Kifoz nədir? Növləri və müalicəsi

kifoz nədir
Kifoz

Kifoz nədir?

Kifoz, onurğanın təbii əyriliklərindən biri olan bir növ duruş anormallığını ifadə edən bir termindir. Onurğa, boyun, döş, bel və oma nahiyələrindəki təbii qıvrımlarla formalaşır. Kifoz, adətən döş nahiyəsindəki torakal onurğada olan təbii əyrinin həddindən artıq böyüdüyü bir vəziyyəti təsvir edir. Kifozun dərəcəsi və şiddəti insandan insana dəyişə bilər.

Yüngül kifoz adətən insan üçün çox az problem yaratsa da ağır kifoz ayaq üstə durmaqdan tənəffüsdəki çətinliyə qədər müxtəlif problemlərə səbəb ola bilər. 

Kifoz hər yaşda olan xəstələrə təsir edə bilər. Ancaq bu vəziyyət daha çox yeniyetməlik dövründə, sümüklərin sürətli böyüməsi zamanı müşahidə olunur.

Onurğanın torakal nahiyəsində 20 – 45 dərəcə təbii bir əyriliyin olması lazım olduğu halda, postural və ya struktur anomaliyalar normal aralıqdan kənara çıxmalara səbəb ola bilir. Normaldan daha böyük əyrilik (50 dərəcədən çox) üçün tibbi termin əslində “hiperkifoz” olsa da, “kifoz” termini həkimlər tərəfindən tez-tez onurğanın torakal nahiyəsində həddindən artıq əyriliyi ifadə etmək üçün istifadə olunur.

Kifozun əsas səbəbləri bunlardır:

  • Duruş pozğunluğu: Yanlış oturma və ya ayaq üstə durma vəziyyətləri uzun müddət davam edərsə, bu duruş pozğunluğuna səbəb ola bilər.
  • Onurğa Xəstəlikləri: Onurğaya təsir edən xəstəliklər, xüsusilə osteoporoz, skolyoz və ya ankilozan spondilit kimi vəziyyətlər kifozun səbəblərindən biri ola bilər.
  • Əzələ zəifliyi: kürək əzələlərinin qeyri-adekvat inkişafı və ya zəifliyi kifozun inkişafına səbəb ola bilər.
  • Travma: Onurğanın travmatik zədələri onurğanın formasına təsir edə bilər və kifoza səbəb ola bilər.
  • Kifozun simptomları arasında kürəyin qabarıqlaşması, çiyinlərin önə doğru əyilməsi, bel ağrısı və bəzən tənəffüs və ya həzm problemləri ola bilər. Müalicə kifozun səbəblərindən və şiddətindən asılı olaraq dəyişə bilər. Yüngül hallarda fizioterapiya metodları, duruşun korreksiyasına yönəlmiş idmanlar və korsetlərdən istifadə olunur, ağır hallarda isə cərrahi müdaxilə tələb oluna bilər. Kifozun diaqnozu və müalicəsi üçün bir mütəxəssisə müraciət etmək vacibdir.

Kifozun növləri hansılardır?

Kifozun fərqli növləri onurğanın hansı hissəsində yerləşdiyinə və niyə meydana gəldiyinə görə dəyişə bilər.

Kifozun yayılmış növlərindən bəziləri:

Postural kifoz: Postural kifoz yanlış duruş vərdişləri nəticəsində inkişaf edən ən çox görülən kifoz növüdür. Bu tip kifoz kürək əzələlərinin zəif olması və ya az istifadə edilməsi səbəbindən baş verə bilir. Adətən yeniyetmələrdə və gənclərdə müşahidə olunur. Postural kifozun düzəldilməsi və müalicəsi nisbətən asandır. Postural kifoz qızlarda oğlanlara nisbətən daha çox rast gəlinir. 

Scheuermann’s Kiphosis (Scheuermann’s Disease): Scheuermann’s kifozu adətən yeniyetməlik dövründə baş verən bir kifoz növüdür. Bu tip kifozda torakal onurğa (döş nahiyəsindəki fəqərələr) anormal şəkildə yuvarlaqlaşır və əyrilik yaranır. Dəqiq səbəbi bilinməsə də, onurğa fəqərələrinin qeyri-müntəzəm inkişafı ilə əlaqələndirilir.

Konjenital kifoz: Konjenital kifoz anadangəlmə bir anomaliya nəticəsində yaranır. Körpə ana bətnində olarkən onurğa sütunu normal inkişaf etmədikdə baş verir. Sümüklər lazım olduğu kimi formalaşmır və ya bir neçə fəqərə birləşir.  

Yaralanma nəticəsində yaranan kifoz (Travmatik Kifoz): Onurğada travmatik zədələr nəticəsində yarana bilən bir kifoz növüdür. Qəza, yıxılma və ya  müxtəlif növ zədələnmələr nəticəsində onurğa fəqərələrində sınıqlar və ya çıxıqlar baş verə bilər ki, bu da kifozun əmələ gəlməsinə səbəb ola bilər.

İltihabi Kifoz: Bu tip kifoz onurğadakı infeksiyalar səbəbindən yaranır. Onurğanın sümüklərinə və ya toxumalarına yayılan infeksiyalar kifoza səbəb ola bilər.

