyyatsız müalicəsində xüsusi cihazlar, manual terapiya və Schroth metodu kimi müxtəlif üsullardan istifadə olunur.

İnsan onurğası arxadan baxdıqda düz xətt kimi görünməli, yandan baxdıqda isə “S” hərfinə bənzəməlidir. Ancaq skoliozlu insanın onurğası arxadan baxıldığında fərqli görünür. Skoliozlu xəstənin onurğasının arxadan görünüşü “C” və ya “S” hərfinə bənzəyir. Bu vəziyyət bəzi görüntü problemlərinə və bel ağrılarına səbəb olur.

Əyrilik 40 dərəcədən aşağı olarsa, müalicədə skolioza xüsusi fiziki müalicə tətbiq oluna bilər. Bu müalicə prosesinə korset istifadəsi və müxtəlif məşqlər daxildir. Əyrilik 40 dərəcədən yuxarı olduğu hallarda əməliyyata müraciət edilə bilər.

Skolioz tamamilə müalicə edilə bilən bir xəstəlik deyil. Bunun əvəzinə həkimlər xəstənin ağrısını azaltmağa və görünən əyriliyi aradan qaldırmağa çalışırlar. Xəstələrin əksəriyyəti əməliyyata ehtiyac olmadan fiziki müalicə və korset istifadəsi ilə yaxşılaşa bilərlər.

Skoliozun əməliyyatsız müalicəsi necə edilir?

Skoliozun müalicəsi üçün üç əsas müalicə üsulu vardır:

  • Müşahidə
  • Korset müalicəsi
  • Cərrahi müdaxilə


Müşahidə mərhələsində xəstənin müəyyən dövrlərdə çəkilmiş rentgen şəkilləri müqayisə edilir. Bu yolla skoliozun irəliləmiş və ya stabil olub olmadığı müəyyən edilir. Ümumiyyətlə, 20 dərəcədən aşağı əyriliklərdə korset və cərrahi üsullardan istifadə edilmir. Bu əyrilik dəyərlərində xəstə monitorinqi və skolioza xüsusi fiziki müalicə variantları daha uyğundur.

İrəliləməni dayandırmaq və ya xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün ağrıkəsici və əzələ gücləndirici məşqlər və məşq tövsiyə oluna bilər. Bununla belə, skolioz korsetinin istifadəsi də cərrahi prosedurlardan sonra əsas rol oynayır. Skoliozun müalicəsi üçün ümumi məqsədlər aşağıdakıları əhatə edə bilər:

  • Onurğada əyriliyin korreksiyası
  • Ağrının azaldılması və nəzarət
  • Onurğa əyrilikləri bəzi hallarda tənəffüs problemlərinə səbəb ola biləcəyi üçün bu ağciyər problemlərini aradan qaldırır
  • Onurğa gücünü və hərəkətlərini yaxşılaşdırmaq


Konservativ müalicənin məqsədi xüsusilə gənclərdə onurğanın düzgün inkişafına və əməliyyata ehtiyac qalmadan skolioz dərəcəsinin azaldılmasını təmin etməkdir. 

Duruşu yaxşılaşdırmaq və əzələləri gücləndirmək üçün məqsədyönlü idmanlardan ağrıları aradan qaldıran və hərəkətliyi artıran cihaz və manual terapiya metodlarına qədər fizioterapiyanın kömək edə biləcəyi bir çox yol vardır. 

Scroth metodunda skoliozun üçölçülü təbiətini hədəf alaraq onurğa, çiyinlər və çanaqdakı əyrilikləri düzəltmək, ağrıları azaltmaq, duruşu düzəltmək və tənəffüsü yaxşılaşdırmaq üçün xüsusi basqı hərəkətləri və postural korreksiyalardan istifadə olunur. 

Onurğanın düzəldilməsi həyat keyfiyyətini də artırır. İrəliləyiş zaman tələb etsə də, düzgün şəkildə bu tərz təsdiqlənmiş metodlardan istifadə edərək sizdə düzgün onurğaya sahib ola bilərsiniz. Bu səbəbdən güclü, iradəli və əzmkar olun, müalicəyə güvənin və əməliyyatsız, dərmansız şəkildə onurğanızdakı əyriliyi düzəldin.

Skolioz fiziki müalicə ilə düzəldilə bilərmi?

Fizioterapiya skoliozun hər mərhələsində istifadə olunur. Əyriliklərin 20 dərəcədən aşağı olduğu hallarda kafi olsa da, 20 dərəcədən yuxarı əyriliklərdə və əməliyyatdan sonrakı dövrdə, eləcə də 40 dərəcədən yuxarı əyriliklərdə korset istifadəsi ilə köməkçi müalicə kimi də istifadə edilə bilər.

Əyrilərin 20 dərəcədən aşağı olduğu skolioz vəziyyətlərində əyriliyin irəliləməsinin qarşısını almaq və insanın həyat keyfiyyətini yaxşılaşdırmaq üçün fiziki müalicə üsulları və bəzi məşqlərdən istifadə edilə bilər. 

Fiziki müalicə hərəkətləri və məşqləri şəxsə görə planlaşdırılır. Həkim, insanın yaşı, skoliozun dərəcəsi və əyriliyin irəlilədiyi kimi bir çox faktoru nəzərə alaraq, insana məşq və fiziki müalicə proqramı təklif edir.

Skolioz və Üzgüçülük

Skoliozlu insanların ən çox seçdiyi idman növlərindən biri olan üzgüçülüyün müalicədə YERİ YOXDUR. Əksər hallarda bəzi idman növləri onurğa sütununda əyriliklərə görə skoliozlu insanlar üçün uyğun deyil. Bəzi idman növləri onurğadakı bu əyrilikləri daha da pisləşdirə bilər. Ancaq üzgüçülük suyun üzmə qabiliyyəti sayəsində onurğa üzərindəki təzyiqi minimuma endirsə də, hipokifozu artırdığı üçün skoliozlu xəstələrdə əyriliyi artıra bilər.

Skolioz əməliyyatsız müalicəsi neçə gün çekir?

“Fizioterapiya neçə gün çəkir?” sualına dəqiq cavab yoxdur. Həkim və ya fizioterapevt sizin üçün ən uyğun müalicə planını seçəcək. Yaş, əyrilik və s. meyarlardan asılı olaraq, fiziki müalicə prosesi daha uzun və ya daha qısa ola bilər.

Paylaşmaq :