Bel ağrısı üçün sadə 2 hərəkət

bel ağrısı üçün sadə hərəkətlər
Bel ağrısı

“Belimdə şiddətlli ağrılar var və bu belimdəki ağrılar ayağıma doğru vurur.”- deyirsinizsə, bu yazımızı diqqətlə sona qədər oxuyun. Mən Uzman Fizioterapevt Əziz Dərvişov bu gün bu bel ağrılarının və bel ağrılarına bağlı olaraq ayağa yayılan ağrıların həm səbəbini izah edəcəm, həm də bu ağrılardan azad olmaq üçün sadə iki hərəkət göstərəcəm.

Bel ağrılarının əsas səbəbi nədir?

İlkin olaraq belimizdəki ağrılara bağlı ayağımıza doğru yayılan ağrılar bir çox faktora bağlı ola bilər, bir çox problemə bağlı ola bilər. Amma biz bu gün bel hissəsində olan disk yırtığı və bu disk yırtığında sinirin sıxışmasına bağlı olan ayağa doğru yayılan ağrılardan danışacayıq. Müraciət edən pasiyentlərimizdə daha çox bizim izlədiyimiz bel hissəsində 5-ci və S1 dediyimiz L5S1 hissəsində lunbar nahiyyənin 5ci fəqərəsi və saykral nahiyyənin 1-ci fəqərəsinin arasındaki diskdə sıxışma olur. Bu sıxışmaya bağlı olaraq diskin tamlığı pozulur və bu diskin tamlığı pozulduğu zaman diskdə yırtıq yaranır. Bu yırtıq çölə doğru çıxan möhtəviyyat sinirə basğı verdiyi üçün və bel hissəmizdən çıxan bu sinirlər ayağımıza doğru yayıldığı üçün, sinir sağ və yaxud sol hansı tərəfdə kompresiya olursa, buna bağlı olaraq da o hissədəki ayağımızda keyimə və yaxud ağrılar hiss edə bilərik.

İndi isə bu ağrılara bağlı edə biləcəyimiz hərəkətlərə keçək.

İlkin olaraq, birinci hərəkətimiz

Bel üstü pozisiyada uzanırıq, hər iki əlimizlə dizlərimizin altından tuturuq, dizlərimizi özümüzə doğru çəkirik. Bu vəziyyətdə 15-20 saniyə gözləyirik. 15-20 saniyə gözlədikdə sonra başlanğıc pozisiyasına qayıdırıq və sonra təkrar olaraq ikinci dəfə bu hərəkəti təkrarlayırıq. 15-20 saniyə gözləyirik. Toplam olaraq 15-20 dəfə bu hərəkəti icra edirik.

İkinci hərəkətimizdə, gördüyünüz kimi, bir ayağımızı digər ayağımızın üzərinə doğru atırıq və çanağımızı sağa doğru çeviririk. Eyni şəkildə çanağımızı sağa doğru çevirdiyimiz zaman digər əlimizi əks istiqamətə doğru dartmağa çalışırıq. Bu zaman belimizdə orta hissəsinə bir dartılma, gərilmə hissi yaşayacaqsınız.  Bu vəziyyətdə 10-15 saniyə gözləyirik və bu hərəkəti də toplam 10 dəfə icra edirik. Gün ərzində səhər və axşam olmaq üzərə bu iki hərəkəti təkrarlaya bilərsiniz.

Bu hərəkətləri icra etdiyiniz zaman nələr hiss etdiyiniz rəylər bölməsində qeyd edin. Bu cür faydalı yazılarımızın davamlı olması üçün məqaləmizi bölüşməyi unutmayın.