Kifozun əlamətləri hansılardır?

Kifozun əlamətləri və simptomları əyriliyin səbəbi və şiddətindən asılı olaraq dəyişir. Bunları aşağıdakı kimi sıralamaq olar:

  • İçə dönük çiyinlər
  • Kürəkdəki qabarıqlıq
  • Yüngül bel ağrısı
  • Yorğunluq
  • Onurğa sərtliyi

 

Nadir hallarda, zamanla irəliləyiş göstərən qabarıqlıq aşağıdakılara səbəb olur:

  • Ayaqlarda zəiflik, uyuşma və ya qıcıqlanma
  • Hissiyyat itkisi
  • Nəfəs darlığı və ya digər tənəffüs çətinlikləri

Kifoz diaqnozu necə qoyulur?

Yüngül kifoz, müayinə aparılana qədər tez-tez diqqətdən kənarda qalır. Uşağın kürəyinin görünüşü ilə bağlı narahatlıqlar çox vaxt ailəni həkimə müraciət etməyə vadar edir.

Həkim anamnez almaq və fərdin simptomları haqqında suallar verməklə başlayır. O, daha sonra hər hansı bir həssas sahəsinin olub olmadığını müəyyən etmək üçün onurğanı palpasiya edir . Kifozun daha ağır vəziyyətlərində kürəyin qabarıqlığı aydın görünür. Ancaq daha yüngül hallarda vəziyyətin diaqnozu daha çətin olur.

  • Rentgen: Həkim zəruri hesab edərsə, fəqərələrdə dəyişiklik və ya hər hansı digər sümük anomaliyalarının olub olmadığını müəyyən etmək üçün müxtəlif proyeksiyalardan rentgen tələb edə bilər. Rentgen şüaları da kifotik əyrinin dərəcəsini ölçməyə kömək edəcəkdir. 50 dərəcədən çox əyri hiperkifoz hesab olunur.
  • Ağciyər funksiyası testləri: Kifoz çox şiddətlidirsə, həkim ağciyər funksiyasını ölçmək üçün testlər təyin edə bilər. Bu testlər döş boşluğunun həcminin azalması səbəbindən xəstənin tənəffüsünün məhdudlaşdırıldığını müəyyən etməyə kömək edəcək.
  • Digər testlər: Anadangəlmə kifozlu xəstələrdə proqressiv qabarıqlıq, beldə ağrı, qıcıqlanma, uyuşma və ya zəiflik də daxil olmaqla, onurğa beyninin sıxılması simptomlarına səbəb ola bilər. Xəstədə bu simptomlardan hər hansı biri varsa, həkim nevroloji testlər və ya maqnit rezonans tomoqrafiya (MRT) təyin edə bi

Kifoz necə müalicə olunur?

Müalicənin məqsədi əyriliyin irəliləməsini dayandırmaq və deformasiyanın qarşısını almaqdır. Kifozun müalicəsini təyin edərkən həkim bir çox nüansı nəzərə alacaq, o cümlədən:

  • Xəstənin yaşı və ümumi sağlamlığı
  • Kifoz növü
  • Əyriliyin dərəcəsi


Konservativ Müalicə

Postural kifozlu xəstələr üçün əvvəlcə konservativ müalicə tövsiyə olunur. Bu müalicə variantları, əyriləri 75 dərəcədən az olan Scheuermann kifozu olan xəstələr üçün də tövsiyə olunur.

Fizioterapiya: Fizioterapiya kifozun müalicəsində əsas müalicə variantıdır.  Fizioterapevt xəstənin vəziyyətini qiymətləndirir və onurğa əzələlərini gücləndirmək, elastikliyi və düzgün duruşunu artırmaq üçün xüsusi idmanlar, elekroterapiya prosedurları və manual terapiya üsullarını tətbiq edir.  Bu, kifozun inkişafını dayandırır və ağrıları azaldır.

İdman proqramları: Fizioterapevtlər pasiyentlər üçün xüsusi idman proqramları hazırlayırlar.  Bu idmanlar onurğa əzələlərini gücləndirmək, elastikliyi artırmaq və düzgün duruş vərdişləri yaratmaq üçün nəzərdə tutulmuşdur.

  • Onurğanın gərmə hərəkətləri
  • Xüsusi Kifoz idmanları
  • Koordinasiya hərəkətləri
  • Düzgün Duruşun öyrədilməsi
  • Qarın əzələlərinin gücləndirilməsi.


Qoruyucu vasitələr: İrəliləmiş kifoz və ya onurğa beyninin təsirləndiyi hallarda həkimlər pasiyentin onurğasını dəstəkləmək üçün xüsusi cihazlar və ya korsetlər tövsiyə edə bilərlər.

Cərrahi müdaxilə: Nadir hallarda kifozun ağır vəziyyətlərində cərrahi müdaxilə tələb oluna bilər.

Həkim nəzarəti: Mütəmadi olaraq həkim müayinəsi kifozun gedişatını izləmək və müalicəni tənzimləmək üçün vacibdir.

Unutmayın ki, kifoz müalicəsi hər bir xəstənin fərdi ehtiyaclarına uyğunlaşdırılmalıdır.  Buna görə ən uyğun müalicə planını təyin etmək üçün bir mütəxəssislə məsləhətləşmə vacibdir.