fizyoterapi.az
9 Aprel 2024
Sakroiliak oynaq disfunksiyası, çanaq sümüyü ilə onurğanın dibində yerləşən sakrum sümüyünü birləşdirən oynaqlarda meydana gəlir. Bel və ya ombada yaranan ağrı, şikayətlərə səbəb ola bilər. Təcrübələrə əsasən çox vaxt disk yırtığı ilə səhv salınır. Bütün bel ağrılarının 30%-nin sakroiliak oynaqlardan qaynaqlandığı təxmin edilir.
Bu oynağın əsas funksiyası ayaq üstə durmağı təmin etmək, yeriyərkən bədəninizin yuxarı hissəsinin ağırlığını daşımaq və bu yükü ayaqlarınıza ötürməkdir.
Artrit: Sakroiliak oynaq spinal osteoartrit ilə birgə ağrıya səbəb ola bilər. Sakroiliak oynaqların ətrafındakı qığırdaq köhnəldikdə, sümüklər bir-birinə sürtülməyə başlaya bilər. Onurğaya təsir edən iltihablı artrit növü olan ankilozan spondilit də sakroiliakin disfunksiyasına səbəb ola bilər.
Hamiləlik: Hamilə qadınlarda sakroiliak oynaq disfunksiyası baş verə bilər. Bunun əsas simptomları bel və ya çanaq ağrısıdır. Çünki sakroiliak oynaqların hamiləlik zamanı uzannma və boşalma ehtimalı var. Bundan əlavə, hormon dəyişiklikləri, alınan çəki də oynaqlarda əlavə stress yarada bilər.
Travma: Təsadüfi zərbələr sakroiliak oynaqlara zərər verə bilər.
İnfeksiya: İnfeksiya səbəblər arasında çox nadir rast gəlinir. Ancaq sakroiliak oynaq ağrısının mümkün səbəblərindən biridir.
Qeyri-müntəzəm ayaq uzunluğu: Sakroiliak oynaq ağrısı, bir ayaq digərindən daha zəif və ya daha uzun olduqda baş verə bilər.
Ən əhəmiyyətli səbəblərdən biri də çənə problemləridir. Dişlərdən qaynaqlanan çənə bağlanma qüsurlarında çənə oynağında pisləşmə baş verir və bu pozulma fasya zənciri vasitəsilə əks sakroiliak oynaqda əks olunur.
Bel ağrısı: Adətən birtərəfli olaraq görülür. Bəzən hər iki tərəfdə də baş verə bilər.
Omba və ya qasıq ağrısı: Adətən birtərəfli olaraq görülür. Bəzən hər iki tərəfdə də baş verə bilər.
Sərtlik: Bu halda bel və omba hərəkətlərində məhdudiyyət yaranır.
Siyatikaya bənzər ağrı: Siyatik simptomlarına bənzər problemlər müşahidə edilə bilər. Bu ağrı adətən diz səviyyəsindən aşağı düşmür.
Qeyri-sabitlik: Oturarkən, dayanarkən və ya gəzərkən ombanın boşaldığı hiss edilir.
Uzun müddət ayaq üstə durarkən və ya yeriyərkən güclənən, lakin uzanarkən yaxşılaşan ağrı.
Revmatik xəstəliklər və sədəf kimi otoimmun xəstəliklər
Gut xəstəliyi
Yaşın irəliləməsi
Ağrı xüsusilə uzun müddət oturarkən artır.
Qeyd edək ki, oynaqlarda iltihab nəticəsində yaranan bu xəstəlik müalicə olunmayıb irəlilədikdə kalsifikasiya baş verə bilər.
Sakroiliak oynaq hərəkətlilik testləri həmçinin ayaqda irəli əyilmə, oturaraq irəli əyilmə, yayılma hərəkətləri ilə də həyata keçirilir.
Kəskin dövr (1-3-cü günlər): istirahət, buz terapiyası.
Yarımkəskin dövr (3-cü gün – 8-ci həftə): elastikliyi artırmaq üçün məşqlər və gücləndirici məşqlər
Xroniki dövr (8-ci həftədən sonra): Bel-çanaq stabilizasiyası məşqləri. Bu dövrdə üzgüçülük kimi fəaliyyətlər tövsiyə edilir.
Omba fleksiyası/uzatması
Arxası üstə uzanın. Ayaqlarınızın altında bir qutu və ya bir neçə möhkəm yastıq istifadə edin.
Sağ/sol ayağınızı digərinin üstündən keçin.
Ayaqlarınızı bir-birinə sıxın. Gözləyin, sonra rahatlayın. 3×20
İzometrik omba adduksiyası
Arxası üstə uzanın. Üst bədəninizi dəstəkləmək üçün dirsəklərinizə qalxın. Dizlərinizi bükün, ayaqlarınızı düz tutun. Dizlərinizin arasına bir yastıq və ya top qoyun. Yastığı sıxaraq dizlərinizi bir yerə basıb saxlayın, sonra rahatlayın. 3×20
Omba qaçırma izometrik
Dizləriniz bükülmüş halda arxa üstə uzanın. Dizlərinizə boş bir kəmər bağlayın. Dizlərinizi kəmərə itələyin və saxlayın, sonra rahatlayın. 3×20
Quadratus lumborumu gərmək
1- Uzanmış vəziyyətdə bir ayaq gəriləcək tərəfdəki ayağın üzərinə atılır və yavaşca yerə doğru uzanır.
2- Yan uzanmış vəziyyətdə (gəriləcək tərəfi aşağıya doğru) gərin.
3-Qollar gəriləcək tərəfə əks istiqamətdə çarpazlaşdırılır, bədən yan əyilir və gərilir. Uzadılacaq əzələ ilə eyni tərəfdəki qol yuxarı, qarşı tərəfdəki qol isə əks ayağa doğru uzanır.
Piriformisi gərmək
1- Ağrılı ayaq digər ayağın üzərinə atıldıqdan sonra yavaş-yavaş qarşı çiyinə doğru uzanır.
2- Dizin ağrıyan tərəfi stolun üzərinə qoyulur ki, onun xarici səthi döşəmə ilə təmasda olsun. Bədəninlə irəli əyilin.
Gücləndirici məşqlər
Körpü məşqi
Clamshell məşqi
Pişik dəvə məşqi
Core gücləndirici məşqlər
Tags :